Qarabağın musiqiçi nəsillər     
      
  F. Əliyeva          
1   2   3  
  S. Qarabağlı
Üzeir Hacibəyov: Moskva, 1939-ci il

L. Şirməmmədqızı
Ədəbi bir qünü yada salarkan …

N. Şəfiyeva
Üzeir Hacibəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərinin yaranma tarixinə dair

F. Əliyeva
Qarabağın musiqiçi nəsilləri


 
 
make printcopy print copy

s-müsəlman məktəbində başqa fənlərlə yanaşı musiqidən də dərs deyirdi. Yaxşı səsi olan Bədəl bəy muğam operalarında da çıxış etmişdi. Əhməd Bədəlbəyli (səhnə təxəllüsü Ağdamski) opera artisti idi. Azərbaycanda şəriət qanunlarına görə qadın artistlərinin olmaması şəraitində o, muğam operaları və operettalarda əsasən qadın rollarında çıxış etmişdir. Bədəl bəyin oğlanları - Əfrasiyab və Şəmsi Bədəlbəyli Azərbaycan teatr və musiqi sənəti tarixində böyük iz qoymuş şəxsiyyətlərdir. Dirijor, bəstəkar, musiqişünas Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baletinin müəllifidir. Əfrasiyab Bədəlbəyli Bakıda və Leninqradda mükəmməl musiqi təhsili almış ilk azərbaycan dirijorlarındandır. O, 1930-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet teatrının dirijoru olmuş, azərbaycan və xarici ölkə bəstəkarlarının tamaşaya qoyulan onlarca operalara, baletlərə dirijorluq etmişdir. O, "Nizami", "Söyüdlər ağlamaz" operalarının, ilk milli balet - "Qız qalası" baletinin və başqa əsərlərin müəllifidir. Ə.Bədəlbəyli hərtərəfli istedada malik şəxsiyyət idi. Şərq dillərini gözəl bilən Ə.Bədəlbəyli (o, həm də Bakı Dövlət universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir) ən müxtəlif mövzuda onlarca milli-publisistik məqalələrin, nadir elmi əsər sayılan "Musiqi lüğəti"nin, bir çox azərbaycan operalarının libretto müəllifi olmuşdur. Bədəlbəyin ikinci oğlu - Şəmsi Bədəlbəyli görkəmli teatr xadimi, Azərbaycan Teatr cəmiyyətinin sədri olmuşdur. Uzun illər onun həyatı Azərbaycan Musiqili Komediya Teatrı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, opera və balet teatrı ilə bağlı idi. Onun quruluşunda Azərbaycan və xarici ölkə bəstəkarlarının opera və operettası tamaşaya qoyulmuşdur. Ş.Bədəlbəylinin oğlu - Fərhad Bədəlbəylinin adı ilə Azərbaycan ifaçılıq sənətində yeni mərhələnin başlanğıcı bağlıdır. F.Bədəlbəyli dünya miqyasında tanınan, nüfuzlu Beynəlxalq müsabiqələrin qalibi olmuş (B.Smetana adına Beynəlxalq müsabiqə, 1967,III mükafat; Viana da Mota adına Beynəlxalq müsabiqə, 1968,I mükafat) ilk Azərbaycan pianoçusudur. Qastrol marşrutları dünyanın onlarca ölkəsini əhatə edən professor Fərhad Bədəlbəyli hal-hazırda Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektorudur. Bədəlbəylilərin artıq dördüncü nəslinin nümayəndəsi Fərhad Bədəlbəylinin qızı - Dilarə də pianoçudur.


 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site