Rəşid Behbudov fenomeni      
      
Kamil Şahverdiyev           
1  
Aida HÜSEYNOVA
MÜSLÜM MAQOMAYEVİN HӘYATININ
SON İLLӘRİ MӘKTUBLARIN AYNASINDA


Sәrdar FӘRӘCOV
ÜZEYİR HACIBӘYOV VӘ ERMӘNİ
SӘNӘTCİLӘRİNİN "MӘDӘNİ" TӘCAVÜZÜ


Nigar ӘLİYEVA,
Fәrәh ӘLİYEVA

AZӘRBAYCANIN BAŞ ORKESTRİ

Kamil Şahverdiyev
Rәşid Behbudov fenomeni

Lale Rzayeva
FORTEPİANO SENETININ
TARIXI VEREQLEYERKEN...


 
 
        
Video: First
Video: Second

Ümumdünya miqyasında tanınması və sevilməsi

İkinci dünya müharibəsindən sonra Rəşid Behbudov ilk dəfə 1949-cu ildə xarici səfərə, Macarıstana yola düşür. Budapeştdə ümumdünya demokratik gənclərin konqresi keçirilirdi. Bu konqresdə görkəmli sənətkar da sovet gəncləri adından iştirak edirdi. Tanınmış sovet bəstəkarı A. Novikov "Demokratik gənclərin himni"ni bəstələmişdi. Rəşid həmin əsəri Budapeştdə bütün dünyadan bura gəlmiş çoxminli auditoriyanın qarşısında məharətlə ifa edir. Onun sənətkarlığı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir və o beynəlxalq konqresin laureatı kimi qızıl medala layiq görülür.

Qeyd etməliyik ki, Rəşid nəinki Azərbaycandan, ümumiyyətlə, bütün SSRİ-dən ilk sənətkar idi ki, Hindistana qastrola gedirdi. Bombeydə verilən ilk konsertdən müğənni zalı ələ ala bilmişdi. O, göz-ləmə-diyindən də böyük uğurlara nail olur. Bombeydən başqa o, Dehli, Kalkutta, Amritsar, Madras və başqa şəhərlərdə də onlarla konsert verir. Hindistanda olduğu ilk gündən Rəşid yerli xalqların mahnılarını öyrənməyə başlayır. O, hər konsertdə Tamilli, Hindi, Pencabi, Urdu, Benqali və başqa dillərdə mahnılar oxuyur və tamaşaçıları heyrətə gətirirdi. Rəşid bu dillərdə o qədər səlis oxuyurdu ki, konsertdən sonra hamı ona yaxınlaşıb əsl Hinistanlı kimi oxumasını qeyd edirdi. Hindistan səfərini xatırlayan sənətkar öz qeydlərində yazırdı…

Daşkəsəndə də yenicə açılmış dağ mədənlərində çalışan insanlar Rəşidin sonsuz rəğbətini qazanmışdılar. Həmin il o, mədənçilərin də qonağı olmuşdu. Bu yaxınlarda həmin illər Daşkəsən rayon partiya komi-təsinin 1-ci katibi işləmiş ağsaqqalın (əfsuslar olsun ki, həmin ağsaqqalın adını unutmuşam - müəl.) danışdığı epizodu qeyd etmək yerinə düşər: "... Rəşid mədənə qalxmaq istəyirdi. Mən onu dilə tuturdum ki, bu çox təhlükəlidir. O isə qəhrəman mədənçilərə elə iş başında konsert vermək istəyində qərarlı idi. Ona görə də dağlardakı mədənlərə qalxdıq. Rəşid ekskavatorun xərəyinə qalxıb oxumağa başladı. Mən onda sadə zəhmət adamlarına qarşı nə qədər hörmət, məhəbbət olduğunu öz gözümlə gördüm. Belə insan bir də dünyaya gəlməyəcək!.."

1952-ci ilin noyabrında Çin xalq Respublikasının yaranmasının 3 illiyi ilə əlaqədar olaraq SSRİ-dən məşhur və tanınmış sənətkarlardan ibarət nümayəndə heyəti 1 aylıq Çinə göndərilir. Bu olduqca maraqlı və zəngin bir səfər idi. Çox yüksək səviyyədə keçən Çin-Sovet aylığı başa çatdıqdan sonra Çin hökuməti SSRİ-dən gəlmiş nümayəndə heyətini təmtəraqla yola salır. Rəşid Behbudova isə Çin dövləti adından bu ölkədə daha bir ay qalmaq təklif olunur. Rəşid Çin xalqının, hökumət rəhbərlərinin ona qarşı olan marağı, məhəbbət və ehtiramını nəzərə alaraq bu təklifi qəbul edir və daha bir ay Çində qalır.

