"Musiqi dünyası" № 3 (100) 2024
Article №8; 9623-9630 pр.
Rəna MƏMMƏDOVA-SARABSKAYA. GENOFORMULA SIRASININ VEKTORLARI HAQQINDA
Text PDFGiriş. Əsaslandırılmasını tələb edən türk dünyası xalqlarının bədii yaradıcılığının eyniyyətləri onların ümumi genofondunun parametrlərinə aiddir. Türk musiqi seqmentlərinin fiksasiyası mürəkkəb tədqiqat prosesini nümayiş etdirir. Bizim tərəfimizdən genoformula kimi təyin edilmiş formulluq bu seqmentlərin göstəricisidir. Türk musiqi sisteminin eyni kökləri, qohumluq genezisi etnomədəniyyət tipologiyalarına daxildir. Özündə musiqi semantikasını cəmləşdirən formul havalar intonasiyanın ən qədim formalarını təqdim edir. Öyrənilən fenomeni parlaq işıqlandıran genoformulanın sinonimlərinin istifadəsi mümkündür. Məsələn, genetik “işarə”, intonasiya prototipi, ayin klişe və s.
Türkdilli xalqların musiqi folklorunun nümayəndələri eşitmə paralellərini göstərir. Səs yüksəkliyi, səs sırası, ladintonasiya tipologiyalarının funksional nisbətinin identifikasiyaları obyektiv mövcuddur. Bu analogiyalar “soy”, genetik xarakterə malikdir. Məhz bu mənada demək olar ki, genoformula təkamül informasiyasının müəyyən zəncirini təmsil edir.
Mövzunun təqdimatı.
Türkdilli xalqların musiqisində ladintonasiya tipoloji modellərin müqayisəli və genetik rekonstruksiyası. Xalq mədəniyyəti musiqi folklorunun qədim dövrdən başlayaraq müasir dövrədək olan fəaliyyətinin müxtəlif tarixi qatlarını özünə daxil edir. Mədəniyyətin tarixi qatlarının fiksasiyası, musiqi mədəniyyətində mərhələli müxtəlif halların fiksasiyası, şübhəsiz, mürəkkəb problemdir. Lakin etnomusiqişünaslığın məlum metodoloji prioritetlərini istifadə edərək, polielement strukturlardan təkamülün müəyyən mərhələlərini ayıra bilərik. Türkdilli xalqların musiqisində təkamül mərhələlərinə baxılması bu mərhələləri lad strukturlarının formalaşmasının xüsusiyyətlərinə görə identifikasiya etməyə imkan yaradır.
Türkdilli xalqların musiqisində ladintonasiya tipoloji modellərin müqayisəli və genetik rekonstruksiyası musiqi mədəniyyətinin müəyyən qohumluğunu nümayiş etdirir. Məlumdur ki, intonasiyanın dərin qatlarının öyrənilməsi bir sıra materiallara əsaslanır. Bura mərasim mahnı mədəniyyəti, ana və uşaq folkloru, erkən folklor intonasiya nümunələri daxildir. Başqa sözlə desək, material coğrafi, etnik, mərhələli cəhətdən yaxındır.
Etnomusiqişünaslıq faktoloji materialın axtarışı, ifadəsi, təsviri və işlənilməsi vacib olan elementlərdən ibarətdir. Göstərilən material öz üzərində unikallıq, təkrarolunmazlıq “möhürü” daşıyır. Faktoloji materialın təfsirinin nə qədər inandırıcı, tam dəyərli olmasından asılı olaraq, etnomusiqişünaslığın problemlərinin tədqiqi daha səmərəli, dərin olar.
Şübhəsiz, başlanğıc və mənayaradan mövqelərin metoloji dəqiqliyi və aydınlığı nəzəri təhlilin perspektivlərini müəyyənləşdirir. Bu və ya digər motiv-tematik quruluşun intonasiyalı-ritmik “kökünü” aşkarlamağa imkan verən tədqiqatın müxtəlif metodları mövcuddur. Musiqi təfəkkürünün mərhələli müxtəlif tipləri haqqında çox maraqlı ədəbiyyat mövcuddur.
Lad hissinin mənşəyi ilə bağlı müəyyən fikir müxtəlifliyi mövcud olduğundan, Azərbaycan xalq musiqisinin inkişafında təkamül zəncirinə “sadədən mürəkkəbə” məşhur nəzəriyyə nöqteyi-nəzərindən baxmaq olardı. Məsələn, mərasim və laylay, uşaq mahnılarından Azərbaycan muğamlarının genişlənmiş kompozisiyalarına qədər.
