"Musiqi dünyası" № 4 (97) 2023

Article №13; 9335-9347 pр.
Təranə MƏMMƏDOVA. Azərbaycan caz musiqisində etno-caz istiqaməti və onun bəstəkar yaradıcılığında təzahürü (DOI 10.5281/zenodo.10364577)
Text PDF

XXI əsrin mədəniyyətlərarası platformasında artıq mühüm bir dil vahidinə, körpü və ünsiyyət vasitəsinə çevrilmiş caz sənətinin müstəsna yeri vardır. Vətəni Amerikadan qaynaqlanıb, dünyanın bir sıra digər qitələrinə, Avropa, Asiya, Qafqaz və Afrika mədəniyyətlərinə nüfuz edən caz musiqisi Azərbaycana da XX əsrin 30-cu illərindən daxil olub formalaşmağa başlamış, az bir müddət ərzində öz təşəkkül və təkamül dövrünü yaşaya bilmişdir. Öz ənənəvi dövründən bi-bop¹, müasir, və avanqard caz dövrünədək tarixini keçmiş Azərbaycan cazı artıq 100 yaşına yaxınlaşır.

XX əsrin ilk rübündən öz rəsmi təşəkkül dövrünə başlayan caz sənəti əsrin ən böyük, parlaq və qəribə təzahürlərindən biri kimi rəğbət qazanmışdır. Müxtəlif mərhələlər üzrə inkişaf edərək öz ənənəvi, klassik, orkestral dövründən kombo, kuul caz², modal³, avanqard-caz4, etno-caz5 və ən yeni üslub təmayüllərinədək inkişaf mərhələləri yaşamışdır.

Etno-caz cərəyanı – 1970-ci illərdən başlanan yeni dövr caz-rokun bir şaxəsi kimi eyni təmayüllərin, lakin fərqli materialın bir leksik mənbə kimi istifadə olunmasına əsaslanır. Tanınmış amerika tədqiqatçısı Ceyms Kolliyerin bu barədə qeydlərinə üz tutaq: “Caz hansı istiqamətdə hərəkət edir, dəqiq fərz etmək mümkün deyil. Lakin hər halda onun ən əsas təmayüllərini təxmin etməyə çalışaq. Ən əsas olaraq üç istiqamət ayrılır. Onlardan ən aşkarları caz-rok6 və füjn7 musiqisidir. Bu cərəyan rok musiqisinin metrik nəbzi ilə mürəkkəb caz harmoniyalarının, sərbəst caz elementli caz improvizasiyası ilə müasir simfonik musiqinin qovuşdurulması vasitəsilə yaranmışdır” [1, 349-350].

Əgər etno-caz istiqamətinin yaranma faktorlarını xronoloji şəkildə izləsək, bu ardıcıllıqda əvəzləşən və faktor qismində çıxış edən müxtəlif ümummədəni yenilikləri və sənətin öz daxilində baş verən yeni təmayüllər ilə birgə yeni inkişaf mərhələlərini görə bilərik:

1) Bütöv formalaşmış ənənəvi, klassik, normativ caz dövrü və ona aid üslublara (suinq, biq-bend8 və diksilend9 cazı, ənənəvi kombo cazı) tam zidd və fərqli olaraq yeni bir materiala, təfəkkürə ehtiyacı olan yeni təfəkkür tərzi həm cazda, həm də dünya mədəniyyətində baş qaldıran əsas bədii təmayül və ehtiyaclardan biri idi. XX əsrin əvvəlində naturalizm, neoprimitivizm, folkorizm adlı cərəyan həm təsviri sənətdə, həm də musiqidə öz əksini tapmışdı. Təsviri sənətdə Pol Qogen kimi rəssamdan başlayaraq, Diyeqo Riveras, Mark Şaqal kimi , musiqidə Bela Bartok, İqor Stravinski kimi sənətkarlar bu dövrü təmsil etdirirdi.

2) Qeyd edilən neofolklorizm cərəyanının nəticəsi və şərti olaraq yeni ifadə sistemi və yeni ifadə üsullarına ehtiyac oyanır ki, bu da modal texnikanın yaradılması ilə nəticələnir. 1930-cu illərdən başlayaraq professional bəstəkar musiqisində, 1950-ci illərdən etibarən isə caz musiqisində modal texnika üsuluna əsaslanan bir neçə sistemlər yaranır.

