Bayatı-Şiraz - 7 əsas Azərbaycan
muğam dəstgahlarından biri: Bərdaşt, Maye-Bayatı-şiraz, Nişibi-fəraz,
Bayatı-İsfahan, Zil Bayatı-Şiraz, Üzzal, Xavəran, Dilruba, Bayatı-Şiraza
ayaq.
Bərbət - Ərəb dilində "bər"
- sinə, "bət" - ördək mənası daşıyır. Ən qədim Azərbaycan simli
musiqi alətidir.
Bərdaşt - Muğam dəstgahlarının
əvvəlində, müqəddimə tərzində çalınan kiçik instrumental epizoda
deyilir.
Blyuz - Afrika və Amerika
xalqlarının musiqi folklorunun bir növüdür. İlkin formada solo-vokal
oxunuşu kimi arxaik və ya kənd blyuzu adlanaraq, XIX əsrin II yarısında
ABŞ-ın Cənub hissəsində zənci kənd mühitində yaranmışdır. Sonralar
müğənnilər öz mahnılarını banco və ya gitaranın müşayiəti ilə oxumağa
başlamışlar. Arxaik blyuzların musiqi dilində və məzmununda zəncilərin
plantasiyalarda iş zamanı oxuduqları əmək mahnılarının və "xollers"
mahnı intonasiyalarının təsiri hiss olunur.
XIX - XX əsrlərin ayrıcında şəhər
- blyuzları yaranır. Artıq bu ekspressiv xasiyyətli vokal janra
xas olan bədii elementlər - son dərəcə hərəkətli, oynaq intonasiyalar,
özünəməxsus "xırıltılı" tembr, müntəzəm metro-ritm xüsusiyyətləri
formalaşır.
Əsasən qəmgin, kədərli xasiyyətdə
olan blüzların məzmunu zənci əhalinin acınacaqlı şəraiti ilə bağlı
olub, nakam məhəbbət, tənhalıq, qorxu və iztirab duyğularını əks
etdirir.
Caz musiqisinin yaranması və inkişaf
etməsində blyuz çox mühüm rol oynamışdır. Caz musiqisi blyuzun instrumental
formada təzahürü olsa da, intonasiya və tembr xüsusiyyətlərində
vokal musiqinin təsiri hiss olunur. Blyuzun musiqi forması onun
ədəbi-mətn xüsusiyyətlərindən asılı olaraq, üç misralı şerin təkrarlanan
sual və onunla ziddiyyət yaradan cavab cümləsindən ibarətdir. Sonra
isə qısa (iki xanəli) instrumental bağlayıcı hissə-breyk səslənir.
Blyuzun lad əsasını major sırasının III və VIII pillələrinin əskildilməsi
(bunlara "blyuz notları"da deyilir) təşkil edir. Avropa musiqisindən
fərqli olaraq, Afrika musiqisində lad 7 deyil, 5 pillədən ibarətdir.
Major və minor səslənməsini özündə birləşdirən "blyuz notları" özünəməxsus
emosional ikili lad xüsusiyyəti yaradır. Bu, blyuza xas olan dəyişkən
əhval-ruhiyyə ilə səsləşir.
Müasir blyuz bir çox üslub və cərəyanlardan
ibarətdir.Xalq blyuzu ilə yanaşı caz blyuzu, şəhər blyuzu, "ağ"
blyuz və s. növləri yaranır, inkişaf edir.
Blyuzun geniş yayılmasında və populyarlaşdırılmasında
zənci bəstəkarı və musiqiçisi, klassik "Sent-Luis blyuz" və "Memfis
blyuz"un müəllifi U.Xendinin əhəmiyyətli rolu olmuşdur. O, 1912-ci
ildə ilk seçilmiş blyuz məcmuəsini nəşr etdirmişdir. Məşhur zənci
müğənniləri - Mami Smit, Ma Reyni, Bessi Smit, İda Koks və b. bluyzun
klassik təfsirçisi kimi tanınmışlar.
Blyuz ilə bir çox müasir bəstəkarlar
- C.Gerşvin, M.Ravel, D.Miyo, L.Bernstaun ciddi məşğul olmuş, öz
əsərlərində ondan istifadə etmişlər. Azərbaycan bəstəkarlarından
ilk dəfə blyuza müraciət edən Qara Qarayev olub. L.Xyuzun sözlərinə
"3 blyuz" (cəs və caz-orkestr üçün) və "İldırımlı yollarla" baletindən
bir sıra bölümü misal gətirmək olar.
Bax: Ə.Bədəlbəyli (Musiqi lüğəti)
Gnüiklopediçeskiy slovarğ önoqo
muzıkanta. M.Pedaqoqika, 1985