Biz tədqiqat yanaşmalarının fərqliliyinə görə musiqinin tarixi yaranması proseslərini buraxırıq. Lakin qeyd edək ki, digər fikirlər də mövcuddur: “erkən mahnı melodikası hər şeydən öncə, metroritmik və sintaktik, daha sonra isə bu əsasda səs yüksəkliyi, ladtonal cəhətdən təşkil olunur” [1].
Mənalı, davamlı ladintonasiyalığın tarixi mərhələsində Azərbaycan xalq musiqisində genoformulanın yaranması faktına əsaslanaraq çıxış edəcəyik. Genoformulanın “tarixdən kənarlığına” dair mübahisəni nəzərə alaraq, aşağıdakı prinsipial mövqeləri qeyd edək. Birincisi, söhbət tarixi inkişaf prosesində yaranmış musiqi mədəniyyətindən gedir, belə ki, müqayisəli təhlildə bizim əsaslandığımız formulalar sabitləşmiş musiqi sisteminin müəyyən səviyyəsini əks etdirir. Yada salaq ki, Ü.Hacıbəyli Azərbaycan xalq musiqisinin materialını ümumiləşdirmişdir və bu zaman Şərq musiqişünaslığının çoxəsrlik tarixinə, orta əsrlər alimlərinin yazılı mənbələrinə əsaslanmışdır.
İkincisi, müqayisəli təhlildə janr yanaşmasına əməl edilir, yəni janr paralellərinin çərçivələri nəzərə alınır, bu da özü özlüyündə bu və ya digər tarixi formalaşmış konteksti göstərir. Belə ki, etnomədəniyyətin musiqili müqayisələri öz təhlil metodlarına malikdir, halbuki, şifahi ənənəli professional musiqinin müqayisəli təhlili nəzəri elmin məlum determinantlarına əsaslanır.
Üçüncüsü, türkdilli xalqların səs aləminin klişeli forması kimi genoformula sırası təkamül informasiyasının müəyyən tiplərini əks etdirir.
Musiqi türkologiyasının metodoloji mövqeləri müqayisəli sənətşünaslıq kontekstində musiqi folklorunu mərhələlik aspektində K.Kvitkanın, V.Belyayevin, İ.İ.Zemtsovskinin, E.Alekseyevin, F.Rubtsovun, V.Qoşovskinin və digər alimlərin ideyalarına uyğundur.
Müasir tədqiqatlarda xalq musiqisinin polimərhələliyi haqqında yazırlar: “Xalq musiqi mədəniyyətinin bu keyfiyyəti öz mövcudluğunun müasir mərhələsində xüsusilə, nəzərə çarpır. O, yaranması müxtəlif tarixi dövrlərə mənsub janrların və üslubların özündə eyni zamanda, fəaliyyətində aşkar olunur. Folklor ənənəni ən qədimdən nisbətən son vaxtlaradək olan müxtəlif dərinlikdə yerləşən mədəni qatların arxeoloji qazıntıları ilə müqayisə etmək olar” [ 7, s.56].
İ.İ.Zemtsovski hesab edir ki, xalq musiqisini tədqiq edərkən, mütləq “burada mərhələli yeni intonasiyaları, musiqili bütövün müxtəlif komponentlərində həkk olunmuş müxtəlif üslubların izlərini fərqləndirmək lazımdır.
Musiqinin intonasiya forması haqqında V.Meduşevskinin kitabından sitat çox maraqlıdır: “Musiqi forması bütövlükdə necədir? Bütün əsrlərin və xalqların musiqisini əhatə edən belə bir qlobal problemi işıqlandırmaq çətindir. Burada əsas anlayış və müddəaların özünü açan və özünü təsdiqləyən sistemin nəzəriyyəsinin qurulmasından başqa çıxış yolu yoxdur. Nəzəriyyənin bu –özünüaçılmasını obrazlı şəkildə belə təsəvvür etmək olar ki, əvvəlcə biz musiqini maksimum məsafədən, maksimum yüksəklikdən müşahidə edirik, bu zaman sivilizasiyaların, dövrlərin mədəniyyətlərinin, üslubların, janrların fərqləri görünmür, yalnız universal əsaslar görünür. Sonra isə biz tədricən intonasiya formasının gözəl və möcüzələrlə dolu yerinə enənədək uçuşun hündürlüyünü aşağı salırıq, onun qoxusunu alırıq və gözəllik hopmuş insan dünyasına nüfuz edirik” [5, s.5)].
V.Meduşevskinin sitatında xalq musiqisinin çoxsəviyyəli struktur təşkili əks olunmuşdur, onun çoxqatlılığı özündə mühüm mərhələli determinantları ehtiva edir.