3) 1970-ci illərdə yeni caz-rok adı altında başlanan dövr – nəinki caz musiqisinə rok ifadə ünsürlərinin, ya da caz ilə rok sənətinin sintezini, lakin həm də yeni, aprobasiya keçməmiş yeni xammal-materialın istifadəsinə üz tutur. Etnocaz ya folk caz adlanan cərəyan da bu dövrün qollarından biri idi.

Öz təşəkkül dövrünü ənənəvi suinq10 və biq-bend üslubunda ifa edən Azərbaycan Dövlət Caz Orkestrinin (qısaca Dövlət Cazı adlandırılırdı) fəaliyyətindən başlayan Azərbaycan cazı 1960-70-ci illərdə yeni nəslin nümayəndələri olan iki ifaçı-bəstəçinin – Rafiq Babayev ilə Vaqif Mustafazadənin yaradıcılığı vasitəsilə tədricən dünyaya, azərbaycan cazının ümumdünya tanınmasına doğru böyük bir pəncərə açır. Təməli R.Babayev və V.Mustafazadə tərəfindən qoyulan etnocaz istiqaməti Azərbaycan caz ifaçılıq mədəniyyətini dünyada tanıtdıran əsas amillərdən birinə çevrilir.

Lakin 1960-cı illərin yetirmələri olan R.Babayev ilə V.Mustafazadənin formalaşması üçün böyük bir zəmin yaradıcı önləm mərhələ olmuşdur ki, bu, Azərbaycan cazının ilkin klassik dövrü idi və akademik təhsilli, əsasən mahnı və operetta janrında fəal çalışan bəstəkarların – Tofiq Quliyev və Rauf Hacıyevin yaradıcılığında rüşeym şəklində gerçəkləşmişdir.

Bu barədə caz tədqiqatçısı T.Məmmədəliyevanın qeydlərini xatırlayaq: “Şübhəsiz ki, öz repertuarında sırf caz (dəqiq desək – dik¬si¬lend, suinq) musiqisindən əlavə, əyləncəli – mahnı-estrada əsər¬lə¬ri¬ni təqdim edən bu orkestlər hələ tam püxtələşmiş caz sənətini təm¬sil etmirdi. Həmin heyətlər, sadəcə, caz sənətinin milli zəmində kök sa¬lan rüşeymləri idi. Lakin Dövlət Cazının Azərbaycan musiqi m¬ə¬də¬niyyəti tarixində mühüm rolunu inkar etmək qeyri-mümkündür. Azər-baycanın ən istedadlı sənətkarlarının himayədarlıq etdikləri bu orkestr zəmanəsinin ən istedadlı, perspektivli yerli ifaçı və bəs¬tə¬kar¬la¬rını öz ətrafına toplamışdı. Bundan əlavə, Dövlət Cazı tamamilə baş¬qa, tamamilə fərqli bir bəstəkarlıq növünün təməlini qoymuşdur: bu – cazın həm estetik məzmunu¬nun, forma və musiqi dilinin daha üzvi və peşəkar səviyyədə qavranılması, başlıca musiqi materialı kimi məna kəsb etməsini bir prinsip kimi götürən bəstəkar ya¬ra¬dı¬cı¬lı¬ğıdır. Əsasən mahnı, ope¬retta və kinofilmlərə musiqi kimi janrlarda təqdim olunması bu yara¬dıcılığı klassik Avropa ənənələrindən fərqləndirən digər çox sə¬ciy¬yəvi bir cəhət idi. Dövlət Cazı üçün həmin qeyd olunan və başqa janr¬larda musiqi bəstələyən T.Quliyev, Niyazi, qismən də P.Rüs¬təm¬bəyov gələcək Azərbaycan cazının vahid «tematik intonasiya fon¬dunun» əsasını qoymuşdur. Bu irs 1950-60-cı illərdə R.Babayev və V.Mustafazadə kimi novator musiqiçilərin yaradıcılığı üçün ilham və zəngin material mənbəyi olaraq, hal-hazırkı gənc yetkin caz ifaçıları nəsli üçün də öz əhəmiyyətini itirməmişdir [2, 26-27].

