Səliqəli və qəşəng xətlə yazılmış,
lakin zaman keçdikjə rəngi saralmış bu məktubları əlimə alanda ürəyimdə
çox qəribə duyğular baş qaldırır. Söhbət Müslüm Maqomayevin öz ailə
üzvlərinə ünvanladığı məktublarından gedir. Bu məktubları o, həyatının
son illərində kəskin surətdə pisləşmiş səhhətini bərpa etmək üçün
üz tutduğu sanatoriyalardan göndərirdi.
Həmin məktubların bir qismini curnalımızın
bu sayında dərj edirik. Məktubların sətirləri arasında Müslüm Maqomayevin
- qayğıkeş ailə başçısı, hövsələli pasiyent, son dərəjə nikbin və
ən başlıjası, əsl ziyalı bir insanın janlı obrazı görünür. İndi
ürək ağrısı ilə düşünürük ki, onun sağalmaq ümidi doğrulmadı, yaradıjılıq
planları yarımçıq qaldı və az sonra onun əzizləri - Badüş ( həyat
yoldaşı Bağdagüljamal xanım) sevimli ömür-gün yoldaşını, Jamulya
və Mamus isə (oğlanları Jəmaləddin və Məhəmməd) qayğıkeş və mehriban
atalarını həmişəlik itirdilər.
Amma gəlin bu gün həmin məktubları
təkrar-təkrar oxuduqja kədərlənməyək. Sadəjə olaraq, bu iste’dadlı
bəstəkarın, bu nəjib insanın işıqlı xatirəsini bir daha ehtiramla
yad edək və sevinək ki, XX əsr Azərbayjan musiqi mədəniyyətinin
tarixində Müslüm Maqomayevin parlaq adı da var.