|
|
|
qiymətli mənbədir. Hacıbəyovlar soyunun ikinci nəsli də Azərbaycana
böyük sənətkarlar bəxş etmişdir. Zülfüqar Hacıbəyovun oğulları - Niyazi
və Çingiz Hacıbəyovların adı ilə Azərbaycan dirijorluq sənətinin inkişafı
bağlıdır. Niyazi (1912-1984) Azərbaycan musiqisini beynəlxalq miqyasda
tanıtmış, Hacıbəyov imzasını müasir dirijorluq sənəti tarixinə qızıl
hərflərlə yazmış böyük sənətkardır. D.Şostakoviç onu "Sovet Şərqinin
dünyaya tanınmış ilk dirijoru" hesab edirdi. 40 ilə yaxın Azərbaycan
Dövlət Simfonik orkestrinin baş dirijoru olmuş Niyazi xarici ölkələrdə
klassik, müasir Avropa və rus musiqisinin, Azərbaycan bəstəkarlarının
əsərlərinin təkrarolunmaz təfsirçisi kimi alqışlanmışdır. O, bir çox
məşhur musiqi kollektivləri, ifaçılar ilə çıxış etmişdir. Niyazi ilə
zəmanəmizin böyük ifaçıları - L.Oborin, S.Rixter, E.Gilels, L.Koqan,
D.Oystrax, S.Knuşevitski, M.Rostropoviç, V.Klibern çalmışlar. Niyazi
həm də bəstəkar idi: o, Beynəlxalq Nehru mükafatına layiq görülmüş
"Çitra" baletinin, "Rast" simfonik muğamının və bir çox mahnıların
müəllifidir. Çingiz Hacıbəyov (1913-1971) da XX əsr Azərbaycan musiqi
mədəniyyəti tarixində şərəfli yer tutmuş sənətkardır. Qardaşı Niyazi
kimi dirijorluq peşəsini seçmiş Çingiz Hacıbəyovun yaradıcılıq fəaliyyəti
Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya verilişləri
Komitəsinin simfonik orkestri, Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestri
ilə bağlı olmuşdur. Ü.Hacıbəyovun əmisi nəvəsi - Soltan Hacıbəyov
milli simfonik musiqinin yaranması və təşəkkülündə böyük rol oynamışdır.
S.Hacıbəyov musiqiyə Üzeyir bəyin xeyir-duası ilə gəlmiş, Azərbaycan
Dövlət Konservatoriyasında oxumuşdur. S.Hacıbəyov müasir mövzuda ilk
milli baletin - "Gülşən" baletinin müəllifidir. Onun "Karvan", "Uvertyura",
"Konsert" əsərləri - Azərbaycan simfonizminin parlaq nümunələridir.
S.Hacıbəyov həm də görkəmli pedaqoq, musiqi-ictimai xadim, Azərbaycan
Dövlət Konservatoriyasının (indi Bakı Musiqi Akademiyası) rektoru
olmuşdur. Müasir dövrümüzdə Azərbaycan musiqisində Hacıbəyovlar soyunu
üçüncü nəslin nümayəndəsi - Soltan Hacıbəyovun oğlu - İsmayıl Hacıbəyov
təmsil edir. Çağdaş ifadə vasitələri, üslub təmayülləri məcrasında
işləyən, simfonik, kamera, vokal, xor, fortepiano əsərlərinin müəllifi
İsmayıl Hacıbəyov "Yeni Azərbaycan musiqisinin" parlaq nümayəndələrin-dəndir.
O, "Firuzə" operası, simfonik orkestr və fortepiano üçün "Cəngi" rapsodiyası,
Konsertino, "Uvertüra" kimi əsərlərin, Dante sözlərinə vokal əsərlərin
Stravinskinin xatirəsinə "Memorial" kantatası, fortepiano pyesləri,
silsilələrinin müəllifidir. İ.Hacıbəyovun musiqi üslubunda neoklassizm
səciyyəsi aparıcı rol oynayır. İsmayıl Hacıbəyov həm də rəssamdır:
onun emalatxanasında Ü.Hacıbəyovun, İ.Stravinskinin, D.Şostakoviçin,
S.Prokofyevin, Q.Qarayevin portretləri var.
Ceyhun Hacıbəyov xatirələrində yazırdı:
"Anam tərəfdən qohumlarımız arasında 4 xanəndə və 3 tarzən vardı".
Ü.Hacıbəyovun hər iki dayısı - Ağalar bəy və Bahadur bəy Əliverdibəyovlar
həvəskar musiqiçi idilər. Hərbi həkim olan Bahadur bəy gözəl tar
çalırdı. Ağalar bəy Əliverdibəyov isə Ü.Hacıbəyovun ilk musiqi müəllimi
olmuşdur. Peşəkar musiqi təhsili almasa da, ixtisasca mühəndis olan,
Peterburq və arşavada oxumuş, Avropa və şərq dillərini bilən A.Əliverdibəyov
klassik muğamlara, xalq musiqisinə dərindən bələd idi. Ömrünün axırınadək
A.Zeynallı adına musiqi məktəbində muğam dərsi deyən A.Əliverdibəyov
bəstəkarlıq sahəsində də qələmini sınamış, "Harun əl Rəşid" muğam
operasını yazmış, Azərbaycan dilində ilk "Musiqi tarixi" kitabının
müəllifi olmuşdur. Ağalar bəyin dörd övladı da - Kazım, Rasim, Nazim
və Nüşabə Əliverdibəyovlar musiqiçi sənətini seçdilər. Nazim Əliverdibəyov
görkəmli pedaqoq, bəstəkar olmuşdur. Onun "Bayatı-Şiraz" muğam kompozisiyası
ən populyar orqan əsərlərindəndir. Uzun illər boyu Bülbül adına
orta ixtisas musiqi məktəbinin direktoru kimi o milli musiqiçi kadrlarının
yetişməsində böyük rol oynamışdır. Nazim müəllimin hər iki övladı
- Samir və Ləman da musiqiçidirlər. Rasim Əliverdibəyov skripkaçı,
Nüşabə Əliverdibəyova pianoçu, musiqi müəllimidir. Kazım Əliverdibəyov
görkəmli dirijordur. Uzun illər Azərbaycan Dövlət Opera və Balet
teatrının dirijoru olmuş, professor Əliverdibəyov hal-hazırda Türkiyədə
işləyir. Hacıbəyovlar soyu ilə ana xətti tərəfdən yaxın qohum olan
(Ü.Hacıbəyov və B.Bədəlbəyli xalaoğlu idilər) Bədəlbəylilər nəsli
də Azərbaycan mədəniyyətinə görkəmli sənətkarlar bəxş etmişdir.
Bu nəslin də musiqi ənənələri iki qardaş - Bədəlbəy və Əhməd Bədəlbəylilərdən
başlanır. Bədəlbəy Bədəlbəyli görkəmli pedaqoq olmuş, ru
|
|
|