1938-1939-cu illərdə Leninqradda yaranıb fəaliyyət göstərən və əvvəl A.Varlamov, sonra isə A.Tsfasman tərəfindən idarə olunan Ümum¬ittifaq radio komitəsinin caz orkestri T.Quliyevi də buraya cəlb edir: bu heyətlə çıxış edən Bakılı musiqiçi sovet cazının tele¬vi¬zi¬ya ekranındakı təbliğçilərindən biri kimi özünü tanıtdırır. Elə hə¬min il öz milli musiqi ənənələri ilə caz musiqisini üzvilər¬dirmək məq¬sədilə Bakıya qayıdan T.Quliyev artıq caz sənətinin bir-sıra nə¬zə¬ri, ifaçılıq təcrübəsi və inkişaf prinsiplərini qavramış, xüsusən də caz-bend və ya caz-orkestr biliklərinə yiyələnmiş yetkin namizəd idi. Lakin unutmayaq ki, onun bir musiqiçi-ifaçı kimi cila¬lan¬ma¬sın¬da musiqi məktəbi və konservatoriya¬larda aldığı akademik ifaçı təh¬si¬linin də təsiri böyükdür. Və bu baxımdan T.Quliyevi Azər¬bay¬can¬da ali akademik təhsilli ilk caz musiqiçilərinə aid etmək olar”.

Azərbaycanda ilk caz orkestrinin müstəsna rolunun əhəmiyyətli tərəfi T.Quliyev kimi parlaq istedadlı şəxsiyyətin fəaliyyəti ilə də bağlıdır. T.Quliyev (1917-2000) ilk bəstəkardır ki, mahnı janrında caz ifadə sis¬teminin ünsürlərini tətbiq etmiş və azərbaycan – caz musiqi vəh¬də¬tini həyata keçirə bilmişdir. Bu nöqteyi-nəzərdən onun yara¬dı¬cı¬lı¬ğı¬nın səciyyəsi dahi C.Gerşvinin formalaşdırdığı mahnı-estrada cazı ilə böyük oxşarlıq təşkil edir.

Azərbaycan estrada-caz musiqisinin digər banisi olan Rauf Hacıyev (1922-1995) «Vətən» k/t-nın estra¬da orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışaraq, çox maraqlı estrada irsini yaradır. İlk növbədə o, caz və estrada xa¬rak¬terli orkestr pyeslərində, öz mahnılarında Azərbaycan mu¬si¬qi¬si¬nin çalarını yaratmaq məqsədilə bir sıra milli musiqi xü¬su¬siy¬yət¬lə¬rin¬dən: lad-intonasiya, ritmik ünsürlərdən məharətlə istifadə edir. So¬vet caz təcrübəsində çox geniş yayılmış xalq və bəstəkar mahnı işlə¬mələri də Hacıyev yaradıcılığında geniş intişarını tapıb, daha çox caz üslublu orkestrovkada, harmonik biçimlərdə təfsirini tapır. Belə nümunələrdən «Sevgilim», «Gənclik valsı», «Məhəbbətin qüv¬v¬əti» kimi mahnıları misal çəkmək olar.

Rauf Hacıyev tərəfindən əsası qoyulmuş bu orkestr son¬radan 1956-1962-ci illərdə (1962-ci ildən T.Əhmədovun rəh¬bər¬li¬yi ilə) fəaliyyət göstərən Azər¬baycan Dövlət Estrada orkestrinin əsa¬sını təşkil edirdi. Bu heyət öz döv¬rü¬nün ən müxtəlif mənşəli küt¬lə¬vi, lirik və məişət mahnı nailiyyətlərini, caz üslublu rəqs və mahnı stan¬dartlarını təbliğ edirdi. Q.Miller, K.Beysi, L.Armstronq, C.Ger¬şvin kimi ustaların yaradıcılığını dərindən öyrənmək vasitəsilə əc¬nə¬bi caz mu-siqi ifaçılığını yaxşı mənimsəyə bilmiş bu orkestr sovet estra¬da müəllifləri – İ.Duna¬yevski, V.Solovyov-Sedoy, E.Kol¬ma¬novski, T.Quliyev, X.Mirzəzadə, M.Kajlayev və b. yaradıcılığına da mühüm yer verirdi. Müxtəlif müəllif dəst-xətlərini əks etdirən mah¬nıları eləcə də xalq mahnılarını çox parlaq, nəfis, zərif və zən¬gin boyalara malik caz orkestrovkasında işləməklə Rauf Hacıyev Azər¬bay¬can caz tarixinə ilk aranjimançı kimi də öz adını yazır.

