ÜZEYİR HACIBƏYOV VƏ ERMƏNİ      
SƏNƏTCİLƏRİNİN "MƏDƏNİ" TƏCAVÜZÜ      
Sərdar FƏRƏCOV           
1  
Aida HÜSEYNOVA
MÜSLÜM MAQOMAYEVİN HƏYATININ
SON İLLƏRİ MƏKTUBLARIN AYNASINDA


Sərdar FƏRƏCOV
ÜZEYİR HACIBƏYOV VƏ ERMƏNİ
SƏNƏTCİLƏRİNİN "MƏDƏNİ" TƏCAVÜZÜ


Nigar ƏLİYEVA,
Fərəh ƏLİYEVA

AZƏRBAYCANIN BAŞ ORKESTRİ

Kamil Şahverdiyev
Rəşid Behbudov fenomeni

Lale Rzayeva
FORTEPİANO SENETININ
TARIXI VEREQLEYERKEN...


 
 

1981-ci il martın ilk həftəsi Yerevanda tələbə-bəstəkarların ümumittifaq festivalı keçirilirdi. Baltikyanı respublikalardan tutmuş Orta Asiya, uzaq Sibir konservatoriyalarında təhsil alan 200 nəfərə qədər gənc tələbə bəstəkarlar və ifaçılar yeni əsərlərini bu festivalda səsləndirəcəkdi. Bakıdan gedən 4 tələbə-bəstəkarlardan biri də mən idim. Gələn qonaqları mehmanxanalarda yerləşdirdikdən sonra şəhərlə tanışlıq başladı. "Ev sahibələrinin" fəxrlə, qürurla qonaqlara təqdim etdikləri "diqqətəşayan" yerlərdən biri də dövlət konserv-atoriya-sının yeni binası idi. Bu binaya daxil olarkən birdən ürəyimdən qəribə hiss keçdi ki, görəsən bu yeni konservatoriyada ilk eşidəcəyim kimin, hansı bəstəkarın musiqisi olacaq? Bu hissin təsiriylə hamıdan aralanıb pilləkənlə III mərtəbəyə qalxaraq koridorda siniflərdən birinin qapısına yaxınlaşdım. İki laylı sinif qapısını açanda heyrətimdən donub qaldım. wox zövqlə geyinmiş, ciddi görkəmli, çəlimsiz bir yaşlı qadın royal arxasında həvəslə, şövqlə böyük Üzeyir bəyin "Sevgili canan"ını ifa edirdi. Bu nə idi? Təsadüf, yoxsa Üzeyir bəyə böyük məhəbbət? Sabahı gün Dövlət şəkil qalareyasını ziyarət edərkən rəssam Elbekyanın "Qədim Tiflis" seriya-tablolarına baxaraq eyni hissi keçirdim. wünki əsrin əvvəllərini təsvir edən rəssam, Tiflisin köhnə məhəllələrini, qədim binalarını, gözəl guşələrini əks etdirsə də, təsvir olunan dükanların, restoran, kazinoların, hamamların, səyyar teatr afişalarının üzərində çoxlu sayda "Arşın mal alan" sözləri yazılmışdı. Bu isə hələ əsrin əvvəllərində yenicə bəstələnmiş operettanın əfsanəvi şöhrətinə, yüksək gəlir reklamı olmasına dəlalət edirdi və bu həqiqəti müxtəlif zamanlarda erməni sənətçiləri, qələm sahibləri belə inadla etiraf etmişlər.

1981-ci ildə qarşılaşdığım bu iki fakt məni erməni musiqiçiləri ilə Üzeyir Hacıbəyov arasında olmuş münasibətlərə, hadisələrə qarşı daha diqqətli olmağa sövq etdi və zaman keçdikcə bir çox tarixi sənədləri, materialları araşdırıb öyrənərkən bu haqda yeni-yeni qənaətlər əxz etdim.

Bir həqiqəti qətiyyətlə qeyd etmək olar: Ü.Hacıbəyovun musiqisi bütün zamanlarda erməni sənətçilərinin, musiqiçilərinin, dinləyicilərinin qəlbini fəth edib. Üzeyir bəyin sənətinin böyüklüyü, miqyası, saflığı, qeyri-adiliyi öz yenilməz gücüylə daim erməni nihilistlərini, skeptiklərini, bədxahlarını susdurub, əsil sənətsevərləri zənginləşdirib, düşündürüb.