Rəşidin Çində "Arşın mal alan" musiqili kome-di-yasından arıyaları Çin dilində ifa etməsi sonralar bu əsərin bütünlüklə Çin dilinə tərcümə olunaraq bu ölkədə səhnələşdirilməsi ilə nəticələnir. 1957-ci ildə Uxan şəhərində, 1959-cu ildə isə Pekində xalq eksperimental teatrının səhnəsində "Arşın mal alan" səhnəyə qoyulur və böyük müvəffəqiyyətlə Çin artistləri tərəfindən ifa olunur.

1953-cü ildə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirov "Sevil" operasını yazır. Hələ opera üzərində işləyərkən bəstəkar əsərin gələcək ifaçılarını artıq müəyyən etmişdi. Əsərin baş qəhrəmanı olan Balaş obrazını o, Rəşid Behbudov üçün nəzərdə tutmuşdu. Rəşid ilk gün-dən bu əsərə böyük maraq göstərir və Balaşın partiya-sının yazılmasında, vokal-texniki cəhətdən məsləhətləri ilə bəstəkara yaxından kömək etmişdir. Fikrət Əmirov təcrübəli bir sənətkar kimi geniş, vokal imkanlarına, əvəzsiz məlahətli tembrə, qeyri-adi səsə, misilsiz aktyorluq istedadına malik olan Rəşid Behbudova yaratdığı bənzərsiz Balaş obrazına görə minnətdarlıq etməyə söz tapmırdı. O, Rəşidə yazdığı bir məktubunda qeyd edir: "... Əzizim Rəşid, Balaşın partiyasını yaratmaqda mənə göstərdiyin köməkliyə görə və verdiyin qiymətli məsləhətlərə görə sənə təşəkkür edirəm... Balaşın obrazını qeyri-adi yüksək səviyyədə yaratdığına görə də dərin minnətdarlığımı bildirirəm..."

"Sevil" operasının premyerası 1953-cü il dekabrın 25-də M. F. Axundov adına Azərbaycan Dövlət Aka-demik opera və balet teatrının səhnəsində keçirilir. Meh-di Məmmədovun quruluşunda, Əfrasiyab Bədəlbəylinin dirijorluğu ilə keçən premyera (rəssamlar - İ. Seyidov, Ə. Almaszadə) həm Fikrət Əmirovun, Həm də Rəşid Behbudovun və həm də bütövlükdə bütün yaradıcı heyətin misli görünməmiş qələbəsi idi. Üzeyir bəyin "Koroğlu" operasından sonra uzun müddət idi ki, Azərbaycan səhnəsində belə furor baş verməmişdi. (Əl-bəttə ki, opera janrı nəzərdə tutulur). Premyeraya çoxlu sayda yazılar, elmi məqalələr həsr olunur. Mətbuatda bu hadisə geniş işıqlandırılır. Bu gün üçün ən qiymətli və ən maraqlı belə yazılardan biri 1954-cü il 13 yanvar
ta-rix-li "Bakinski raboçi" qəzetində dərc olunmuşdur.
Ya-zının müəllifi zəmanəmizin böyük bəstəkarı Qara
Qa-ra-yev Fikrət Əmirovun "Sevil" operasına çox yüksək qiy-mət verir. Eyni zamanda musiqimizin korifeyi
Rəşid Beh-budovun da ifasını, yaratdığı obrazı geniş
şərh edərək çox yüksək qiymətləndirir.

Hindistanda Rəşidi bəlkə də Azərbaycanda sevdikləri qədər sevirdilər. Heç təsadüfi deyil ki, sonrakı illərdə o daha 6 dəfə bu ölkədə qastrol səfərində olmuş və bu səfərlər hər dəfə ümumxalq bayramı, ümumdövlət tədbiri səviyyəsində keçirdi.

1954-cü ilin oktyabrında Rəşidi Finlandiyaya dəvət edirlər. O ilk azərbaycanlı idi ki, bu uzaq şimal ölkəsinə dəvət olunmuşdu.

Həmin ilin yayında C. Cabbarlı adına "Azər-bay-canfilm" kinostudiyasında "Doğma xalqıma" adlı bədii-sənədli film ekranlara buraxıldı. Bu tammetrajlı film Azərbaycan incəsənətində qazanılmış nailiyyətlərə həsr olunmuşdu. Filmin baş qəhrəmanı rolunda Rəşid Behbudov çəkilir.

