AZƏRBAYCANIN BAŞ ORKESTRİ      
      
Nigar ƏLİYEVA, Fərəh ƏLİYEVA           
1  
Aida HÜSEYNOVA
MÜSLÜM MAQOMAYEVİN HƏYATININ
SON İLLƏRİ MƏKTUBLARIN AYNASINDA


Sərdar FƏRƏCOV
ÜZEYİR HACIBƏYOV VƏ ERMƏNİ
SƏNƏTCİLƏRİNİN "MƏDƏNİ" TƏCAVÜZÜ


Nigar ƏLİYEVA,
Fərəh ƏLİYEVA

AZƏRBAYCANIN BAŞ ORKESTRİ

Kamil Şahverdiyev
Rəşid Behbudov fenomeni

Lale Rzayeva
FORTEPİANO SENETININ
TARIXI VEREQLEYERKEN...



Müasir dövrümüzdə musiqi mədəniyyəti inkişaf səviyyəsini müəyyənləşdirən göstəricilərdənin biri simfonik yaradıcılıq və ifaçılığın mövcudluğudur. Heç kəsə sirr deyil ki, dünya musiqi mədəniyyəti sistemində universal dəyərlər sırasında hər bir xalqın musiqi sənətində simfonik musiqi sahəsində qazanılmış nailiyyətlər xüsusi çəkiyə malikdir. Təməli XX əsrdə qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbi və simfonik ifaçılıq daima bir-birilə bağlı olmuş, biri digərinin inkişafını şərtləndirmişdir. Bu mənada ölkəmizin baş orkestri - Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müasir ifaçılıq sənətimizin öndə gedən ən parlaq təmsilçisidir. Tarixi vərəqləyərkən orkestrin taleyində mühüm rol oynamış mərhələlər göz önündə canlanır.

1920-ci il iyul ayında N. Nərimanovun və Xalq Maarif Komissarı D. Bünyadzadənin imzası ilə çıxmış Azərbaycanda müstəqil simfonik orkestri yaranması haqda dekretdə göstərilirdi ki, yeni yaradılmış orkestrdə respublikanın aparıcı musiqiçiləri toplanır. Tez bir zamanda orkestr Qlinkanın, Çaykovskinin, Musorskinin, Rimski- Korsakovun, Motsartın, Bethovenin, Şubertin, Berliozun, Mendelsonun, Vaqnerin, Listin və başqa bəstəkarların əsərlərini yüksək səviyyədə, professional-lıqla ifa edirdi. Dövlət orkestri dahi alman bəstəkarı Bethovenin 150 illiyi münasibəti ilə Bakıda təşkil olunmuş yubiley konsertlərində böyük proqramla çıxış etdi. Bu konsertlərdə Bethovenin, I, III, IX simfoniyaları, fortepiano və orkestr üçün V konserti, "Leonora III" uvertyurası səsləndi. Müxtəlif illərdə dövlət simfonik orkestri ilə dirijorlardan M. Çernyaxovski, U. Qoldşteyn, A. Stolerman və başqaları işləmişlər.

Simfonik orkestrin fəaliyyət miqyası genişliyi intensivliyi haqda təəssürat yaratmaq üçün onun yalnız bir - 1922-23-cü il mövsümünün konsert proqramlarına nə-zər salmaq kifayətdir: Çaykovskinin Altıncı simfo-ni-ya-sı, "Françeska da Rimini" uvertyurası, skripka, və
f-no üçün konsertləri, violonçel və orkestr üçün "Rokoko mövzusuna variasiyalar", "İtalyan kapriççosu", Rimski-Korsakovun "Şəhrizad" simfonik süitası, Borodinin "Bahadır" simfoniyası, Şubertın "Tamamlanmamış simfo-niya"sı, Bethovenin VII simfoniyası və s. Yüksək sə-viy-yə-li musiqiçilər - skripçılar S. Bretanitski, B. Mo-ribel, vio-lonçel çalanlar A. Şvarts, Q. Okorokov, V. Do-b-ro-xotov və başqaları solist kimi çıxış edirdilər. Orkestrin professional səviyyəsinin yüksəlməsində kollektivin SSRİ-nin və xarici ölkələrinin tanınmış musiqiçiləri ilə yaradıcılıq əlaqələri böyük rol oynadı.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site