Bunlardan əlavə, onun irsinin ən kamil inciləri olan «Bakı skam¬yaları», «Bahar gəlir», «Bakı haqqında mahnı», «Yalnız sən», «Leyla», «Lirik nəğmə» və bu kimi digər mahnıları həmin dövrə təsa¬düf edir.

R.Hacıyevin gözəl caz və orkestr duyumu, bilik və təcrübəsi, klas¬sik caz leksikasını milli musiqi xüsusiyyətləri ilə üzvi calamaq və ən əsası – zəngin fərdi melodik vergisi onun operetta mu-si¬qi¬sin¬də öz bariz əksini tapmışdır. Hacıyevin bu janrda «Romeo mənim qon¬¬şum¬dur» (1960), «Kuba məhəbbətim mənim» (1963), «Dör¬dün¬cü fə¬qərə» (1964), «Təbəssümünü gizlətmə» (1969) kimi əsərləri və həm¬¬çinin bunlara daxil populyar mahnılar T.Quliyev irsi tək Azər¬bay¬¬can cazının tematik mənbəyini təşkil edən üzvi tərkib hissəsidir.

Sovet rus musiqişünası Aleksey Bataşovun isə 1960-cı illər barədə olduqca dəqiq ifadə edilmiş bu kimi fikrini səsləndirmk olar: “Caz musiqiçilərinin yeni nəsli öz sələfləri kimi böyük maraqla folklor musiqisinə diqqət yetirməyə başladılar. Lakin artıq bu dövrdə musiqidə milli elementlər tamamilə başqa tərzdə işlənilməyə başlandı. <……> Bu zaman gündəmdə duran məsələ caz musiqisində xalq musiqi intonasiyalarının maksimal üzvi surətdə, xalq musiqisinin , milli musiqi təfəkkürünün qanunauyğunluqlarına, onun lad strukturuna, xüsusən də ritmi, harmoniyası, səs hərəkətinə dərindən vararaq istifadə etmək idi.” [3, 129-130].

İndi isə bilavasitə T.Quliyevin, R.Hacıyevin və R.Babayevin əsərlərinin müqayisəli təhlilini aparmaq istərdik. İlk öncə V.Mustafazadənin əsərlərinin təhlilinə keçək.

Tofiq Quliyev “Arzular” (sözləri Zeynal Cabbarzadənindir, 1959-cu ildə çəkilmiş “Görüş” kinofimindəndir) – bəstəkarın romans lirikasının ən gözəl nümunələrindəndir Vals ritmində, aramlı tempdə səslənib, öz intonasiya xüsusiyyətlərinə görə daha çox romans janrına yaxınlaşır. Re-minor tonallığında yazılmış bu mahnının harmonik dili olduqca ecazkar, ifadəli akkord dönümləri ilə diqqəti cəlb edir. Harmonik dili maraqlı edən daha bir xüsusiyyət – harmonik re-minorda bayatı-şiraz və şüştər məqamlarının intonasiya elementlərinin qovuşmasıdır. Mahnının 15 xanəli müqəddimə hissəsi maralıdır (misal 1):

Misal 1.

Müqəddimə hissəsinin harmonik sxemi t #7- IIb9- IIb-D9h-III mahnının həm lirik obrazını, nəfis şəhər estrada romansına xas romantik ovqatı hazırlayır. Mahnının zəngin və mürəkkəb modal quruluşunda harmonik və melodik re-minor tonallığı, D bayatı-şiraz və qismən də D şüştər məqamı ilə qovuşaraq, əsərin müxtəlif epizodlarında fərqli surətdə vurğulanır. Kuplet hissəsində (misal 2) bu melodik və harmonik minora xas melodik dönümlərdə, nəqərat hissəsində isə melodiyanı bitirən sonluq və instrumental sonluğun kadensiyalarında öz əksini tapır.

“Arzular” romansı öz modal quruluşu, bayatı-şiraz-şüştər məqamlarına əsaslanan mürəkkəb səsdüzümü etibarilə və təbii ki bunlar əsasında qurulan intonasiya dilinə görə “Ay, Laçın” xalq mahnısı (misal 3) ilə bir sıra oxşar xüsusiyyətlər üzə çıxarır.

