Əhməd Ağdamski – 115 il.      
«Milli operamızın ilk Leylisi kim olub?»      
Ü. Məmmədova           
1   2   3  
Ü. Mәmmәdova
Әhmәd Ağdamski – 115 il. «Milli operamızın ilk Leylisi kim olub?»

N. Abdullayeva
Bәstәkarlar ustadı

Ş. Hüseynov
Zülfi Adıgözalov – 100. Böyük sәnәtkar mәnәviyyәtımızda yaşayır

R. Hüseynov
İkinci nәfәs


 
 
make printcopy print copy

X əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri də Əhməd Ağdamski idi. Xalqın qəlbində teatra, professional musiqiyə maraq oyatmaq, bu musiqinin yayılması və inkişafı yollarını tapmaq onu və o dövrün ziyalılarını mütəmadi düşündürən vacib məsələlərdən ən başlıcası idi.

1884-cü ilin soyuq qış günü, yəni yanvar ayının 5-də Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. Əhməd Bəşir oğlu Bədəlbəyli hələ kiçik yaşlarında ikən teatra çox böyük maraq göstərirdi. O, teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında öz bacarığını səylə nümayiş etdirirdi. 1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlamışdır. Teatrda çalışdığı illərdə o, H.Sarabski, H.Ərəblinski M.Əliyev, H.Hacıbababəyov və sair sənət fədailəri ilə dostluq, əməkdaşlıq edirdi. Ü.Hacıbəyov teatr səhnəsində qadın aktrisaları olmadığı üçün çalışırdı ki, öz opera və musiqili komediyalarında qadın rolları az olsun və ya heç olmasın. Bu isə necə deyərlər, vəziyyətdən çıxış yolu demək deyildir. Şərq aləminin ilk operası olan "Leyli və Məcnun" operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi.

Üzeyir bəyin anası Şirin xanımla Əhməd Bədəlbəylinin anası Əzizə xanım doğma bacı idilər. Üzeyir bəy xalası oğluna üz tutur. O zaman onun ən böyük arzusu müəllim olmaq idi, lakin teatra olan məhəbbət onu səhnəyə gətirib çıxarır. O illərdə Əhməd tələbə idi, tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, adını "Miri" yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürür.

1915-ci il 116 saylı "Kaspi" qəzetində:

"Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar".

Dəfələrlə səhnədən düşməyən "Leyli və Məc-nun" operasında baş rolların ifaçılarının ifasını 1916-cı il 22 dekabr tarixli "Kaspi" qəzeti öz səhifələrində belə yazır: "Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi".


 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site