Azərbaycan Qrammofon       
Valları Evinin tarixindən      
T. Məmmədəliyeva           
1   2   3   4  
T. Məmmədəliyeva
Azərbaycan Qrammofon Valları Evinin tarixindən

R. Hüseynov
Qohumluq


 
 
make printcopy print copy
        
Audio: Clip 1
Audio: Clip 2
Audio: Clip 3
Audio: Clip 4

X əsrin artıq sona yetdiyi bir dövrdə istər dünya, istərsə də Azərbaycan musiqi sənəti və mədəniyyətinin inkişafında texnikanın əvəzsiz rolu hamıya məlumdur. Bizə də məlumdur. Amma heyf ki, bütün təfərrüatları ilə yox... Məsələn, bilirik ki, hansısa ildə filan val buraxılıb. Lakin respublikamızda bütün bu proseslərin necə baş verdiyindən tamamilə bixəbərik. Bu səbəbdən də musiqi mədəniyyətimizin tərəqqisi üçün çox böyük rol oynamış Azərbaycan Qrammofon Valları Evinin tarixindən söhbət açmağı zəruri hesab edirik.

İlk qrammofon yazı studiyaları hələ XIX əsrin 80-cı illərindən etibarən fəaliyyətə başlamışdı. Yeni, XX əsr qədəm qoyduqdan sonra isə Rusiyada da bu cür studiyaların (məsələn, Riqada ingilis səhmdar cəmiyyəti tərəfindən təşkil edilmiş "Qrammofon" adlı qrammofon valları fabrikinin) fəaliyyət göstərməsi qeyd olunur. Musiqi ictimaiyyətimizin daim maraq obyekti olan xalq musiqi nümunələrimizin, xüsusilə görkəmli xanəndələr, muğam ustalarımızın valları da həmin studiyalar tərəfindən artıq yazılmağa başlayırdı. Məsələn, 1901-1902-ci illər Riqada bir sıra tanınmış xanəndə - C. Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, İ. Abdullayevin qrammofon vallarının buraxılması, 1916-cı ildə Ü. Hacıbəyovun "Leyli və Məcnun" operasının vala yazılması kimi faktlar məlumdur. Bəlkə də elə bu cür faktların çoxalması, uzun bir müddətdən sonra həyata keçirilməsinə baxmayaraq, Azərbaycan Qrammofon Valları Evininin yaranmasına zəmin olub. Cünki milli musiqi xəzinəmizə, onun muxtəlif incilərinə yetirilən xüsusi diqqət, onların axtarılıb tapılması və çoxlu tirajlarla yazılıb yayılması kimi məqsədlər hələ atdığı ilk addımlardan bəri bu müəssisənin əsas fəaliyyət prinsipi kimi özünü büruzə verir.

Azərbaycan Qrammofon Valları Evi 1975-ci ildən etibarən SSRİ Mədəniyyət Nazirliyinin 26 May 1975-ci il 332N-li və Ümumittifaq "Melodiya" qrammofon valları firmasının 29 May 1975-ci il 28N-li əmrinə əsasən fəaliyyət göstərməyə başlayıb. On beş il fəaliyyəti ərzində Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməyə və plana (repertuar və miqdar etibarilə) əsaslanaraq özünün "Şur" firma mağazasında valların, sonralar musiqi kassetlərinin buraxılışını, topdan və pərakəndə satışını həyata keçirib. Habelə digər ölkələr - Kuba (1976), Macarıstan (1978), Çexoslovakiya (1979), Hindistan (1984), Bolqarıstan (1986), Yuqoslaviyanın (1987) da qrammofon vallarının və musiqi kassetlərinin Azərbaycanda sərgi-satışını təşkil edib. 1988-ci ilin noyabr ayında isə Moskvada keçirilmiş səsyazma firmalarının I beynəlxalq sərgi-yarmarkasının iştirakçılarından, daha doğrusu təşəbbüskarlarından biri olub.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site