Rafiq Babayevin 1 saylı Fortepiano prelüdü onun erkən bəstələrindən olub, üslubunun ilkin cizgilərindən xəbər verir. Pyes si-bemol minor tonallığında yazılmışdır. Əsərin ilk səslənməsində xəfif incə fakturası və zərif, romantik, xəyalpərəst obrazı onu F.Şopen, P.Çaykovski kimi bəstəkarların lirik fortepiano miniatürləri, xüsusən də noktürn və prelüdlərdlə yaxınlaşdırır. Əsərin qüssəli obrazının Bax süitalarına xas ağır templi lirik pyeslərin ruhu duyulur (misal 2).

Misal 2. “Arzular” romansı, davamı

Rauf Hacıyev “Sevgilim” (“Romeo mənim qonşumdur” operettası və kinofilmindən, 1963) – Azərbaycan və sovet estrada lirikasının incilərindən biri olub, milli musiqi, romans və estrada mahnı xüsusiyyətlərini qovuşduran maraqlı nümunələrdən biridir. Mahnının melodik zənginliyi onun müxtəlif janrların (bossa-nova, tanqo) ritmik görkəminə keçirilərək yeni təfsir qazanmasına da imkan yaradır. “Sevgilim” mahnısı (misal 3) A bayatı-şiraz, qismən macar qamması və qismən şüştər məqamının xüsusiyyətlərini özündə qovuşdurur.

Misal 3. Rauf Hacıyev “Sevgilim” mahnısı

“Leyla” (“Əhməd haradadır?” operettası və kinofilmindən, 1963) – si-bemol minor tonallığı çərçivəsində şüştər, bayatı-şiraz və major-minor sistemi xüsusiyyətlərinin üzvi surətdə birləşməsini əks etdirir. R.Hacıyevin bir çox lirik mahnılarında (“Sevgilim”, “Bakı haqqında nəğmə” və b.) olduğu kimi, əsas janr çərçivəsi – romans kantilenası, estrada mahnısı qalaraq, milli melodik

Rafiq Babayevin 1 saylı Fortepiano prelüdü onun erkən bəstələrindən olub, üslubunun ilkin cizgilərindən xəbər verir. Pyes si-bemol minor tonallığında yazılmışdır. Əsərin ilk səslənməsində xəfif incə fakturası və zərif, romantik, xəyalpərəst obrazı onu F.Şopen, P.Çaykovski kimi bəstəkarların lirik fortepiano miniatürləri, xüsusən də noktürn və prelüdlərdlə yaxınlaşdırır. Əsərin qüssəli obrazının təmkinlə. Aramla açılmasında Bax süitalarına xas ağır templi lirik pyeslərin də ruhu duyulur (misal 4). Əsərin reprizli üçhissəli forması dəqiq qurulub, incə Bax sitsiliana obrazlarını xatırladan mövzu ilə haşiyələnmişdir.

Misal 4. R.Babayev. Fortepiano üçün 1 saylı prelüd.

Ümumilikdə, sadalanan bəstəkarların fortepiano əsərlərinin təhlili bizi bu qənaətə gətirir ki, Azərbaycan fortepiano caz musiqisi dünya klassik fortepiano musiqisinin və ifaçılığı ənənələrinin bilavasitə təsiri əsasında yaranmışdır. Bu, ümumilikdə caz fortepiano ifaçılığının zəminini təşkil edən ilkin cəhətlərdən biridir. Digər tərəfdən, hər iki caz ifaçısının həm Avropa, həm Azərbaycan klassik musiqisini fərqli surətdə qavrayıb, onun müxtəlif cəhətlərini qavraması onları fərqli və fərdi edir. Tofiq Quliyev şəhər romansı və estrada mahnısının xüsusiyyətlərini birləşdirərək, onların musiqi dilinə modal-melizmatik elementlər vasitəsilə milli boyalar qatmışdır. Rafiq Babayevin dünyaduyumuna isə daha çox lirika, F.Şopen, P.Çaykovski, S.Raxmaninov, F.List və digər bəstəkarların ənənələri böyük təsir göstərmişdir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Коллиэр Дж. Становление джаза. – М., Радуга, 1984, 390 с.

2. Məmmədəliyeva T. Azərbaycan bəstəkarlarının yaradıcılığında caz harmoniyasının ünsürləri (dərs vəsaiti) – Bakı, Mütərcim, 2018, 124 s.