Üzeyir bəyin yüksəlişi, uğurları, elə həyatı da daim parlaq işıq və qara-boz kölgələrlə müşayiət olunub. Müsəlman Şərqinin qəflət yuxusuna dalmasından zövq alan, onu tarixin unudulmuş, əski səhifəsinə bənzədən, yenilikdən, müasir mədəniyyətdən çox uzaq olmasından gizli-aşkar məmnunluq duyan "qonşu mədəni xalqlar" uzun zaman Ü.Hacıbəyov fenomenini ciddi qəbul etmək istəməmişlər, qaranlıq gecədə qəfil parlayan Günəşi ani təsadüf hesab etmişlər.

Axı necə ola bilərdi? "Qədim tarixə", "mədəniyyətə" sahib olan qonşu - xalqların bəstəkarları hələ XIX əsrdə Avropanın, Rusiyanın konservatoriyalarında mükəmməl təhsil alsalar da və hər cür maddi, mənəvi dayaqları olsa belə, onlar opera yazıb tamamlaya bilmədilər, ancaq 22 yaşlı azərbaycanlı bir gənc isə nəinki Qafqazda, bütün Şərqdə, müsəlman aləmində hamını qabaqlayaraq, bu günə qədər də yaşayan, səslənən və ecazkar gücü ilə ürəkləri məftun edən ilk operası "Leyli və Məcnun"u yarada bildi. Bu əsərin premyera günü - 1908-ci il yanvarın 25-də, bütün Qafqazın mədəni ictimaiyyəti sevinc, heyrət, rəğbət qarışıq təlatümlü hisslər yaşadı. "Leyli və Məcnun"un ilk tamaşalarına təkcə Bakıdan yox, Gəncədən, Tiflisdən, Dərbənddən və başqa şəhərlərdən onlarla tamaşaçı gəlirdi. Bunların arasında gürcülər, ermənilər, yunanlar, tatarlar da az deyildi. 1941-ci ilin mayında Bakıda görkəmli erməni bəstəkarı A.T.Tiqranyanın "Anuş" operası tamaşaya qoyularkən, premyerada müəllif özü də iştirak etmişdi. Premyeradan sonra onun şərəfinə verilən ziyafətdə Tiqranyan demişdi: "Mən açıq etiraf etmək istəyirəm... Bu ilk erməni operasının yaranmasında əsil səbəbkar Üzeyir bəy Hacıbəyovdur... Hələ 1908-ci ildə "Leyli və Məcnun" operasını dinlərkən mən də milli opera yazmaq qərarına gəldim və dörd il keçəndən sonra 1912-ci ildə "Anuş" operası yarandı". Əlbəttə operann yazılmasından səhnə təcəssümünə qədər, öz dinləyicisini tapmasına qədər uzun zaman keçir. Erməni səhnəsində də ilk milli operanın tamaşaya qoyulması xeyli gec həyata keçdi (1933). Ü.Hacıbəyov isə 1909-cu ildə "Şeyx Sənan", "Rüstəm və Zöhrab" operasını, eləcə də ilk operettası "Ər və arvad"ı yazıb səhnəyə gətirir. Bəstəkarın 1911-ci ildə tamaşaya qoyulmuş 2-ci operettası olan "Məşədi İbad"da az müddətdə məşhurlaşır və onun şöhrəti Azərbaycandan xeyli uzaqlara yayılır. Belə ki, 1919-cu ildə Krımda, Yaltada A.Xanjankovun studiyasında rejissor V.Papazyan və İ.Lakka tərəfindən ekranlaş-dırılmağa başlanır. Operettanın ekranlaşdırılması başa çatmasa da musiqisi yaddaşlardan silinmir. O zaman Krımda yaşayan və Krım tatarlarının musiqisindən bəhrələnən milliyyətcə erməni olan bəstəkar A.Spendiyarov 1924-cü ildə Ermənistan hökumətinin dəvəti ilə Yerevan şəhərinə gəlməli olur. wünki Ermə-nis-tandan musiqi kadrlarının yaranmasında, konserva-toriyanın, simfonik orkestrin və opera teatrının əsaslı qurulmasında A.Spendiyarov da yaxından iştirak etməli idi. Yerevana gedərkən yolüstü Ü.Hacıbəyovun qonağı olur. Söhbət zamanı A.Spendiyarov Ü.Hacıbəyovdan soruşur: "Üzeyir bəy, mən Sizin "Məşədi İbad" operettanızı eşitmişəm, orada birneçə musiqi məni xüsusi məftun etmişdir" – deyərək məşhur "Deyirlər ki toy olacaq"" xorunu, və Məşədi İbad, sən bizə, xoş gəlub, bizə Şad elədim dueti zümzümə edir. Bu sözdən təsirlənən Üzeyir bəy - "Bu, əslində xalq musiqisidir, mən isə onları inkişaf etdirib əsərə daxil etmişəm - deyir. Spendiyarov: "Xalq musiqisi olsa da, perioritet sizə məxsusdur. Siz icazə versəniz bu melodiyaları mən də yenicə bəstələ-diyim "Almast" operasında İran qoşunlarının səhnəsində istifadə edərdim" - deyə xahiş edir. Şübhəsiz, böyük humanist qəlbə malik olan Üzeyir bəy qonağın bu xahişini yerə salmır. Ancaq daha neçə illər sonra bu melodiya təkcə "Almast" operasında deyil, Komitasın bəstəsi kimi "Simli kvartetdə", A.Babacanyanın bəstəsi kimi "Vaqorşapat rəqsində, daha kimlərin bəstəsində yer tapdı, ancaq nədənsə sonrakı erməni musiqişünasları bu melodiyanın "çox qədim" erməni musiqisi olmasını iddia etməyə başlayaraq, hətta etika, insaf xətrinə belə Üzeyir bəyin adını çəkməyi özlərinə sığışdırmadılar. Əlbəttə, bu hal nə ilk, nə də son təcavüz idi. Ancaq bir tarixi yada salmaq yerinə düşər...

