Ü. Hacıbəyovun tara notlu ifanı
tətbiq etmək ideyası şübhəsiz ki, birdən-birə yaranmamışdır. Uzun
illər milli musiqi alətlərimizin tədris məsələsi haqqında düşünən
Üzeyir Hacıbəyov 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının
yaranmasının təşəbbüskarı və təşkilatçısı olmuşdur. Məhz elə həmin
ildə onun məs-ləhəti ilə Konservatoriya da tar ixtisas sinfi açılmışdır.
Qeyd edək ki, not ixtisası üzrə dərsi Ü. Hacıbəyov özü apar-mışdır.
Lakin o vaxt bu tədrisin ömrü qısa olur. Çün-ki xalq çalğı alətləri
şöbəsində oxuyan tələblərin ibtidai və orta musiqi təhsili almadıqlarına
görə də 1922-ci ilin aprel ayında xalq çalğı alətləri şöbəsi (o
zamanlar "Şərq şöbəsi" adlanırdı) Konservatoriyadan ayrılıb müstəqil
tex-nikuma çevrilir. Bu məktəbin direktoru təyin olunan Ü. Hacıbəyov
tar üzrə muğam fənninin aparılmasını görkəmli pedaqoq Mənsur Mənsurova,
sonralar Əhməd Bakıxanova da tapşırır.
20-ci illərdən başlayaraq notlu
tar ifaçılığın muğamla bərabər tədris edilməsi bu alətin imkanlarında
yeni bir zənginlik yaratdı. Belə ki, tarın nəinki muğam, eləcə də,
not ifaçılığıda formalaşır və inkişaf edirdi. Bir cəhəti də deməliyik
ki, muğam şifahi şəkildə olduğu üçün onun tədrisi problem doğurmurdu.
Not ifaçılığı isə tarda ilk addım olduğuna görə sözsüz ki, tədrisdə
dərs vəsaiti kimi xarici ölkələrin bəstəkar əsərləri və müxtəlif
musiqi dərsliklərindən istifadə etmək zərurətini yaradırdı. Bunları
nəzərə alaraq Ü. Hacıbəyov 1925-ci il mayın 9-da o dövrün tələbinə
uyğun olaraq tar ixtisası üzrə not və muğam proqramını tərtib etmişdir.
Tar ixtisasının not üzrə proqramında
Ü. Hacıbəyov öz əsərləri ilə yanaşı xarici ölkə müəlliflərinin münasib
əsərlərindən də istifadə etmişdir. Ü Hacıbəyovun tərtib etdiyi bu
proqramda M. K. Klimov1.