İKİ DOST, İKİ SƏNƏTKAR      
      
Raziyə Əliyeva           
1  
UZEIR HACIBEYOVUN HAQQINDA SOZ

Sәadәt Qarabağlı
İSTEDADLI,QAYĞIKEŞ PEDAQOQ

Raziyә Әliyeva
İKİ DOST, İKİ SӘNӘTKAR

Sәadәt Qarabağlı
ÜZEYİR HACIBӘYOV - PUBLİSİST

Afet Novruzov
ÜZEYİR HACIBӘYOVUN TARIN
NOT İFAÇILIĞINDA ROLU


 
 

Bəli, xoş bir təsadüf nəticəsində iki dahi bəstəkar Azərbaycan peşəkar musiqi mədəniyyətinin beşiyi başında duran Üzeyir bəy Hacıbəyov və onun hünərvər dostu, sirdaşı Müslüm Maqomayev hər ikisi 1885ci il sentyabrın 18də dünyaya gəlmişdilər. Sonralar ad günlərini də bir yerdə keçirirdilər: əvvəlcə Müslüm bəygildə, sonra isə axşam Üzeyir bəy gildə; və axşamların birində Məleykə xanımın bişirdiyi ləzzətli plov stolunun arxasında Üzeyir bəy dostunun şərəfinə zarafatla belə bir sağlıq demişdi: "Bilmirəm, Müslüm məni niyə izləyir? Bir addım da olsun tək qoymur. Mən, 1885ci il sentyabrın 5də (köhnə tarixlə) anadan oldum, o da vaxt itirmədən həmin gün dünyaya gəldi. Mən musiqi ilə məşğul olmağa başladım, Müslüm də, Məktəbdə dərs deyirdim, opera yazırdım... Müslüm də mənim kimi...".

20-ci əsrin üçüncü onilliyində hər iki dost Üzeyir bəy və Müslüm bəy milli musiqi mədəniyyətimizin inkişaf edib yeni zirvələr fəth etməsi yolunda mühüm işlər görürdülər. Musiqi təhsili məsələləri ilə məşğul olan Üzeyir bəy Hacıbəyov Türk musiqi məktəbi, xalq konservatoriyası, daha sonra Azərbaycan Dövlət Konservatoriyasını, Müslüm Maqomayev isə filarmoniyanı təşkil edirlər. 1924cü ildən M. Maqomayev Opera və Balet Teatrının rəhbəri və baş dirijoru, Türk TənqidTəbliğ Teatrının rəhbəri, Radio Komitəsində musiqi verilişlərinin rəhbəri təyin olunur. Ü. Hacıbəyovla M. Maqomayevin səyi və təşkilatçılığı nəticəsində Radioda notla çalan xalq çalğı alətləri orkestri yaranır. Notla çalan orkestrin ifasında Üzeyir bəy bir çox Avropa klassiklərinin əsərlərinin səsləndirilməsinə, radio vasitəsilə dinləyicilərə çatdırılmasına nail olur; eyni zamanda həmin orkestr üçün 2 fantaziyasını yazır. Bununla Üzeyir bəy bir tərəfdən tar və kamança kimi musiqi alətlərini yeni tərzdə, notla çalmasına nail olmuş, orkestrin repertuarını klassik əsərlər hesabına zənginləşdirmiş, digər tərəfdən milli bəstəkarlar üçün yeni yaradıcılıq imkanları yaratmışdır. Üzeyir bəylə paralel olaraq Müslüm bəy də radioda klassik simfonik musiqi nümunələrindən istifadə edərək dinləyiciləri yeni səslənmə ilə tanış edir. Bununla o, yaranıb inkişaf edən Azərbaycan musiqisinin məhz simfonik orkestr vasitəsilə səsləndirilməsinin vaxtının gəlib çatdığını nümayiş etdirmək istəyirdi. Bu o demək idi ki, Azərbaycan peşəkar musiqi mədəniyyəti dünya peşəkar musiqi mədəniyyətinin tələblərinə cavab verən bir səviyyəyə gəlib çatmışdır. Elə buna üsmç də Müslüm bəy təşəbbüs göstərərək ilk milli simfonik əsərini "Azərbaycan çöllərində" rapsodiyasını yazmışdır.

1935-ci ildə Müslüm Maqomayevin "Nərgiz" operası tamaşaya qoyuldu. Üzeyir bəy bu operanı yüksək qiymətləndirərək, "milli mədəniyyətimizin problemlərindən birinin həlli yolunda irəli atılan addım" adlandırmışdı.

1937-ci ildə Üzeyir bəy Hacıbəyovun şah əsəri olan "Koroğlu" operası yarandı. Özünün sevimli janrına müraciət edən dahi bəstəkar nadir bir opera incisi yaratmaqla Azərbaycan klassik musiqi salnaməsinin əsasını qoymuşdur.

Hər iki bəstəkarın yuxarıda adı çəkilən opera inciləri 1938ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında böyük müvəffəqiyyət qazanmış, bu da hər ikisinin düzgün yol seçdiyinə parlaq nümunə idi.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site