...Erməni musiqişünası Q.Qedokyan Komitasa həsr etdiyi məqalədə yazır: "1871-ci ildə arximandrit Dertsoxyan yepiskop sanı almaq üçün Eçmiədzinə gəlir. Qaydaya görə özüylə kilsə xoru üçün bir oğlan uşağını gətirməli idi. O, yetim bir uşağı (12 yaşlı Komitası) özüylə gətirir. Katolikos uşağın səsini bəyənsə də, çox acıqlanır. wünki uşaq erməni dilini bilmirdi. Oxuduğu mahnılar da türk mahnıları idi. Elə bu fakt özü sübut edir ki, uşaq vaxtından türk musiqisi əhatəsində böyümüş Komitas erməni musiqisinin qədimliyini təyin edəndə və ya onları təbliğ edəndə fikirlərini türk musiqisinə əsaslandırmışdı. Bu gün ermənilər azərbaycan-türk muğamlarını, xalq mahnılarını və ya rəqslərini öz adlarına çıxarsalar da, onların melodiyasında hətta adında belə dəyişiklik edə bilmirlər. Əks halda qondarma yamaq özünü dərhal büruzə verir.

Ancaq ən dəhşətli təcavüz bəstəkarın "Arşın mal alan" operettası ilə bağlı olub. Əsərin ilk tamaşası 1913-cü ilin oktyabrında Bakıda, Tağıyev teatrında göstərilib. Artıq 1916-cı ildə "Arşın mal alan" təkcə Tiflisdə türk, erməni, gürcü, yunan dillərində tamaşaya qoyulurdu. 1915-ci ildən Tiflisdə, Areksyanın teatrında S.Maqalyan adlı bir erməni tarçalan kimi orkestrdə "Arşın mal alan"ı müşaiyət edirdi. Bu həmin Sedrak Maqalyandır ki, sonradan özü sərbəst truppa düzəldərək "Arşın mal alan" operettasını yüksək gəlir mənbəyinə çevirmişdi.

