FORTEPİANO SENETININ      
TARIXI VEREQLEYERKEN...      
Lalə Rzayeva           
1  
Aida HÜSEYNOVA
MÜSLÜM MAQOMAYEVİN HӘYATININ
SON İLLӘRİ MӘKTUBLARIN AYNASINDA


Sәrdar FӘRӘCOV
ÜZEYİR HACIBӘYOV VӘ ERMӘNİ
SӘNӘTCİLӘRİNİN "MӘDӘNİ" TӘCAVÜZÜ


Nigar ӘLİYEVA,
Fәrәh ӘLİYEVA

AZӘRBAYCANIN BAŞ ORKESTRİ

Kamil Şahverdiyev
Rәşid Behbudov fenomeni

Lale Rzayeva
FORTEPİANO SENETININ
TARIXI VEREQLEYERKEN...


 
 

"[Y. S.] Baxın özünü onunla həmmüasir olan klavirlər qane etmirdi. Fortepianonun erkən qurğuları da onun xoÿuna gəlmirdilər. Vəfatına yaxın tanıÿ olduğu usta Zilbermanın çəkic mexanikalı daha inkiÿaf etmiя alətlər onun müsbət rəyini qazanmıÿlar"1 Həqiqətən XX-XXI-ci əsr aÿırımından nəzər saldıqda hamımızın adət etdiyi bu universal ÿahanə (royal!) musiqi alətin özünün erkən çağlarındaki tarixi taleyi qəribə görünür. Bir neçə onillik götürən konstruksiyanın müxtəlif ustalar tərəfindən təkmilləÿdirilməsi az qala XIX-cu əsrin 20-ci illərinə qədər (halbuki alətin ilk nümunəsi XVIII-ci əsrin əvvəllərində artıq mövcud idi) özünəməxsus vəziyyəti nümayiÿ etdirir, yəni göstərilən müddət ərzində həm klavir, həmçinin də (təxminən XVIII-ci əsrin son rübündən baÿlayaraq) fortepiano sahəsində bəÿər əhəmiyyətli parlaq təzahürlər parallel surətdə özünü göstərməkdədir. Bu cür situasiyanın bəzi səbəb-ləri vardır. Bir tərəfdən, yeni alət püxtələÿdikcə mu-si-qi-çilər arasında ona qarÿı maraq artır, və musiqiÿünaslar belə, deyək ki, F. E. Baxı gah klavirçi, gah da pianoçu kimi təqdim edirlər. Baÿqa səbəb isə daha dərin, maraqlı, hətta paradoksaldır: A. Kaplun, barokko və klassizmin "ikili ulduzundan" danıÿır2. Hərçənd bu sözlər XVII-ci əsr barəsində deyiliblər, biz bunu xüsusilə XVIII-ci əsrin 2-ci yarısına aid etsək, heç də yanılmarıq. Beləliklə, alət, stil tələblərinə cavab verən təzahür kimi də düÿünülə bilər. Bu baxımdan erkən vyana klassisizminin açıq-aÿkar duyulan formal-konstruktivist cizgiləri M. Ginzburq və onun ardınca A. Kaplun tərəfindən ifadə olunmuÿ müddəasına müvafiqdir: hər hansı bir stilin "... "gəncliyi" konstruktivçi, "yetkinliyi" harmonik, "qocalığı" isə dekorativçidir..."3. Xülasə, əyər klavesinin zərif və cingiltili səsi, registr və tembr zənginliyi barokko və onun tərkib hissəsi olan rokokonun əla təmsilçisiydisə, qısasəsli "çəkicli fortepiano" özünün konkret, birmənalı, aydın səsi ilə klassisizm və öz növbəsində onun tərkib hissəsi olan ampirin tam surətdə təmsilçisidir. Bununla yanaÿı fortepiano, maarifçilərin sadəlik, səmimilik, təbiilik ideallarını həyata keçirirdi.

(ardi var)

Qeydlər
1. A. Алексеев. История фортепианного искусства ч.1., 1962, с. 64.
2 A. И. Каплун. Стали и архитектура. М., 1985, с. 116-117.
3 A.И.Каплун. Там же, с. 11.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site