Qorqud kitabı "Oğuznamə"nin
bir hissəsi olduğundan, bu halda "Oğuznamə"nin Azərbaycanda mə-həlli
bir rəng alaraq, intişar etdiyini göstərir. Bir də yuxarıda göstərildiyi
kibi, Azərbaycan türkcəsinin yayıldığı yerlərdə cərəyan edən nağılların
hər birisinə Oğuznamə deyilməsini də ilavə edərsək, bu cihət bir
qat daha qüvvət qazanmış olur. Qorqud kitabındakı nağılların çoxunun
sonunda Oğuznamə adı anıldığı kibi (səh. 20, 86, 119, və sairə)
Gürcüstan padişahları ilə Oğuzların müharibəsini təsvir edən "salor
Qazanın evinin yağmaladığı" nağılı da "dədəm Qorqud kəlibən boy-boyladı,
soy-soyladı, bu Oğuznaməyi düzdü-qoşdu" cümləsi ilə bitirməkdədir.
6§. Oğuznamə
müğənnisi olan Qorqudun, kitabda bir "Ozan" olaraq göstərilməsi
də bizim için bir vəsiqə təşkil edir. Mə’lum olduğu üzrə ərəb feodalist
cəmiyyət quruluşu, hənuz əski türklərcə qəbul edilmədən əvvəl müxtəlif
türk və tatar qəbilələri bir az "dini" sifəti havi olan el şairlərinə
"qam", "baxşı" dedikləri kibi, Oğuzlar da "Ozan" deyirlərdi.
Bu "Ozan" tə’biri
bizim aramızda ta indiyə qədər yaşamışdır. Hazırki halda, xalq ədəbiyyatımızda
belə buna bol-bol təsadüf etməkdəyiz. Vəsiqə olaraq, bir neçə xalq
türküsü aldıq:
7§. əski
alman şərqiyyatçılarından fon Ditsin 1815-ci sənəsində təb etdirdiyi
şərq materialları külliyatı içində "bazətü-r-risalə min kəlimati
Oğuznamə əlməşhur atalar sözü" adlı bir risalə də vardır.
Bu risalə adından
da mə’lum olduğu üzrə "Oğuznamə"nin havi olduğu atalar sözlərindən
yapılma bir məcmuədir. Bundakı atalar sözlərindən əlimizdə olanlardan
bə’ziləri az-çox şəklini dəyişdirməklə ində də Azərbaycan xalqı
arasında yaşamaqdadır. "Oğuznamə"də: "İyilik et dənizə at! Balıq
bilməsə, xalıq bilir." Azərbaycanda indiki şəkli: "Yaxşılıq eylə,
at dəryaya; balıq bilməzsə, xaliq bilər". Bu kimi atalar sözləri
"Oğuznamə"nin Azərbaycanda intişarını tə’yid etməkdədir.
8§. XVII
əsrin türk səyyahlarından əvliya-Çələbi öz səyahətnaməsində Dərbənd
şəhərinin ("ziyarətgahi Cəbəlül ərbəin") yə’ni qırxlar məqamından
bəhs edərkən, Qorqud atanın qəbrini bu qəbristanda gördüyünü aşağıdakı
bu sətirlərlə qeyd etməkdədir: "... Qırx ədəd qəbri-əzim olub ziyarətgahi-ən’amdır
(ziyarətgahi Dədə), ulu sultandır. Şirvanlılar bu sultana mü’ətəkiddilər."
Bu qeyddən də anlaşıldığına görə , Qorqudun xatirəsi əski azərbaycanlılar
arasında qüdsi bir mahiyyət almışdır. Qor-qudun belə əhəmiyyət qazanması,
onun çox geniş bir ölçüdə nüfuza malik olduğunu göstərir. Bu da
onun "Oğuznamə" nağıllarını "eldən-elə" gəzərək çalıb-oxuması sayəsində
vücuda gəlmişdir.
9§. "Oğuznamə"
nağıllarının qəhrəmanlarından Qazan ilə zəvcəsi Burla xatun adına
Cənubi Azər-baycanda iki qəbrin bulunması da "Oğuznamə"nin Azərbaycandakı
mövqeyini göstərən vəsiqələrdən-dir.Bu qəbirləri gözü ilə görən
alman səyyahı Olearius bu cəhəti aşağıdakı sətirlər ilə izah edir:
"... Qazan öldürüldükdən sonra Təbriz civarında Acı nəhr kənarında
dəfn edilmişdir. İndi də onun qəbrini orada görmək olur. Urmiya
qalası civarında onun zəvcəsi Burlanin qəbrini də mənə göstərdilər...".
Burla xatunun şəxsiyyəti
haqqında tədqiqat yapan akademik Bartold bu vaxta qədər mə’lum olan
tarixi simalar arasında Burla xatun adına təsadüf edilmədiyini və
bu adın yalnız Qorqud kitabında bulunduğunu, türk tarixi haqqındakı
geniş tətəbbü’ətinə istinadən qeyd etməkdədir.
10§. "Oğuznamə"
adı haqqında yapılmış qısa bir tədqiq də fikrimizi tə’yid edəcək
bir qiyməti havidir. Türk kitabiyyat mütəxəssislərinnən Brusalı
Məhəmməd Tahirin yazıları içində mənbəsini göstərmədiyi bu parçaya
təsadüf etdik. (Lisan və imlası eynən mühafəzə edilmişdir):