“Musiqi ensiklopediyası”nda musiqi mədəniyyətinin inkişafının yazıdanöncəki dövrün öyrənilməsi metodları haqqında deyilir: “a)nəzəri və dolayı, əlaqəli sahələrdəki analogiyalara əsaslanaraq; b) qorunub saxlanılmış yazılı və maddi mənbələr üzrə (musiqi haqda traktatlar, səyyahların ifadələri, səlnamələr, musiqi alətləri və əlyazmaları, arxeoloji qazıntılar); b) min il əvvəlki prinsiplərin formalaşmış formalarını özündə qoruyub saxlaya bilən şifahi musiqi ənənələrinin bilavasitə məlumatlarına görə” [6, s.889].
Görkəmli etnomusiqişünasların fikrincə, uzun tarixi dövr ərzində musiqi nitqinin mühüm elementlərinin toplanması musiqi folklorunda müəyyən strukturların formalaşmasına imkan verdi, bunlar musiqi folklorunun təkamülünün mərhələləyini əks etdirməyə qadir idilər. Belə bir ifadəliliyin çoxvektorluluğu keçən əsrlərin not yazılarına əsaslanmağa imkan verərək təhlil edilə bilər. Bu cür ladintonasiya təfəkkürünün əsasında dörd parametr durur:
1. “milli lad melodik təfəkkürün prinsipial birliyi,
2. ilkin folklor intonasiyanın solo-vokal təbiəti,
3. ritmik başlanğıcın prioriteti,
4 .mahnı folklorunun çoxqatlı intonasiya təbiəti” [1].
Məlumdur ki, ladların formalaşması – seleksiyanın, seçimin uzun, mürəkkəb yoludur, burada ritmik vasitələrin ostonat proseslərdən başlayaraq dilin sintaksis xüsusiyyətlərinə qədər və s. bir çox amillər əks edilmişdir. Bu prosesdə əhəmiyyətli yeri əmək prosesləri, universal psixofizioloji universallıqlar, etnokollektivin istəkləri və s. tutur.
“Sadədən mürəkkəbə” nəzəriyyəsinə müraciət edərək biz erkən folklor intonasiyanın formalarının müxtəlifliyi haqda özümüzə hesabat veririk. Belə ki, məsələn, Yakut xalq musiqisində geniş diapazonlu oxuma kimi etnomədəni intonasiyanın xüsusiyyətləri məlumdur. Bununla yanaşı, Yakut xalq musiqisində geniş diapazonlu oxumanın qədim qatlarının nümunələrini təhlil edən E.Alekseyev qeyd edirdi ki, “şifahi məişət şəraitində bu gün səslənən folklorun erkən qatlarında darhəcmli səs sıralarının üstünlük təşkil etməsi, təkcə müəyyən tarixi dövrdə məhdud sıraların dominant mövqeyini göstərmir, həm də xalq musiqiçilərinin bir çox nəslinin yaddaşında məhz bu lad quruluşların... qorunmasının təbiiliyini bildirir” [1].
Azərbaycan lad sisteminin genoformulası. Azərbaycan nəzəri elmi qarşısında Azərbaycan lad sisteminin genoformulasının kökünün “ilkin səbəbləri”nin axtarışı haqqında məsələ qoymaq lazımdır. Söhbət Azərbaycan musiqisində intonasiyanın erkən mərhələsi haqqındadır. Mən bu genoformulalara bir növ, “təbii fenomen” kimi baxıram, bu fenomen milli spesifik, musiqi-yüksəkliyi təşkilinin xüsusi tipinin əsası olmuşdur, Azərbaycan musiqisi də elə bunu təmsil edir.
Azərbaycan xalq musiqisində türk irsi ilə sıx bağlı müəyyən intonasiya qatı mövcuddur. Belə ki, məsələn, əgər genoformulaya türk məkanının dəyişiklikləri sisteminin elementi kimi baxılsa, onda genoformulanın musiqi təfəkkürünün relikt substratı olduğu ortaya çıxır. Onu əmələ gətirən modellərin genetik zənciri – müxtəlif növ səs rəmzləri, klişe, stereotiplər, ilkin həqiqətlər, ilkin səbəblər, ilkin nümunələrdir. Türk xalqlarının musiqisində ən müxtəlif genoformulaların müqayisəsi onların ilkinliyini şüurun seçdiyi xüsusi kateqoriya kimi təsdiq edir, belə ki, genoformula – türkdilli xalqların musiqi mədəniyyətində çox sayda konkret melodik formaların struktur əsasına xidmət edən özəkdir.