3. Баташев А. Советский джаз. М., Музыка, 1972, 173 с.

QEYDLƏR:

1. Bebop (azərb.Bi-bop) - dövrü caz tarixinə ritmika, frazirovka texnikası, melodika, forma və qismən harmoniya sahəsində bir sıra köklü dəyişikliklər gətirmişdir. 1940-cı illərdə suinq dövrünün bir sıra qabaqcıl musiqiçiləri öz axtarışlarını “kombo” adlanan kiçik heyətlər sahəsində davam etdirməyə başlayır ki, bunun nəticəsində bi-bop üslubu yaranır.

Bi-bop üslubunun pionerləri sırasında ilk növbədə alt-saksofonçu Çarli Parkerin, şeypurçu Dizzi Gillespinin, pianoçulardan Telonius Monk və Bad Pauellin, zərbçilərdən Kenni Klarkın, Maks Rouçun, gitaraçı Çarli Krisçianın, kontrabasistlərdən Körli Rassell, Oskar Pettifordun adları çəkilməlidir. Bi-bop üslubunda ifa əsas etibarilə solo improvizəyə əsas diqqəti yönəldirdi. Bi-bopun harmonik əsasını suinqin məşhur melodiyalarının akkord sxemləri təşkil edir.

2. Cool-jazz (ing. cool jazz – sərin, qəlbəyatımlı, kuul caz) – lirik, tələsmədən, qəlbəyatımlı, astatempli, xəyalpərvər və həzin səslənən cazdır. 1940-cı illərin sonunda Bi-bop üslubunun inkişafı kuul caz üslubunun yaranmasına gətirib çıxarır. Kuul caz musiqisi xeyli təmkinli, ciddi və lirikdir. Kuul caz musiqisi daha çox ağirqli musiqiçilər, ifaçılar arasında geniş yayılmışdır. Kuul caz üslubunda üasir harmonik dil, polifonik düzüm və politonallıq, suinq və bop üslubları ilə müqayisədə daha çox istifadə olunur. Kuul cazın görkəmli nümayəndələri: saksofonçular – Sten Gets, Li Kanits, Cerri Malliqan, Pol Desmond, pianoçulardan – Lenni Tristano, Bill Evans, Con Lyuis, Corc Şirinq, Deyv Brubek, şeypurçulardan – Mayls Deyvis, Çet Beyker, trombonçu Bobbi Brukmayr, zərbçilərdən – Şelli Men, Co Morello, kontrabasist Persi Hit, vibrafonist Milt Cekson , qruplardan “Modern Jazz Quartet” və b-dır.

3. Modern-jazz – 1940-cı illərdən etibarən caz musiqisi tarixində yaranan yeni dövr. Üslub etibarilə bibop və kuul caz üslublarını daxil edir. Bu dövrdə kombo adlanan kiçik caz heyətlərinə, xeyli mürəkkəbləşmiş harmonik sistemə, mürəkkəb improvizasiyalara üstünlük verilir. Ritm-qrup alətlərinin də təfsiri köklü şəkildə dəyişib, tam sərbəstləşir və ansamblda nəfəslilərlə bərabər hüquq qazanan solistlərə çevrilir. Kuul caz üslubu isə bibop üslubunun dinamik, sürətli və atəşli təbiətinə zidd bir istiqamət kimi yaranır.

4. Avantgarde-jazz (fr.avant-garde – qabaqcıl, öndər, ing.jazz - caz) – mütərəqqi, ən yeni caz musiqisi. 1960-cı illərdə formalaşan musiqi cərəyanının şərti adı. Musiqi dilinin müasirləşdirilməsinə, ən yeni musiqi dilinin və texniki üsulların qavranılmasna, çox zaman müasir bəstəkarlıq texnikası növlərinə müraciət edilməsinə meyl göstərilən istiqamətdir. Daha çox San Ranın “Maxavişnu” orkestri, Arçi Şeppin, Sesil Teylorun, Ornett Koulmanın, Elis Koltreynin yaradıcılığı bu istiqamətə aiddir. Mahiyyətinə görə free-jazz ilə yaxındır.

