"... Türk qövmünə
mənsub əkvam haqqında yazılan milli tarixlərin ən dəyərlisi, əldə
bulunan bə’zi əmarələrə nəzərən, "Oğuznamə" olmaq lazım. Bu tarixi
qəbrin həcrətin bir tarixinə qədər Azərbaycan tərəflərində mövcud
olduğu bə’zi vəsayiqlə müsbət isə də bu gündə əlimizdə mövcud dəyildir."
Brusalı Məhəmməd
Tahir hər nə qədər "Oğuznamə"yi yanlış olaraq tarixi qəbir şəklində
qəbul edirsə də, Azərbaycan topraqlarında "Oğuznamə" denilən bir
şeyin yaşadığını, müdəkkiklər arasında ilk dəfə hiss etmiş olduğu
üçün, yazısının hər halda bir xüsusiyyəti vardır.
Yuxarıdan bəri bütün
izah etdiyimiz "Oğuznamə" nağıllarının hicri tarixin ilk əsrlərindən
başlayaraq XVIII əsrə qədər azərbaycanlılar arasında yaşadığını
qəti surətdə isbat etməkdədir.
Bu qüvvətli vəsiqələrə
istinad edərək "Oğuznamə"ni Azərbaycan xalq ədəbiyyatının məhsulu
saymaq icab etdiyi kibi havi olduğu tarixi qiymət e’tibarilə də
ədəbiyyatımızın ilk əsəri olaraq qəbul etmək lazım gəlir.
Redaksiyadan:
Məqalənin qeydləri
ixtisar olunub.