Nümunədən göründüyü kimi, bütün
avaz kvinta ("si-mi") çərçivəsində yerləşir
ki, bunun da kənar səsləri eyni vaxtda bayatı-şiraz
məqamının iki istinad pərdəsindən
ibarətdir. Həmin səslər mərkəzləşmiş
mi minor tonallığının tonika - dominanta dayaqlarıdır.
"İlk məhəbbət" mahnısında isə
ətrafında dolanılan istinad pərdələri
yalnız funksionallıq mövqeyindən- paralel dəyişkən
- ladı kimi şərh oluna bilər.
Dediklərimizdən belə nəticəyə gəlirik
ki, T.Quliyevin mahnılarında dolanma üsulu təkcə
istinad pərdələri (əsas və ya köməkçi)
üzərində deyil, həm də elə pərdələr
üzərində baş verir ki, bunlar funksional, nə
də model sistemdə dayaq deyildir. Dolanma üsulunun
belə sərbəst istifadəsinin əsas səbəbi
yuxarıda qeyd etdiyimiz model modulyasiyalılıqdır
ki, bu da özündə ənənəvi funksionallıq
elementlərini daşıyır.
T.Quliyevin mahnılarındakı melodik strukturların
bu başlıca xüsusiyyətləri əsas etibarilə
milli və ümumavropa ənənələrinin qarşılıqlı
əlaqəsindən irəli gəlir.
T.Quliyevin mahnılarında üslubun formalaşmasında
lad sistemi də mühüm rol oynayır. Bəstəkar
çox vaxt əsas ladı başqası ilə bəzən
çox uzaq bir ladla uzlaşdırır, lakin Azərbaycan
məqamının qanunauyğunluqlarına və
intonasiya inkişafının müəyyən məntiqinə
əsaslanır. Dediklərimizi bir sıra misallarla
təsdiq edə bilərik. "İlk məhəbbət"
mahnısında birinci qurum "sub" tonikalı rastda (mahur)
verilir, ikinci cavab qurumu isə "sol" tonikalı bayatı-şiraz
ladına modulyasiya edir. Məlum olduğu kimi, bu iki
məqamın - rast ilə bayatı-şirazın
uzlaşması xalq ifaçılığı üçün
səciyyəvi deyil. Görünür ki, elə bu
səbəbdən bəstəkar modulyasiya zamanı
hər iki laddakı səs sırasının uyğunluğuna
əsaslanır, həmçinin bunları ənənəvi
paralel - dəyişkən lad aspektində şərh
edir. Bunu aşağıdakı nümunədə
görmək olar:
Haqqında danışdığımız modallıqla
ənənəvi məqam xüsusiyyətlərinin
sintezi mahnının fortepiano girişində daha parlaq
ifadə olunmuşdur. Əvvəlcə bəstəkar
"fa" dominanta dayağına istinad edərək, melodiyanı
"sib" mayeli rast (mahur) məqamında verir, sonrakı
variantlı ifadədə isə harmonik B dur tonallığında
verir.
Nəqəratda ilayətidən (Rast) Bayatı-Şiraza
modulyasiya genişlənmiş avtentik kodensiya əsasında
həyata keçirilir. Belə ki, nəqəratın
əvvəlində rastda (Vilayəti) melodiyanın
istinad tonu "re" (yəni sol minorun dominantası) sonda
isə "sol"dur (yəni Bayatı-Şirazın mayesi).
Harmonik funksionallığın əhəmiyyətini
qeyd edərək, T.Quliyev eyni zamanda modallığın
ifadəliliyini, yəni melosun xəttiliyini gücləndirir,
hər iki ladın səs sırasında alterasiya
dəyişikliyi (Vilayətidə sol bemol, Bayatı-Şirazda
fa-diyez) edir ki, bu da melodiyanı intonasiya cəhətdən
zənginləşdirir.
Misal 2
"Zibeydə" mahnısında T.Quliyev melodik modulyasiya
verir. "Major" səciyyəli rastdan "minor" səciyyəli
şura axımlı keçid baş verir. Əslində
modulyasiyanın bu tipi də xalq ifaçılığı
üçün o qədər də səciyyəvi
deyil, lakin müəllifin təfsirində çox məntiqli
modulyasiya kimi səslənir. Bəstəkar bu halda
bir tonallıq çərçivəsində qalaraq,
hər iki ladın semantikasını gücləndirmək
məqsədilə bunların "qanuniləşdirilmiş"
xromatikasından (rastda VIIb - mi b və şurda II b
- re b) istifadə edir.
"Mi b" səsinin kulminasiya kimi verilməsi təbii
olaraq VI pillənin (re b) altersiyası ilə nəticələnir
ki, bu da asanlıqla fa mayeli şurun II b pərdəsi
mənasını alır.
Misal 3
Tonik səs sıraları üçün eyni yüksəklikli
variantların uzlaşması xromatika ilə şərtləndirilmiş
polimodallıq effekti yaradır: sol, sol b, re, re b. Beləliklə,
bu misalı artıq on iki pilləlik əsasında
meydana gələn müasir modallığın bir
nümunəsi kimi şərh edə bilərik: sol-lya-si-
do-re b-re-mi b-mi-fa.
"Bakı haqqında mahnı"nın model təşkili
də maraqlıdır. Mahnı Bayatı-Şiraz
məqamındadır, lakin Bayatı-Şiraz müxtəlif
quruluşlarda həyata keçirilir: fortepiano müqəddiməsində
bu, "si" quruluşunda, axırda isə "fa" tonallığında
verilmişdir. Burada meydana gələn model transpozisiya
(ladın səs sırasının başqa yüksəkliyə
keçirilməsi) diatonik modallığın müasir
on iki pilləliklə qarşılıqlı təsirinin
daha bir təzahürüdür: bu quruluş çərçivəsində
lad mikroxromatikası ilə şərtləndirilmiş
xromatik sistem yaranır, bundan başqa iki tonikanın
- əvvəldə "si b, sonäa isə "fa"-nın olması
isə göstərir ki, mahnı dəyişkən
dayaqlı sistemdə verilmişdir. Bunun əsasında
modallığın olması göstərir ki, bu
"desentralizasiya" sisteminin daxili xüsusiyyəti kimi
çıxış edir. Qeyd edək ki, daha bir lad
- çahargahda verilən sekvensiya şəkilli parça
ilə Bayatı-Şiraz daxilən də zənginləşdirilir.