|
|
T.
Məmmədəliyeva
Azərbaycan Qrammofon Valları
Evinin tarixindən
R. Hüseynov
Qohumluq
|
|
|
|
|
|
|
|
Audio: Clip 1
|
|
Audio: Clip 2
|
|
Audio: Clip 3
|
|
Audio: Clip 4
|
|
|
Qrammofon Valları Evininin və şübhəsiz
ki, onun bilavasitə ideya rəhbəri olmuş Mədəniyyət Nazirliyinin
qarşısına qoyduğu və həyata keçirdiyi məsələlər müasir dövrümüzdə
də öz mütərəqqiliyi və uzaqgörənliyi ilə fərqlənir. Onların böyük
rolu xüsusilə Azərbaycan milli və professional bəstəkar musiqisinin
inkişafında daha aydın nəzərə çarpır. Belə ki, milli musiqi nümunələrimiz:
xalq mahnıları, rəqs havaları, aşıq musiqisi, muğamlarımızın bir
çox hissəsinin vallara yazılması məhz Qrammofon Valları Evininin,
onun bu cür çətin, qızğın iş prosesində bir çox, o cümlədən maliyyə
problemlərini həll etmiş işçilərinin xidmətidir. Bundan əlavə, onlar
məhz azərbaycan musiqisini dinləyicilərə təqdim edən disklərin 612-ni
kataloqlaşdırıb. Valların repertuarları üzərində xüsusi dayanmağın
zəruri və oxucularımız üçün maraqlı olduğunu zənn edirik.
Musiqi növləri və janrları etibarilə
geniş assortimentə malik olmasına baxmayaraq, azərbaycan milli və
professional bəstəkar musiqisinə aid disklər üstünlük təşkil edir.
Bunlardan birincisini daha diqqətlə nəzərdən keçirək. Burada milli
musiqi xəzinəmizin muxtəlif sahələri, janrları təqdim edilib: muxtəlif
alətlər tərəfindən çalınan rəqs havaları, təranələri (qarmonçu Z.
Mirzəyev, A. İsrafilov, Y. Cabbarov, Q. Nəzərov, Z. Məmmədov; klarnetçi
V. Mirzəyev, B. Bağırov; qaboyçu K. Cəlilov; nağaraçı Ç. Mehdiyev,
qara zurnaçı M. Məmmədovun və başqalarının ifasında), aşıq musiqisi
(muxtəlif aşıqların - Ə. Neftalıyev, R. Məmmədov, X. Məhərrəmovun
və başqalarının diskləri; 1987-ci ildə aşıqlarımızın ifasında yazılmış
"Koroğlu" dastanı; 1991-ci ildə buraxılmış "Azərbaycan aşıq havaları"
7 diskdən ibarət komplekt), muğamlar (muxtəlif çalğıçılar, xanəndələrin
- Cabbar Qaryağdıoğlu, B. Mənsurov, T. Bakıxanov, A. Babayev, Y.
Məmmədov, A. Qasımov, A. Abdullayev, T. Qasımov, H. Əliyev, Ə. Əhmədov,
E. Bədəlov, K. Əhmədov, C. Əkbərov, Q. Quliyeva və başqalarının
ifasında muğam və təsniflərimiz) . Professional bəstəkar musiqisinə
aid disklər isə muxtəlif nəslə mənsub bəstəkarlarımız - Ü. Hacıbəyov,
M. Maqomayev, Z. Hacıbəyov, Q. Qarayev, F. Əmirov, C. Hacıyev, S.
Hacıbəyov, Niyazi, T. Quliyev, R. Hacıyev, R. Mustafayev, A. Əlizadə,
X. Mirzəzadə, A. Məlikov, V. Adıgözəlov, A. Rzayev, S. Ələsgərov,
A. Dadaşov, F. Qarayev, L. Vaynşteyn, E. Sabitoğlu, Ş. Axundova,
A. Bəbirov və başqa bəstəkarların opera, simfoniyadan tutmuş mahnı,
operetta, müzikllara qədər muxtəlif janrlardakı əsərlərini əhatə
edir. Əhəmiyyətli bir hissəni azərbaycan musiqisinin qeyd olunmuş
əsas sahələrinə aid bir çox ifaçıları, sənət ustalarına (Bülbül,
H. Ərəblinski, C. Qaryağdıoğlu, X. Şuşinski, Niyazi, Ş. Məmmədova,
R. Atakişiyev, Ş. Ələkbərova, F. və X. Qasımova bacıları; pianoçular
F. Bədəlbəyli, A. Əliyeva, E. Zeynalova; skripkaçı A. Əliyev, A.
Süleymanov; fleytist T. Hacıyev; Azərbaycan Dövlət Simfonik və kamera
orkestrləri, Dövlət Kvarteti, Azərbaycan Xor cəmiyyətinin kamera-instrumental
xoru və bir çoxlarına) həsr olunmuş vallar təşkil edir. Uşaq yaradıcılığı,
onların estetik tərbiyəsi məqsədilə buraxılmış muxtəlif vallar da
(məsələn: azərbaycan xalq nağılları; uşaq mahnıları; N.Əliverdibəyovun
"Cırtdan" nağıl-operası; uşaq auditoriyası üçün nəzərdə tutulmuş
məktəb tədris repertuarlarına daxil olan əsərlərdən ibarət "Dinlə
və çal" və s. disklər) diqqət mərkəzindən yayınmır. Həmçinin respublikamızın,
muxtəlif yazıçı və şairlərimizin (məsələn: S. Vurğun, M. İbrahimov,
S. Rüstəmin) yubileyi münasibətilə buraxılmış "Azərbaycan yazıçılarının
yaradıcılıq portretləri" seriyası; aktyorlar Ə.Ağayev, H.Bağırov,
H. Turabovun ifasında C.Məmmədquluzadə və M.F.Axundovun məşhur yumoristik
hekayələrindən ibarət disklərə də təsadüf olunur. Və əlbəttə ki,
estrada (P. Bülbüloğlu, F. Kərimova, "Sevil" vokal - instrumental
ansamblı, S.Sərxan, T. Vəlizadə, R. Behbudov adına Azərbaycan dövlət
Mahnı teatrının diskləri) və caz (V. Mustafazadənin albomları) musiqisi
də unudulmamışdır. Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığı
da muxtəlif ifaçılar - Ş. Ələkbərova, Z. Xanlarova, İ.Quliyeva,
F. Kərimova, E. Rəhimova, N. Məmmədova, Y.Rzazadənin vallarında
geniş nümayiş etdirilib. Xüsusi olaraq bir faktı nəzərinizə çatdıraq:
1986-cı ildə xalq mahnısı sahəsində ən çox satılmış diskin ifaçısı
kimi Zeynəb Xanlarovaya "Melodiya" Ümumittifaq qrammofon valları
firmasının "Qızıl val"ı təqdim olunmuşdur və qeyd edək ki, həmin
sahə üzrə bu mükafatı Rusiya və Ukraynadan sonra məhz Azərbaycan
artisti almışdır.
|
|
|