ÜZEYİR HACIBƏYOV - PUBLİSİST      
      
Səadət Qarabağlı           
1  
UZEIR HACIBEYOVUN HAQQINDA SOZ

Səadət Qarabağlı
İSTEDADLI,QAYĞIKEŞ PEDAQOQ

Raziyə Əliyeva
İKİ DOST, İKİ SƏNƏTKAR

Səadət Qarabağlı
ÜZEYİR HACIBƏYOV - PUBLİSİST

Afet Novruzov
ÜZEYİR HACIBƏYOVUN TARIN
NOT İFAÇILIĞINDA ROLU



Publisistika sahəsində də Üzeyir Hacıbəyov irsi təkrarsızdır. Qori müəllimlər seminariyasında təhsil aldığı illərdə onun publisistik, jurnalistik istedadı özünü biruzə vermişdir. 1903-cü ildə Tiflisdə Məhəmmədağa Şahtaxtlı tərəfindən nəşr olunan "Şərqi-rus" qəzetində Ü. Hacıbəyovun "Dəllək" adlı nəzmlə yazılmış felyetonu dərc edilmişdir. Felyetonda seminariyada baş verən bir əhvalatdan bəhs olunmuşdur. Felyetonu M. Şahtaxtlı çox bəyənmiş və gənc Üzeyirə qələmi əlindən yerə qoymamağı tövsiyə etmiş, gələcəyinə böyük ümidi olduğunu söyləmişdir.

Ü. Hacıbəyov publisistik yazılarını 64 gizli imza - "Filankəs", "Birşəxs", "Behmankəs", "U", "Ü", "Üzeyir", "Bisavad" və i. a. imzalarla dərc etdirmiş, "Ordan-burdan", "O yan, bu yan", "Dərədən-təpədən" və s. bu kimi sərlövhələr altında özünün duzlu, məzəli, kiçik yumorlu, kəskin gülüşlü felyetonlarını yazmışdır.

Üzeyir Hacıbəyov aktiv, bacarıqlı, mühərrir olmaqla yanaşı, həm də təşkilatçı idi. O, dörd qəzetdə redaktorluq etmişdir. 1909-cu ildə Bakıda "Həqiqət" qəzeti nəşr olunurdu ki, onun naşiri və baş redaktoru Üzeyir bəy idi. Bundan əlavə o, "Tərəqqi", "Yeni iqbal" və "Azərbaycan" qəzetlərinin də rəhbəri olmuşdur.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site