Üzeyir bəyin cəhdlərinə baxmayaraq, S.Maqalyan həmişə müəllif hüququna daxil olan məbləğləri ödəməkdən yayınmışdı.

Gürcüstanda Sovet hakimiyyətinin qurulması ilə bağlı 1921-ci ildə o, Türkiyəyə, Konstantinopola və oradan da ABŞ-a mühacirət etmişdi. Los-Ancelesdə varlı erməni icmasının dəstəyi ilə tez zamanda öz teatrını yaradan S.Maqalyan "Arşın mal alan"ını əsil biznes mənbəyinə çevirir. Afişalarda bu əsər "Erməni operettaları kraliçası" kimi təşbehləndirilir. Şübhəsiz, artıq orda Ü.Hacıbəyovun adını qeyd etməyi bu "erməni cənab" özünə rəva görmür və bütün ləyaqət və vicdanı unudaraq, "mədəni qarət" və təcavüzünü davam etdirir.

1937-ci ildə ABŞ-da daha bir erməni, rejissor Ruben Mamulyan "Arşın mal alan"ı ekranlaşdırdı. Lakin öz "əqidəsinə" və "milli ənənəyə" sadiq qalan Mamulyan da əsil müəllifin adını göstərmir. 1942-ci ildə İranda ezamiyyətdə olan Şəmsi Bədəlbəyli bu filmi görüb Bakıya qayıdarkan Üzeyir bəyə xəbər verir.

Ü.Hacıbəyov isə M.C.Bağırovun məsləhəti ilə o vaxt SSRİ Xarici işlər komissarı olan Molotova məktub yazır, əhvalatı ona bildirir. Tezliklə bu işdən xəbər tutan İ.V.Stalin əsil rəhbər və mahir siyasətçi kimi dəqiq və qəti bir qərar çıxardır. Ağır müharibə illəri olmasına baxmayaraq Azərbaycanın ən kamil və gözəl sənətkarlarını bir araya yığaraq, möhtəşəm, parlaq, geniş formatlı Dünya standartlarına uyğun bədii musiqili film çəkilməsini tapşırır.

Artıq 1945-ci ildə ekranlara çıxan "Arşın mal alan" filmi tezliklə bütün Dünyanı fəth edərək, əvvəllər çəkilmiş eyni adlı filmləri kölgədə qoyur və Ü.Hacıbəyovun adını bütün planetdə təsdiq edir.

Ü.Hacıbəyovun əsərlərinə, həyatına qarşı bəd niyyətlə yanaşan erməni sənətçilər təkcə xarici ölkələrdə yaşamırdı, onunla eyni şəhərdə yaşayan, ünsiyyətdə olan nə qədər qəlbi qara, xəbis insan, dahi bəstəkarın həyatını zəhərləyirdi.

1932-ci ildə Ü.Hacıbəyov Şərqdə ilk notla çalan xalq çalğı alətləri orkestri yaradarkən buna qəti etiraz edənlərdən biri də A.İonessyan adlı bir erməni olmuşdur. wünki o özü Bakıda "Şərq orkestri" deyilən və əsasən ermənilərdən ibarət olan bir musiqi kollektivinə rəhbərlik edirdi və bu orkestrin repertuarı xalq mahnılarından, təsniflərdən və rənglərdən ibarət idi. Ü.Hacıbəyovun yaratdığı orkestr isə xalq musiqisi ilə kifayətlənməyərək, milli bəstəkarların orijinal əsərləri və Avropa, rus bəstəkarlarından - Şubertin, Qriqin, waykovskinin, Qlinkanın və başqalarının əsərləri ilə həm repertuarı zənginləşdirmiş, həm də milli alətlərin çalğı imkanlarını xeyli inkişaf etdirmişdi. Bu orkestrin günü-gündən artan uğurlarını görən A.İonessyan hər vasitə ilə öz bədxahlığını büruzə verirdi. İfaçıları ayrı-ayrılıqda dilə tutub Üzeyir bəydən uzaqlaşdırmaq cəhdindən tutmuş, yüksək instansiyalara yalan, iftira dolu qərəzli şikayət məktubları göndərməyə qədər... Əlbəttə son nəticədə Üzeyir bəyin haqlı olduğu tam aydınlığı ilə sübut olunsa da, bütün bunlar ona nə qədər ürək ağrısı, yuxusuz gecələr, narahatlıqlar gətirirdi.