5. Ethno-jazz (ing.ethnic – milli, etnik, Etno-caz) – caz musiqisinin janr növlərindən biridir, 1950-60-cı illərdə beynəlxalq səviyyədə inkişaf etmişdir. Etno-caz təmayülü ənənəvi caz dilinə milli, qeyri-qərbi musiqi elementlərinin, etnik musiqi dilinin əlavə edilməsidir. Etno-caz təmayülü bir sıra lokal caz cərəyanlarını – afro-kuba cazı, latın-caz, jazz-manouch (qaraçı cazı) və sairədir. Bu təmayülün nümayəndələrinə Mayls Deyvis, fleytaçı Yusef Latef, qaraçı mənşəli gitaraçı Canqo Reynhardt, Co Zavinul, elektro gitaraçı Con Maklaflin və b.aiddir. Görkəmli Azərbaycan caz ustaları Vaqif Mustafazadə ilə Rafiq Babayevin müasir musiqi əsərləri etno-caz təmayülünün bir təzahürü və nəticəsidir.

6. Jazz-rock (ing. Jazz, rock – caz və rok musiqisinin qovşağına əsaslanan musiqi) -rok və caz musiqisinin qovuşmasına, süni elektron alət tembrlərini və alətlərini daxil edən, ritmik faktoru və ritmliliyi ön plana çəkən caz cərəyanı. 1970-ci illərdə Mayls Deyvis, Co Zavinul, Con Maklaflin, Frenk Zappa kimi ifaçıların yaradıcılığında formalaşmışdır.

7. Füjn (ing.fusion – qarışıq) - caz-rok və folk-caz kimi-1970-1980 – ci illərin müasir cazının əsas istiqamətləridir və mahiyyətcə, 1970-ci illərdən başlayan caz-rok dövrünün müxtəlif qollarıdır. Co Zavinul qrupu və "Weather Report" qrupu, Chick Coria və onun “Electric Band” füjn heyəti”, Herbie Hencockun "Headhunters" qrupu , Con Maklaflinin "Mahavishnu" Orchestra " qrupu və başqaları tərəfindən inkişaf etdirilmişdir.

8. Big-band (ing.big band – böyük heyət, böyük dəstə, biq-bend) – caz və ya estrada musiqisinin geniş heyətli ansambl növüdür. İlk biq-bendlər ABŞ-da 1920-ci illərdə estrada rəqs səciyyəli orkestrləri olaraq yaranmışdır. Biq-benddə əsas rolu orkestrin rəhbəri və ya bəndlideri, aranjimançısı, bəzən instrumental bölmələr daşıyır. Amerikada ən məşhur biq-bendlər Dyuk Ellinqtonun, Kaunt Beysinin, Benni Qudmenin, Qlenn Millerin, Fletçer Henderson, Pol Uaytmenin rəhbərliyi altında fəaliyyət göstərib. Sovet dönəmində Rusiyada Aleksandr Sfasman, Aleksandr Varlamov, Eddi Rozner, Anatoliy Kroll və başqalarının, Azərbaycanda isə Tofiq Quliyevin (1940-1950), Rauf Hacıyevin (1950-1960), Tofiq Əhmədovun (1960-1970) rəhbərliyi altında məşhur olmuşlar.

9. Diksilend (ing.Dixieland) – XX əsrin əvvəlində yaranmış ənənəvi cazın üslub istiqamətlərindən biridir. Nyu Orlean ştatının Luiziana şəhərində, 1930-1950-ci illərdə formalaşmışdır. Diksilendi bəzən “hot jazz”, yəni “çılğın, alovlu caz” adlandırırlar. 1916-cı ildə Cek Ley4nin rəhbərliyi ilə yaradılmış Original Dixieland Jazz Band məşhur idi.

10. Swing (ing. Swing – yellənmə, Suinq) – caz musiqisinin 1930-40-cı illərdə ABŞ-da formalaşmış caz üslub istiqamətlərindən biridir. Bu üslubda əsas vurğu zəif təqtinin üzərinə və ya musiqinin zəif nəbzinə düşür. Suinq musiqisində adətən bir neçə solist olurdu və onlar həm melodiyanı, həm də aranjimanı dəyişib onlar üzərində imprivuzə edərdilər. 1935-1946- illərdə Amerikada ən məşhur suinq orkestri Benni Qudmenin idi. Daha sonra Kaunt Beysi, Arti Şou, Qlenn Miller, Vudi Herman, Keb Kallouey kimi bəndliderlərin orkestrləri suinq musiqisini təmsil etmişdir.