İSTEDADLI, QAYĞIKEŞ PEDAQOQ      
      
Səadət Qarabağlı           
1  
UZEIR HACIBEYOVUN HAQQINDA SOZ

Səadət Qarabağlı
İSTEDADLI,QAYĞIKEŞ PEDAQOQ

Raziyə Əliyeva
İKİ DOST, İKİ SƏNƏTKAR

Səadət Qarabağlı
ÜZEYİR HACIBƏYOV - PUBLİSİST

Afet Novruzov
ÜZEYİR HACIBƏYOVUN TARIN
NOT İFAÇILIĞINDA ROLU



Üzeyir Hacıbəyov 19 yaşında olarkən xalq müəllimi kimi fəaliyyətə başlamışdır. 1904-cü ildə məşhur Qori müəllimlər seminariyasını bitirən gənc Üzeyiri Hadrut kəndindəki məktəblərin birinə rus dili müəllimi təyin edirlər. Bununla əlaqədar Ü. Hacıbəyov sevimli müəllimi Firudun bəy Köçərliyə yazırdı: "İyulun birindən Şuşanın yaxınlığında, Cəbrayıl uyezdi, Hadrut məktəbinin 3-cü paralel sinfinə müəllim təyin olunduğumu sizə xəbər verməyə tələsirəm. Etiraf etməliyəm ki, kəndə təyinatım məni çox sevindirir".

1921-ci ildə Üzeyir Hacıbəyov Azərbaycan türk musiqi məktəbi (ATMM) təsis etdi. Həmin məktəb 1924-cü ildə texnikuma çevrilmiş, 1926-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyası ilə birləşmişdir.

Üzeyir Hacıbəyov bəstəkarlıq məktəbinin Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Səid Rüstəmov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Əşraf Abbasov, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Məmməd Cavadov, Hacı Xanməm-mədov və onlarca başqa nümayəndələri vardır. Dahi bəstəkar, istedadlı pedaqoqun yetirmələri ölkəmizdə və eləcə də respublikamızın hüdudlarından çox-çox uzaqlarda şöhrət qazanmışlar.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site