1955-ci ilin ilk günlərindən sənətkar kino-stu-diyada çəkilməyə başlanılan yeni bir filmdə - "Bəxtiyar" filmində baş qəhrəman rolunda çəkilməyə dəvət olunur. Daha doğrusu bu musiqili film bütünlüklə Rəşid Beh-bu-dovun sənəti üzərində qurulmuş bir filmdir (rejissor Lətif Səfərov, operator A. Nərimanbəyov, rolları məşhur aktyorlar T. Çernova, M. Şeyxzamanov, A. Gəraybəyli, İ. Əfəndiyev, M. Kələntərli, M. Davudova və b. ifa etmişlər). Filmin bəstəkarı sevimli sənətkarımız Tofiq Quliyev Rəşidin istedadının tam açılması üçün bir-birindən gözəl mahnılar yazır. Bu mahnılar - "Qızıl üzük", "Zibeydə", "İlk məhəbbət mahnısı", "Sevgi mahnısı", "Dostluq mahnısı" Azərbaycan mahnı janrının ən parlaq nümunələri olaraq bugün də tamaşaçılar tərəfindən həvəslə qarşılanır.

Qeyd etməliyik ki, bu yaxınlarda biz ilkin olaraq "Bəxtiyar" filmi üçün nəzərdə tutulan, lakin sonradan filmə daxil edilməyən Rəşidin ifasında daha bir neçə əsərin lent yazısını əldə etmişik. Bu əsərlər də böyük ustalıqla və yüksək peşəkarlıqla ifa olunub. P. İ. Çay-kov-skinin "Yevgeni Onegin" operasından Lenskinin ario-za-sı və T. Quliyevin bəstələdiyi unikal vokalizlər din-lə-yicini valeh etməyə bilmir.

1956-cı ilin sonlarında Moskvadan qayıdan Rəşid Behbudov "Azərbaycan" adlı orkestr yaratmağa başlayır. Belə bir orkestr yaratmaq sənətkarın çoxdankı arzusu idi və o hər an bu haqda düşünərək məqam gözləyirdi. Nəhayət, çoxdan düşündüyü planını həyata keçirmək Rəşidə nəsib oldu. Bir neçə aylıq təşkilati işlərdən sonra 1957-ci ilin fevral ayında M. Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasının nəzdində Rəşid Behbu-do-vun rəhbərliyi ilə "Azərbaycan" dövlət konsert an-samb-lı dövlət statusu alır.

1959-cu ilin pajızında Rəşid Behbudovun rəh-bər-liyi ilə Afrika qitəsinə bir qrup Azərbaycan incəsənət ustaları dəvət olunur. Gözəl sənətkarımız Sara Qədi-mova, tarzən M. Muradov, kamançaçalan X. Mirzəliyev və Rəşid Behbudovdan ibarət qrup Həbəşistanda (Efio-piya), Sudanda və Livanda iki aya yaxın bir müddətdə 26 konsert verirlər. Belə konsertlərdən biri Həbəşistanın paytaxtı Əddis-Əbəbə şəhərindəki Milli teatrda təşkil olunur. Həmin konsertdə ölkənin bütün hökumət nümayəndələri başda imperator I Xayle Selassie olmaqla iştirak edirdilər. Konsert olduqca yüksək səviyyədə keçirdi. Rəşid Behbudov növbəti dəfə səhnəyə çıxıb qədim Amxar dilində "Almaz" mahnısını ifa edir. Zal heyrətini və həyəcanını gizlədə bilmir. İmperator I Xayle Selasse konsertdən sonra artistləri qəbul edir və onlara gözəl hədiyyələr bəxş edir. Eyni zamanda sənətkarlara milli musiqi alətləri bağışlanılır. Rəşid Behbudova bu hədiyyələrdən əlavə Həbəşistanın qızıl medalı təqdim olunur.

Təqdirəlayiq bir haldır ki, görkəmli sənətkarın 1961-ci ildə ilk səfərindən başlayaraq sonrakı illərdə Türkiyədə bütün konsertlərin hamısı lentə alınmış və bu günə qədər Türkiyə radiosunun arxivlərində səliqə ilə qorunur. Həmin konsertlərin lent yazıları qardaş ölkədə dövlət radiosunun efiri vasitəsi ilə bu gün də tez-tez yayımlanır. Biz dəfələrlə bunun şahidi olmuşuq.