1938-ci ilin aprelində Moskvada keçən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə İ.V.Stalinin arzusu ilə proqrama daxil edilmiş "Arşın mal alan" operettasını məhz Ü.Hacıbəyovun yaratdığı xalq çalğı alətləri orkestri müvəffəqiyyətlə müşayiət etdi.

Dekadada öz orkestri ilə çıxış edən A.İonesyan isə artıq öz "nəğməsinin" bitməsini dərk etdi və bir neçə ay sonra Bakıda vəfat etdi. Onun yaratdığı orkestr isə dağıldı.

Hələ o illərdə Ermənistanda Meranqulyanın rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı var idi. Lakin notlu orkestrə keçid 1980-ci ilə qədər yubandı. Səbəblərdən biri də o idi ki, Azərbaycanda "Tar məktəbi", "Kamança məktəbi" yaradılmışdı və bu not sisteminə söykənən və ifaçılıq məharətini yüksəldən bu məktəblər, notlu orkestrin bazisini təşkil edirdi. Ermənistan isə Azərbaycanda yaradılmış tar, kamança məktəblərinin uğurlu nəticələrini özünə rəhbər götürməyi rəva bilmirdi. 1981-ci ildə Yerevanda konservatoriyanın elanlar lövhəsində yeni notlu orkestrin repertuarı bazasını zənginləşdirmək məqsədilə erməni bəstəkarları arasında müsabiqə keçirilməsi haqda elanı şəxsən öz gözlərimlə oxumuşdum. Ancaq ermənilər "Tar məktəbi" yaradarkən tar açarı kimi Ü.Hacıbəyovun tətbiq etdiyi "metsosaprano açarını yox, əsla uyğun olmayan kaman açarını qəbul etmişdilər...

...1938-ci ildə Ü.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasına rektor təyin olunduqda, ondan əvvəl bu vəzifədə çalışan Anuşavan Ter-Qevondyan bunu qısqanclıqla qarşıladı. Üzdə özünü dost kimi göstərən çox zaman həmkar kimi bir yerdə çalışan T.Qevondyan qəlbində Üzeyir bəyə həsəd, kin bəsləyirdi. Tezliklə Mərkəzi Komitəyə Üzeyir bəyin konservatoriyada "yarıtmaz fəaliyyəti" barədə anonim məktublar axışmağa başlayır. Ancaq Üzeyir bəyi sevən, ona inanan rəhbər işçilər, bu naməlum şikayətçini tam aşkar etmək üçün gizli bir komissiya yaradır /Üzeyir bəyin özü də bu komissiyaya daxil idi/ yazılan məktublardakı xəttlərin kimə aid olmasını yoxlayırlar. Bir müddət sonra anonoim şikayətçi aşkar olunur. Bu A.Ter-Qevondyanın o zaman tələbə olan qızı imiş. Elə ilk sorğu-sualda qız bu işləri atasının təkidi və göstərişi ilə etdiyini bildirir. A.Ter-Qevondyan isə Üzeyir bəyin ayaqlarına düşüb and-aman edərək bağışlanmasını xahiş edir. Xahiş edir ki: Üzeyir bəy onun məsuliyyətə cəlb olunmasına yol verməsin: o isə bir yolluq Bakını tərk edib Üzeyir bəyin gözünə görünməyəcək. Üzeyir bəyin humanizmi yenə bir şərəfsizi ədalət məhkəməsindən qurtarır. T.Qevondyan tezliklə Yerevana köçür.