İntonasiya universallıqlarını müəyyənləşdirərkən İ.Zemtsovski formulluğu “folklor fonosfer” kimi xarakterizə etmişdir. Alim yazırdı: “Folklor haqqında müasir elm artıq müxtəlif “gəzərgi musiqi formulalarını”, melodik və ritmik stereotipləri, ifaçılıq klişesini, ümumi yerləri və “standart frazeoloji formulaları” öz diqqətindən kənarda qoya bilməz”. Sonra bizim tədqiqat üçün olduqca mühüm olan ifadə gəlir: “Bundan başqa, ənənəvi musiqinin sabitliyinin ölçüsü müvafiq folklor regionun (dialektin) həqiqiliyi və üzviliyi ilə bağlıdır” [4, s.118]. Daha sonra “... folklorun sonsuz variantlığı arxasında nə durur, əlbəttə ki, sanki lokal üslubun özəl forma əmələ gətirən elementlərindən başlayaraq ən böyük etnik etnikarası bədii obraz – ümumiləşmələrədək folklorda hər şeyi doğurmuş və təsdiq etmiş – yaradıcılığın ənənəvi kanonizasiyası” [4, s.118].
İ.Zemtsovski bunun müxtəlif təriflərini sadalayır. Bunları göstərək:
- “formula zənginliyi” (V.Viora);
- “intonasiya-melodik formulaların möhkəmləndirilmiş toplusu” (V.İ.Yelatov;
- “formula-aforizm” (Z.V.Evald);
- “melodik formula-havalar” (B.Asafyev);
- “hava-formula” (Z.Evald) [4, s.125].
Melodik formulluq nəzəriyyəsini işləmiş İ.İ.Zemtsovski tərəfindən aşağıdakı sual qoyulmuşdur: “Musiqili şüur hadisəsi kimi musiqi formulası nədir? Mənim fikrimcə, folklorda melodik formulalıq nəzəriyyəsinin suallar sualı bundan ibarətdir. Melodik formulluq fenomeni musiqi şüurunun tarixən müəyyən edilmiş səviyyəsinə müvafiqdir, bunun üçün formulalarla düşünmək xarakterdir. Məhz ona görə bu, sadəcə “struktur” deyil, həm də “zehni” hadisədir, o, istinasiz olaraq inkişafın müvafiq mərhələsində folklorun bütün ənənəvi janrlarına aiddir. Ona görə də, mərhələli hadisə kimi o, bizim tərəfimizdən sona qədər başa düşüləcək”. Daha sonra: “Əgər biz artıq bu gün bütün funksiyaları polimorf olan folklorun ənənəvi daşıyıcılarının şüurunun sinkrektikliyini tanıyırıqsa, (bütün formalar polifunksionaldır və müvafiq olaraq formulluğun da funksiyası polimorfdur), onda biz müəyyənləşdirməliyik ki, məhz hansı formulluq - musiqili, sözlü, ritual və ya başqası - baxılan mərasim sistemində inteqrasiya edən kimi çıxış edir” [4, s.126].
İ.Zemtsovskinin fikrincə, “formulalarla təfəkkür” – mərhələli bir hadisədir. Bu məsələdə biz alimlə həmrəyik. Məhz buna görə “genoformula” terminində biz mərhələ əhəmiyyətli – genetik aspekti qeyd etdik.
F.A.Rubtsovun ideyaları genoformulanın tədqiqinin metodologiyasının işlənilməsində vacibdir. Məhz F.A. Rubtsov ilk sovet etnomusiqişünaslarından biri olaraq slavyan xalqlarının musiqisinin təməlində olan identik formulluğa əsaslanaraq onların birliyi haqda yazırdı. Musiqi mədəniyyətinin qədim qatının qısa formul ifadələrin mövcudluğu ilə müəyyən edilməsi fikrinin təsdiqi və əsaslandırılması F.A. Rubtsova məxsusdur.
Deyilənləri nəzərə alaraq, biz türk dünyası musiqisinin nümunələrində böyük miqdarda fəaliyyət göstərən formulluğa əsaslanacağıq.
Təkamül nəzəriyyəsini istifadə edən və ladların “sadədən mürəkkəbə” formalaşması sxemini təklif edən alimlərdən biri V.Belyayev idi.
Formullu havalar özündə lad semantikasını cəmləşdirir və intonasiyanın çox qədim formalarını təmsil edir. Musiqi folklorunun təkamülündə ənənəvi, klişeli qatın fəaliyyəti mədəniyyət haqda müəyyən məlumatı əks etdirir. Məhz buna görə türk musiqi seqmentlərinin fiksasiyası mürəkkəb tədqiqat prosesidir. Bu seqmentlərin göstəricisi formulluqdur. Çinki türk musiqi sisteminin eyni kökləri, qohumluq genezisi etnomədəniyyətin musiqi tipologiyalarına daxildir.
