Onun çıxışı Ü.Hacıbəyovun xoşuna
gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına
çevrilir. Beləlikləb o, inqilabdan əvvəlki Azərbaycan opera və musiqili
komediya teatrı səhnələrində ilk dəfə qadın rollarının ifaçısı kimi
tanınmışdır. O, qadın rollarını elə artistlik məharətilə ifa edirdi
ki, hətta tamaşadan sonra qadın kimi ona çiçək göndərənlər də az
olmurdu. Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə
bir-birindən fərqlənirdi. Bu obrazların hər birini tamam ayrı səpkidə
oynayırdı. Tək oyun tərzi yox, hətta səsi də dəyişilirdi. O, düz
12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxdı. Ü.Hacıbəyvun
"Leyli və Məcnun" operasında Leyli, "Əsli və Kərəm"də Əsli, "O olmasın,
bu olsun"da Gülnaz, "Arşın mal alan"da Gülçöhrə, "Ər və arvad"da
Minnət, "Rüstəm və Söhrab"da Təhminə, "Şah Abbas və Xurşudbanu"da
kəndli qızı və s. onun əsas rolları kimi opera tarixinə düşmüşdür.
Onun bir artist kimi yüksək keyfiyyətlərindən
biri də oynaya bilməyəcəyi roldan bacarıqla imtina etməsi idi. Üzeyir
bəy istəyirdi "Şeyx Sənan"da Xumarı Əhməd oynasın, lakin opera sırf
muğam operası olmadığı üçün oxumaqda çətinlik çəkəcəyini əvvəlcədən
hiss edən Ağdamski Xumardan boyun qaçırdı.
20-ci illərin əvvəllərində, artıq
oxumadığı vaxtlarda belə Ə.Ağdamski bekar dayanmırdı. O zamanlar
Əhməd bəy orkestrdə tar çalırdı. Sonralar Leyli rolunun daha bir
kişi ifaçısı yarandı - Hüseynağa Hacıbababəyov idi.
1934-cü ildən başlayaraq ömrünün
sonunadək, yəni 1954-cü il aprel ayının 1-nə kimi Əhməd Ağdamski
pedaqoji fəaliyyətlə məşğul olur. O, Ağdaş rayonunun musiqi məktəbində
tardan dərs verirdi. Ağdaşa gəldiyi gündən rayon ziyalıları arasında
hörmət qazanaraq və el məclislərində yaxından iştirak edirdi. Rayona
gəldiyi gündən Ə.Ağdamski kaman ustası, gözəl musiqiçi Habil Əliyevgilin
evində kirayənişin qalmışdır. Uşaqlıq çağlarından Habil Əliyev onu
"Əhməd əmi" deyə çağırmış, indi də xatirələrində "Əhməd əmi" kimi
qalıb. Sirr deyil ki, H.Əliyevin musiqiyə gəlişində, müşayiətçi
kimi yetişməsində də Əhməd müəllimin faydalı məsləhətləri və tövsiyələri
çox böyük rol oynamışdır. Onun fədakar əməyinin bəhrəsi olaraq hökumətimiz
tərəfindən 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi fəxri adına layiq görülmüşdür.
Onu da qeyd edim ki, müraciət etdiyim
bəzi əlaqədar təşkilatlarda Ə.Adamskinin həyat və yaradıcılığını,
pedaqoji fəaliyyətini əks etdirən materiallar demək olar ki, yox
səviyyəsindədir. Onun ailə üzvlərilə əlaqə yaratmaq mümkün olmadığı
üçün Habil Əliyevə müraciət edib və o illərlə bağlı söylədiyi xatirələri
qələmə alıram. Habil Əliyev sənətə gəlişini belə xatırlayır.
"Mənim 7 yaşım var idi. Yaxşı yadıma
gəlir ki, rayonun musiqiçiləri tez-tez onlara gələrdilər və çalıb-
oxuyardılar. Muğamlarda bilmədikləri şeyləri Əhməd əmidən soruşardılar.
Əslində mənim də musiqiyə həvəsim elə həmən günlərdən başladı. Nəhayət,
mən də Ağdaş musiqi məktəbinin kamança sinfinə daxil oldum. Məktəbi
bitirən kimi Əhməd əminin mənə sözü bu oldu: - "Hə, bura qədər biz
öyrətdik, qalanını özün öyrənməlisən." Mən o vaxt təəccüb etdim
ki, görəsən öyrənmədiyim nə qalıb? Amma indi başa düşürəm ki, hələ
də öyrənib qurtara bilməmişəm".
H.Əliyev kamança sinfini bitirdikdən
sonra Ə.Ağdamski onu bir müşayiətçi kimi hazırlamaq məqsədilə el
şənliklərinə özü ilə aparırdı. Toy şənliklərinin birində baş vermiş
hadisəni Habil müəllim belə qeyd edir:
"Demək olar ki, artıq Ağdaş rayonunda
bir kamança çalan kimi tanınmışdım. Əhməd əmi və xanəndə Veyis ilə
el şənliklərinə də gedərdik. Bütün ağdaşlılar onu çox sevərdilər.
Əhməd əmi xoşxasiyyət olmaqla bərabər, zarafatı da çox sevərdi.
Həm də yeri gələndə çox ciddi adam olurdu. Biz hərdən toy sahibinin
xahişi ilə Bakıdan bir qız müğənnisini də dəstəmizə qoşardıq. Günlərin
birində Əhməd müəllim mənə bir məktub verib, dedi ki, - "Habil təcili
get Bakıya, muskomediyanın müdiri Şəmsi Bədəlbəylini tap, bu məktubu
ver ona." Mən onun dediyi kimi etdim. Axşam Şəmsi müəllim müğənni
Xanbacını mənimlə Ağdaşa göndərdi. Toy başladı, məclisin şirin vaxtı
idi ki, şəhər naçalniki kefli vəziyyətdə bizə yaxınlaşıb, barmağı
ilə Xanbacını çağırdı ki, "bura gəl". Əhməd əmi bunu görən kimi
çalmağı saxlayıb, mədəni surətdə: