Azərbaycan Qrammofon       
Valları Evinin tarixindən
      
  T. Məmmədəliyeva           
1   2   3   4  
T. Məmmədəliyeva
Azərbaycan Qrammofon Valları Evinin tarixindən

R. Hüseynov
Qohumluq


make printcopy print copy
        
Audio: Clip 1
Audio: Clip 2
Audio: Clip 3
Audio: Clip 4

1990-cı illərdən başlayaraq evin fəaliyyəti zəifləyib və demək olar ki, dayanıbdır; əgər bir qism valların (məsələn: F. Qarayevin "Tristessa-I"; Ü. Hacıbəyov adına Dövlət Simfonik orkestr solistlərinin ifasında Ç. Ayvz, V. Lyutoslavski, S. Bussotti, F.Qarayevin əsərləri; həmçinin qeyd olunmuş komplektlərin), eyni zamanda Evin Almaniyanın "E" və Bakı maqnitofon kassetləri zavodu ilə birlikdə yaratdığı "Şur" müştərək müəssisəsində musiqi kassetlərinin buraxılışını nəzərə almasaq. Və müəssisənin gələcək planlarına daxil olan lazer disklərinin buraxılışı, habelə bir çox xanəndələrimiz - S. Şuşinski, İ. Abdullayev, Y.Kələntərli, M. Behbudovun Moskva arxivlərində qalıb köçürülməmiş yazılarının axtarılıb tapılması, yayılması kimi məsələlər artıq bir niyyət halını alaraq keçmişdə qalıb.

Son olaraq bildirmək istəyirik ki, məqalənin yazılması müddətində Azərbaycan Qrammofon Valları Evinin direktoru Eyvaz Əli oğlu Məmmədov vəfat edib. "Musiqi dünyası" jurnalının bütün kollektivi və redaksiya heyəti adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site