Ustad      
      
V. Mehdiyev           
1  
  X. Həsənzadə
Anton Rubinşteyn

Ş. Mahmudova
«Böyük həqiqətin sorağında»

A. Əmraxova
A. Şonberq və XX əsr dunya mədəniyyati

O. Rəcəbov
Dmitri Kabalevski və Azərbaycan

V. Mehdiyev
Ustad
  

 

 

 

"Mәnim hәyatımın mәnası skripkada qalmaqdır"
Leonid Koqan


us ifaçılıq sənətinin parlaq nümayəndəsi Leonid Koqan Dnepropetrovsk şəhərində, 14 noyabr 1924-cü ildə, fotoqraf Boris Semyonoviç və Sofya Lvovna Koqanlar ailəsində dünyaya gəlmişdi. Atası həvəskar musiqiçi-skripkaçı olmuşdur. Musiqi ilə Leonid altı yaşından məşğul olmağa başlamışdı. Dnepropetrovsk şəhərində musiqi məktəbləri arasında keçirilən müsabiqədə parlaq çıxışına görə Leonid Xarkovda yekun konsertdə iştirak etmək hüququnu qazanmışdı. O vaxt Leonidin doqquz yaşı var idi: Skripkanı ürəkdən sevir və bütün vaxtını çalışmalarda keçirirdi. Nəhayət, gənc musiqiçini Moskvaya, professor Abram Yampolskinin rəh-bərlik etdiyi xüsusi istedadı olan gənc musiqiçilər qrupuna göndərirlər. On bir yaşında (!) Leonid birinci dəfə Moskva Konservatoriyasının kiçik zalında uğurla çıxış edir. Bu illərdə o skripkada çalmağın sirrlərini dərk edir və Moskvaya qastrol səfərlərinə gələn dahi musiqiçi - skripka çalanlar Yaşa Xeyfets, İsak Tibo, Yozef Siqeti kimi nəhəng ifaçılara qulaq asmış və çaldığı alətə-skripkaya bir daha və həmişəlik bütün varlığı ilə vurulmuşdur.

1941-ci ildə gənc Leonid Koqan (17 yaşında!!!) Moskva Konservatoriyasının Böyük Zalında Moskva Filarmoniyasının simfonik orkestri ilə Bramsın skripka və orkestr üçün konsertini parlaq ifa etmişdir (nəzərə almaq lazımdır ki, bu əsəri tanınmış musiqiçilər belə konsertdə ifa etməyə cürət etmirlər).

Bu konsertdən sonra Rusiyada daha bir parlaq ulduz kəşf olundu!

Müharibə illərində Leonid Koqan mərkəzi musiqi məktəbinin şagirdləri ilə birgə Penza şəhərinə təxliyə etmişdir. Bu illərdə Leonid Koqan öz üzərində bir daha işləmiş və Kuybışev şəhərində Böyük teatrın simfonik orkestri ilə A.Qlazunovun, N.Myaskovskinin, Š.Prokofyevin, Bize-Sarasatenin iri həcmli əsərlərini ilə məharətlə ifa etmişdi.

Hökumət Leonid Koqanın zəhmətinə və uğurlarına qiymətləndirmiş vermiş - ona İtaliyalı sənətkar-usta Antonio

Stradivarinin 1703-cü ildə yaratdığı skripkanı vermişdi. Koqanın sevincinin həddi-hüdudu yox idi! Koqan musiqi savadını Moskva Konservatoriyasının professoru - tanınmış Sovet pedaqoqu Abram İliç Yampolskinin rəh-bərliyi altında davam etdirir (uzun illər Leonid Koqan - istedadlı tələbə öz professorunun mənzilində daimi yaşayırdı).

Leonid Koqanı - parlaq ifaçını - Moskva filarmoniyası işə dəvət edir.Leonid Koqanın əldə etdiyi zirvələrdən biri də Nikkollo Paqanininin yaratdığı 24 kaprisləri bir gecədə - konsertdə - Moskva Konservatoriyasının Böyük zalında ifa etməsidir!

Bu böyük qələbə idi. Koqan özünü bir virtuoz kimi tanıtdı. O, beynəlxalq müsabiqələrdə iştirak edir və parlaq nəticələr əldə edirdi. 1951-ci ildə Leonid Koqan Brüsseldə Belçika kraliçası Elizabetın şərəfinə keçirilən müsabiqədə birinci yeri qazanır və hər bir ölkə onu qastrol səfərinə dəvət etməyi özünə şərəf bilir. Moskva Konservatoriyasının rektorluğu onu dərs deməyə dəvət edir. Xarici ölkələrdə qastrol səfərləri başlayır: Fransa, İngiltərə, İtaliya, ABŞ, Kanada, Yaponiya və s. və s. Görkəmli dirijorlardan E.Mravinski, E.Svetlanov, Q.Rojdestvenski, P.Monte, Ş.Myunş, D.Şolti, Y.Ormandi, D.Sell, Z.Meta, K.Abbado, D.Mitropulos, L.Mazel, .Staynberq, P.Kleski, B. Xaytinq, S.Ozava, N.Malko onu müxtəlif ölkələrin böyük konsert salonlarında müşayiət edirdilər.

Dahi ifaçılardan Y. Xeyfets, A.Rubinşteyn, M.Elman, Y.Simbalist, Y.Siqeti, İ.Stern, Q.Pyatiqorski, N.Milşteyn Koqanla yaxından tanış olmuş və birgə konsertlərdə çıxış etmişlər. Nəhayət, Leonid Koqanı bütün dünya tanıyır!

1956-1957-ci illərdə daha nəhəng bir zirvə götürülür - Leonid Koqan "Skripka tarixi konsertləri" silsiləsindən skripka üçün yazılmış on səkkiz!!! konsert əsərini Moskva Konservatoriyasının Böyük zalında bir neçə konsert-ğecədə ifa edir. Leonid Koqana professor adı və Rusiya Federasiyasının xalq artisti fəxri adı verilir. 1965-ci ildə Leonid Koqana Sovet İttifaqının ən dəyərli mükafatı - Lenin mükafatına layiq ğörülür. Onun haqqında sənədli və bədii filmlər çəkilir, L.Koqana kitablar və musiqi əsərləri həsr olunur.

P.Çaykovski adına beynəlxalq müsabiqəsinin skripka bölməsinə rəhbərlik edir.

Bu illərdə Leonid Koqan Qara Qarayevlə yaxından tanış olur.

Azərbaycan bəstəkarlıq məktəbinin ən ğörkəmli simalarından biri - Qara Qarayevin skripka ilə orkestr üçün yeni yazdığı konsertin ilk ifaçısı Leonid Koqan olmuşdu. Qara Qarayev bu əsəri Leonid Koqana həsr etmişdir. Konsert Leonid Koqanı heyran etmiş və bununla əlaqədar Koqanın 1978-ci ildə Qara Qarayev haqqında bir məqaləsi də nəşr olunmuşdur. Həmin yazıda Koqan Qarayev haqqında çox dəyərli və ona xas olan dərin fikirləri izah etmişdi. Leonid Koqan Sovet ifaçılıq məktəbinin dünyada ən parlaq nümayişçisi idi və Moskva Konservatoriyasında bir sıra parlaq ifaçılar yetirmişdir. Bunlar arasında daim bizimlə - Azərbaycan musiqiçiləri ilə - sıx əlaqədə olan Sergey Kravçenkonun adını çəkmək lazımdır. S.Kravçenko Leonid Koqanın sevimli və istedadlı tələbələrindən biri idi. S.Kravçenko Moskva Konservatoriyasının professoru və ifaçılıq fakültəsinin dekanıdır. Mən Sergey Krvaçenko ilə bir neçə dəfə beynəlxalq müsabiqələrdə münsiflər heytinin üzvü kimi iştirak etmişəm. Bu görüşlərdə o həmişə öz sevimli müəllimi Koqan haqqında çox maraqlı söhbətlər edirdi. Uzun illər S.Kravçenko Azərbaycan ifaçılıq sənətinə yaxından kömək edirdi və dahi müəllim Leonid Koqanın ona verdiyi məsləhətləri bizim gənc musiqiçilərimizə də çatdırırdı. Leonid Koqan son günlərinə qədər skripkanı əlindən yerə qoymamış və ifaçılıq sənətinin ön cərgəsində gedirdi.Amansız ölüm onu 17 dekabr 1982-ci ildə Moskvadan Yaroslavl şəhərinə konsertə gedərkən yaxaladı. O, qəflətən vəfat etdi. Leonid Koqanın qrammafon valına yazdığı çoxsaylı və skripka üçün yazılan dəyərli əsərlər hələ çox illər bizim qəlbimizi oxşayacaq və "Ustada ölüm yoxdur!" fikrini bir də təsdiq edəcək.

 


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site