-arxitektura, şəhərsalma və bağ-park
sənəti əsərləri;
-fotoqrafiya əsərləri və ona oxşar
üsulla yaradılmış əsərlər;
-coğrafiya, topoqrafiya və digər
elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və
plastik əsərlər;
-törəmə əsərlər (tərcümələr, dəyişdirmələr,
iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr,
aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);
-toplular (ensiklopediyalar, antologiyalar,
məlumat bazaları və materialın seçilməsinə və ya düzəlməsinə görə
yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuələr);
Törəmə əsərlərə və toplulara müəlliflik
hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik
hüququ obyektləri olmasından asılı olmayaraq qorunur;
-digər əsərlər;
Kompüter proqramlarının qorunması
ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada
ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat
sistemlərinə şamil edilir.
Qeyd etmək vacibdir ki, hazırki
milli qanunvericiliklərdə müəllif hüquqlarının pozulmasına görə
cəza tədbirlərinin nəzərdə tutulması adi normaya çevrilmişdir. Azərbaycan
Respublikasının qanunvericiliyi də istisna təşkil etmir. Burada
müəllif hüququ və əlaqəli hüquqların pozulmasına görə mülki, inzibati
və cünayət məsuliyyəti nəzərdə tutulur.
Müəlliflik hüququ və əlaqəli hüquqların
sahibləri pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət
edə bilərlər.
1.Mülki Məcəllənin 6, 491-493 maddələrinə
əsasən, mülki-hüquqi müdafiənin ümumi vasitələri ilə yanaşı (mülki
hüquqların tanınması, hüquqların pozulmasınadək mövcud olan vəziyyətin
bərpa edilməsi və hüquqları pozan hərəkətlərin qarşısının alınması,
zərərin ödənilməsi və s.), "Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında" qanunun 45-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi
ilə aşağıdakı sanksiyalar da tətbiq edilə bilər:
a) Zərərin ödənilməsi əvəzinə pozuntuya
yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması
nəticəsində əldə etdiyi gəlirin tutulması;
b)Zərərin ödənilməsi və ya gəlirin
tutulması əvəzinə minimum əmək haqqının 100 mislindən 50.000 mislinədək
məbləğdə kompensasiya ödənilməsi.