1939-cu ildə Moskvada milli musiqi alətlərində çalan ifaçıların I Ümumittifaq baxış-müsabiqəsi keçirilirdi. Stalinin göstərişi ilə bu tədbirə münsiflər heyətinin sədri kimi Ü.Hacıbəyov rəhbərlik etməli idi. Böyük ilhamla, həvəslə bu işə girişən Ü.Hacıbəyov SSRİ-nin bütün respublikalarından, bütün millətlərdən, xalqlardan olan hər bir iştirakçıya qarşı qayğı və diqqətini əsirgəmirdi. Bununla belə, bir qrup erməni Kremlə teleqram vurub Üzeyir bəyi qərəzli mövqe tutmasında ittiham edərək, onun münsiflər heyətindən çıxarılmasını tələb etmişdilər. Qəribədir ki, həmin teleqrama Stalin dərkənar qoyaraq "Özünüz bildiyiniz kimi həll edin" sözləri ilə birbaşa Üzeyir bəyin özünə bu məsələni həll etməyi həvalə etmişdi.

Ancaq Üzeyir bəy burda da o alçaq insanların səviyyəsinə enməmiş, onları cəzalandırmamış, təkcə təcili Moskvanı tərk etmələrini tələb etmişdi.

Əslində teleqramı vuranlar II tura keçməyən naşı musiqiçilər idi. Halbuki müsabiqənin sonunda qaliblər arasında nə qədər erməni millətinin də nümayəndəsi vardı.

Ü.Hacıbəyovun tez-tez işlətdiyi bir qədim atalar sözü vardı: "Düşmən səni daşnan, sən onu aşnan". Doğrudan da öz aşkar düşmənlərinə qarşı belə Üzeyir bəy həmişə təmkinli, alicənab olmuşdur.

Daha bir maraqlı hadisəni xatırlamaq yerinə düşərdi... 1942-ci ildə Yerevanda A.Spendiarov adına Opera və Balet teatrında Ü.Hacıbəyovun "Koroğlu" operası erməni dilində tamaşaya qoyuldu. O, dövrün istər erməni istərsə də azərbaycan mətbuatına nəzər salsaq bu hadisənin yüksək qiymətləndirilməsinin şahidi olarıq. "Koroğlu" operasına yüksək qiymət verən erməni bəstəkar və musiqiçiləri bu tamaşanın erməni səhnəsində əlamətdar bir olay kimi qəbul edirdi. Ü.Hacıbəyov isə bu təşəbbüsə qarşı dərin minnətdarlıq və ifaçılıq ustalığına vurğunluqla öz hisslərini izhar edirdi. Həqiqətən bu operanın səhnə təcəssümü üçün böyük zəhmət çəkən dirijor Q.Budaqyan, rejissor V.Acemyan, rəssam M.Arutçiyan, xoreoqraflar E.Mamukyan, Z.Muradyan, xormeystr V.Nikolski ən xoş sözlərə layiq idi. Müğənnilərdən Ş.Talyan, V.Danielyan, T. Sazendaryan, A.Petrosyan və başqaları da istər Üzeyir bəyin, istərsə də erməni və Azərbaycan mətbuatının ən yüksək təriflərinə, alqışlarına məruz qalmışdı.

Koroğlu rolunu ilk dəfə bariton səslə oxuyan Şaro Talyan Üzeyir bəy üçün bir yenilik oldu. Məhz bu ifa tərzi Üzeyir bəydə bu rolu yenidən bariton səs üçün daha mükəmməl işləməyə həvəs yaratmışdı. Mərhum Ramazan Xəlilovun söylədiyinə görə müğənni Ağababa Bünyadzadə də bu yeni redaktədə iştirak etməli idi.

1942-ci ildə, daha sonra isə 1956-cı ildə həm Yerevan, həm də Bakı Opera Teatrında Koroğlu rolunu məharətlə yaradan Ermənistan SSR və Azərbaycan SSR xalq artisti Avak Petrosyan Üzeyir bəyin bəyəndiyi və yüksək qiymətləndirdiyi müğənnilərdən idi. A.Petrosyan özü də məhz Koroğlu roluna görə Azərbaycan SSR-nin xalq artisti adını almış və bu rolun onun həyatında, yarıdıcılığında mühüm əhəmiyyəti olmasını dəfələrlə xatirələrində, mətbuatda qeyd etmişdi. 1985-ci ildə Ü.Hacıbəyovun 100 illik yubileyində iştirak edən fəxri qonaqlardan biri də A.Petrosyan idi. 1987-ci ilin martında son dəfə Yerevana səfərim zamanı musiqi mağazasında mən A.Petrosyanın 70 illik yubileyi şərəfinə nəfis tərtibatla buraxılan val plastinka albomuna rast gəldim. Fəqət çox mütəəssir oldum. wünki istər proqramda, istər annotasiyada nə Koroğlu, nə Ü.Hacıbəyov, nə Azərbaycan SSRİ xalq artisti sözləri yazılmamışdı. Bədnam millətçilik hissi sənətkardan belə yan ötməmiş və ömrünün sevinc, fərəh dolu bir parçasını o özü, öz əli ilə məhv etmişdi... Hələ 1987-ci il idi...