Məşhur təkamül nəzəriyyəsinə əsaslanaraq, qeyd etmək lazımdır ki, genoformulanın təşəkkülü prosesi əsas səsin ətrafında ladın qeyri-sabitlərinin melodik cəmləşməsi prosesi kimi getmişdir. Tədricən melodik abris melodik sabit və qeyri-sabitlərin daxili differensiasiyası ilə olan mürəkkəb kompleks strukturu qazanırdı. Bütöv maqnit cazibə sahəsi xarakteri alırdı. Bu sxem belə bir faktı göstərir ki, genoformulanın etnotipoloji ifadəliliyi ondan ibarətdir ki, genoformula sırasının komponentləri öz ilkin məna əmələ gətirən effekti ilə bağlıdır. İlkin xüsusiyyətlərin cəmləşməsi, mənbə ilə identik olan təsiredici vektorların həcmi və gücləndirilməsi musiqi təcrübəsinin dəyərli prioritetlərini də müəyyənləşdirirdi.
Şübhəsiz, türkdilli xalqların musiqi mədəniyyəti kontekstində genoformula sırasının öyrənilməsi problemi konkret iyerarxiya səviyyələrinə malikdir. Müvafiq olaraq, bu səviyyələr müxtəlif vektorludurlar. Biz genoformula sırasının elə determinantlarına baxırıq ki, bunlar bizim tədqiqatımız çərçivəsində məqsədəuyğundur.
Nəticə. Beləliklə, təkamül metodologiyası aspektində lad sisteminin müqayisəli təhlilinin hansı əsaslarda qurulması sualına biz cavab veririk ki, lad modellərinin tipologiyalarında. Azərbaycan musiqisində lad modelləri unikaldır. Onlar semantik cəhətdən ifadəli, tematik cəhətdən əhəmiyyətli, funksional cəhətdən zəngindirlər. Birinci halda Azərbaycan ladlarının tonika kadensiyalarının melodik parlaqlığı haqda danışacağıq. Onlardan hər hansı mətnə inkrustasiyası müəyyən məzmunluğa mənalı oriyentasiya deməkdir. İkinci halda bu – strukturun əsasıdır, üçüncüsü – lad təşkilinin maksimum cilalanmasıdır.
Azərbaycan, həm də türk xalq musiqisində ladintonasiya melodik əlaqələri, formayaradıcı prosesi tənzimləyir, onun struktur parametrlərini və müvafiq olaraq əsas kompozisiya şaxələrini müəyyənləşdirir. Beləliklə, musiqi ənənələrinin ümumi xüsusiyyəti melodik, lakonik və olduqca ifadəli komplekslərin təşkiledici rolundan ibarətdir.
Deyildiyi kimi, folmulluq prioritetdir. Formulluq özündə müəyyən semantik əhəmiyyət daşıyır və Azərbaycan musiqisinin genetik mənbələrilə bağlıdır. Azərbaycan musiqisinin ladyaranması sistemində formul xarakter daşıyan məlum strukturlar semantik işarələr rolunda çıxış edirlər. Azərbaycan musiqisində tonika kadensiyaları belə strukturlardır (Ü.Hacıbəyli). Məhz tonika formullar-kadensiyalar hər hansı vəziyyətdə bədii əhəmiyyət kəsb edirlər, belə ki, Azərbaycan musiqisinin ladintonasiya sisteminin xüsusi “rəmzləri” olurlar.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1. Алексеев Э. Раннефольклорное интонирование. Звуковысотный аспект / Э.Алексеев. – Москва: Советский композитор, – 1986.
2. Беляев В. M. 1888-1968 / В. M. Беляев. – Москва: Советский композитор. – 1990, – 509 с.
3.Земцовский И.И. Социалистическая культура и фольклор / И.И.Земцовский. – Л., Музыка. – 1982.
4. Земцовский И.И. О мелодической «формульности» в русском фольклоре. Русский фольклор: ХХIV / И.И.Земцовский. – Л., Наука, – 1987.
5.Медушевский В. Интонационная форм музыки. Исследование / В.Медушевский – Москва: Композитор, – 1993.
6. Музыкальный энциклопедический словарь / Москва: Советская энциклопедия, – 1990, – 670 с.
7. Народное музыкальное творчество: Учебник. / СПб.. – Композитор, – 2009, – 568 с.