2.Müəlliflik hüququ və əlaqəli hüquqların
pozucularının hərəkətlərində cinayət tərkibinin olduğu hallarda
Cinayət Məcəlləsinin 140 maddəsinə əsasən:
a)İki ilədək müddətdə islah işləri;
b)Minimum əmək haqqı miqdarının
250 mislindən 280 mislinədək cərimə cəzası tədbiq edilə bilər.
3." İnzibati hüquqpozmalar haqqında"
Məcəllənini 186 -1 maddəsində müəlliflik hüququ və əlaqəli hüquqları
pozanlara qarşı nəzərdə tutulur:
a)Minimum əmək haqqı məbləğinin
iyirmi misli miqdarında cərimə.
b)Səlahiyyətli dövlət orqanlarının
müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi
yaradan hərəkətlərin dayandırılmasının tələb edilməsi.
Həmçinin Mülki Prosessual Məcəlləsinin
137-ci maddəsində iddianın təmin edilməsi tədbirləri müəyyən edilmişdir.
Hakim tərəfindən qərarlar çıxarılarkən müvəqqəti tədbirlər kimi
cavabdehdə və ya sair şəxslərdə cavabdehə məxsus olan əmlak, yaxud
pul məbləği üzərinə həbs qoymaq, müəyyən hərəkətləri və ya ona olan
münasibətdə sair öhdəçilikləri yerinə yetirməyi başqa şəxslərə qadağan
etmək və s. nəzərdə tutula bilər.
Pozulmuş müəlliflik hüququ və əlaqəli
hüquqların bərpa edilmə proseduraları Azərbaycanda aşağıda göstərilən
ümumi qaydalarla həyata keçirilir. Müəlliflik hüququ və əlaqəli
hüquqların sahibləri pozulmuş hüquqlarının bərpası üçün birbaşa
özləri həmin hərəkətlərin dayandırılmasını tələb etmək hüququna
malikdirlər. Hüquqları pozulmuş müəllif və əlaqəli hüquqların sahibləri
həmin hüquqların bərpasını müəlliflik hüquqları sahəsində fəaliyyət
göstərən müvafiq icra hakimiyyəti orqanı və həmin hüquqları kollektiv
əsasda idarə edən təşkilatlar vasitəsi ilə də həyata keçirə bilər.
Bununla yanaşı, səlahiyyətli dövlət orqanları və həmin hüquqları
kollektiv əsasda idarə edən təşkilatlar da müəlliflik hüquqlarını
və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin
dayandırılmasını tələb etmək hüququna malikdirlər (Qanunun 44-cü
maddəsi).
(Ardı var)