Tehran filarmoniyasının zalında keçən ilk konsert sözlə deyilməsi mümkün olmayan bir şəraitdə keçdi. Biletlər hələ bir neçə ay bundan əvvəl satılıb qurtar-mışdı. Konsert günü on minlərlə insan bilet tapmaq arzusu ilə filarmoniyanı dövrəyə alaraq konsertin sonuna qədər gözləyərək dağılışmaq istəmirdilər. Tehranda verilən 8 konsertin hamısı bu cür şəraitdə keçdi. Qastrol səfərləri başa çatmaq üzrə idi. Lakin həmin günlər İranın müxtəlif şəhərlərindən 100 minlərlə insan Tehrana axışaraq sevimli sənətkarı dinləmək arzusu ilə günlərlə filarmoniyanın ətrafında gəzişirdilər. Bunu görən hökumət nümayəndələri Rəşid Behbudovdan xahiş edirlər ki, o İran milli televiziyası ilə konsertlərinin təşkil olunmasına razılıq versin. Əlbəttə ki, Rəşid Behbudov televiziya ilə canlı konsertlərin verilməsinə razılıq verir. Üç gün dalbadal İran televiziyasında hər gün bir saat olmaq şərti ilə görkəmli müğənninin konsertləri təşkil olunur. Lakin bu konsertlər də sənətkarın pərəstiş-karlarını sakitləşdirmir. Onda İran hökuməti rəsmi qaydada Rəşid Behbudova müraciət edir və qastrol səfərinin müddətini uzatmağı ondan xahiş edirlər. Beləliklə, müğənninin 20-yə qədər iri şəhərləri əhatə edən İran turnesi təşkil olunur. Rəşid Behbudovu bu səfərdə unudulmaz tarzən Əhsən Dadaşov və əvəzedil-məz pianoçu Çingiz Sadıxov müşayət edirlər. İsfahan, Abadan, Şiraz, Təbriz, Ərdəbil, Xoy, Ənzəli, Zəncan, Məşəd və başqa şəhərlərdə tayı-bərabəri olmayan sənətkarlar 4 aya yaxın bir müddətdə 100-ə yaxın konsert verirlər.

Rəşid Behbudovun İran səfəri haqqında müxtəlif qəzet və jurnallarda dərc olunmuş materialları nəzərdən keçirərək çox maraqlı, qeyri-adi bir məlumata rast gəldik. Məlumat ondan ibarətdir ki, İranda 4 ay müddətində verilən konsertlərdən yığılan külli miqdarda pulu Rəşid Behbudov könüllü olaraq Tehran gənclər evi və İran milli xoru üçün konsert zalının tikilməsinə verir. İran tərəfi də müğənninin bu hərəkətini yüksək qiymətləndirərək həmin konsert zalına Rəşid Behbudovun adını verirlər. Bu məlumat İranın müxtəlif qəzetlərində dərc olunur. Eyni zamanda TASS-ın İrandakı müxbiri həmin məlumatı Moskvaya və Bakıya da ötürür. "İzvestiya", "Komsomolskaya pravda", "Bakinskiy raboçiy", "Vışka" qəzetləri də bu analoqu olmayan xəbəri dərc edirlər. 16 dekabr 1962-ci ildə "Bakinskiy raboçiy", 15 yanvar 1963-cü ildə "Vışka" qəzetləri Qole Sorxinin dilindən yazırlar: "... Rəşid Behbudov verdiyi konsertlərdən yığılan pulları bizə hədiyyə etdi və biz də o pullara Milli xor və gənclər evi üçün konsert binası tikirik. Bu konsert, teatr binasına Rəşid Behbudovun adını vermişik..." Bizi heyrətə gətirən bu məlumatın izinə düşərək xeyli müddət apardığımız axtarışlar nəhayət ki, öz bəhrəsini verdi. Bu yaxınlarda biz olduqca qiymətli materiallar - Rəşid Behbudovun İranda verdiyi konsertlərin hamısının lent yazılarını əldə etmişik.

1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində baş verən Rəşid Behbudovun İran səfəri yadda qalan, maraqlı hadisələrlə zəngin idi. Belə hadisələrdən biri də Təbriz şəhərində baş verir. Təbrizdə böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra əslən Bakıdan olan ölməz bəstəkar Əli Səlimi dünyalar qədər sevdiyi müğənnini evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olmasını soruşur. Əli Səlimi bildirir ki, Şəhriyar "Ayrılıq" adlı gözəl bir şer yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şerə mahnı bəstələdim. Rəşid bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılığ"ı mənə təklif etmirsən. Əli Səlimi cavabında izah edir ki, qorxuram "Ayrılıq"ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. "Sizə salam gətirmişəm"i oxusan mənə dünyanı vermiş olarsan. Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz. Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını - "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.

(Ardı var)


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site