Erməni sənətçiləri, mədəniyyət və incəsənət xadimləri həmişə Ü.Hacıbəyovun istedadını gözəl anlayıb və biliblər. Üzeyir bəyin əsrarəngiz musiqisi, nəhayətsiz fantaziyası, hüdudsuz ideyaları erməniləri də qidalandırıb, ruhlandırıb, zənginləşdirib. Tiflisdə çıxan "Mşak" qəzeti hələ 1915-ci ildə Üzeyir bəyin qeyri-adi istedadından, onun xidmətindən və gözəl gələcəyindən xəbər verirdi.

Erəməni şairi Avetik İsahakyan: "Bu gün Qafqaz mədəniyyətində Ü.Hacıbəyov birinci dərəcəli ən böyük bir şəxsiyyətdir - deyə etiraf etmişdi. Aram Xaçaturyan da yazılarının birində Ü.Hacıbəyovu "Həm müəllim, həm də ilhamverici" kimi qiymətləndirib. Bu cür təşbehlər çoxdur.

Fəqət yüksək qiymətlərlə yanaşı Ü.Hacıbəyovun saf, təmiz, ülvi yaradıcılığına həris gözlə baxan, onu "özəlləşdirən", qazanc mənbəyinə çevirən, sağlığında onun həyatını "zəhərləyən" bir sıra erməni sənətçiləri də mövcud idi ki, onların bəzilərini bu yazıda xatırladıq.

Uzun illər Ü.Hacıbəyovla çiyin-çiyinə çalışmış onun köməkçisi olmuş Ramazan Xəlilov xatırlayırdı ki, 1947-ci ildə Ü.Hacıbəyov Moskvada xəstə yatarkən onu müayinə edən həkim - erməni diaqnozu düzgün təyin etmədiyinə görə və müalicəni düzgün aparmadığı üçün Ü.Hacıbəyovun xəstəliyi dərhal kəskinləşmiş və bu da onun həyatdan vaxtsız getməyinə səbəb olmuşdur.

Bunlar faktdır, olmuş hadisələrdir. Bu gün isə tarixə dönmüş bu olaylar bizi düşündürür, ağrıdır. wünki mədəniyyətimizə qarşı erməni təcavüzü davam edir. Şuşada Üzeyir bəyin, Bülbülün, Natəvanın evləri xarabaya çevrilir, heykəlləri güllələnir, vətəndən didərgin salınır. Dünyanın neçə şəhərində Azərbaycan xalçaları, musiqi və sənət əsərləri ermənilər tərəfindən öz adlarına çıxarılıb hərraca qoyulur. Dünya susur. Bizim isə susmağa haqqımız yoxdur.

Ədəbiyyat:

1. Ü.Hacıbəyov. Ensiklopediya.
2. R.Xəlilov. Xatirələri.
3. H.Nəcəfovanın xatirələri.
4. R.Rzayevanın xatirələri.
5. Əfr.Bədəlbəylinin xatirəsi. 1973.
6. Məmmədsadıq Allahverdiyev. Xatirə. "Ədəbiyyat və incəsənət" qəzeti. 20/III.87.
7. Ü.Hacıbəyovin ev muzeyində saxlanan foto və yazı materialları.
8. Q.Məmmədli. Ü.Hacıbəyov. "Salnamə"
9. SSRİ Bəstəkarlar İttifaqının məlumat kitabı. 1956.
10. Yepremnilt - stud.rabota - 1985. Erevan.
11. Muzıka respublika Zakafkazii. Tbilisi. Xelovneba nəş. 1975. 7 dekabr 1999.

 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site