1§. "Layden"dəki
şərqiyyətə aid əl yazması kitablardan istifadə edən müstəşriq Brokilman
əbdül-Həq-İbni-Süleyman-ül Azərbaycaninin, Azərbaycan əhalisi arasında
Oğuz mənkəbələrindən bə’zilərini toplayıb bir məcmuə halında yazdığını,
onun öz əsərindən çıxarma (istidlal etmək) surətilə qeyd edir. əbdül-həq-İbni
Süleymanül Azərbaycani miladi XIII əsrdə yaşamış tarixçi mühərrirlərimizdəndir.
O halda bu mə’lumat bizə "Oğuznamə"nin XIII əsrdə Azərbaycan arasında
intişar etmiş bulunduğunu göstərir.
2§. 1633-cu
tarixindən e’tibarən Rusiya, Qafqaz və İranda səyahət yaparaq tədqiqatda
bulunan al-man səyyahlarından saksoniyalı Olearius, Dərbənd şəhərinə
də səyahət əsnasında uğramışdı. Oleariu-sun Dərbəndə gəlişi 1638
sənəsində olmuşdur. Yazmış olduğu səyahətnamədə Dərbəndə gəldiyi
tarixdə, Dərbəndin türk əhalisinə məxsus uzun boylu və yarım silindr
şəklində qəbirləri havi olan məşhur qəbristanı haqqında da mə’lumat
verməkdədir. Bu mə’lumat içində kəndisinə Dərbənddə Oğuzların müharibəsi
ilə "Oğuznamə"nin qəhrəmanlarından olar Salor Qazan və zəvcəsi Burla
Xatun haqqında şayi" olan əfsanələrində hekayə edildiyini qeyd edir.
Səyahətnamədə o cümlədən deyilir ki: "... Bu qəbirlər haqqında əhali
bu tarixi nəql edirlər; guya qədim zamanlarda, Məhəmməd peyğəmbərdən
az sonra Hindistanda Qazan adlı bir padişah olmuş. O, mənşəcə Oğuz
millətindən idi. Bu millət də Mavərayi, Elburusda, Təbəristanda
sakin idilər.
"Qazanın Dağıstan
ləzgiləri ilə müharibəsi çıxmış, ləzgilər bir neçə bin arasında
mə’rif olanların qəbirləri üzərində yuxarıda söylənildiyi kibi,
yarım silindr şəklində nişanlar qoydurmuşdu.
"Dərbəndin dəniz
sahilinə doğru bir qəbristan daha var ki, orada qırx ədəd qəbir
mövcud olub, ətrafı-na divar çəvrilmiş, üzərlərinə də bayraqlar
(ələmlər) tikilmişdir. İranlılar bu qəbristana "Cəhl Mənnan", türklərlə
tatarlar isə "Qırxlar" adını veriyor. Burada da yenə o müharəbədə
olmüş qırx şahzadə və müqəddəs adam gömülmüşdür". Bu sətirləri bir
vəsiqə halında hazırda əlimizdə bulunan "Oğuznamə"nin nağıllarında
Qazanın Şimali Qafqaz dərəbəyləri və gürcülərlə göstərilən müharəbələri
yanına qoyunca, "Oğuznamə"dəki nağılların miladi XVII əsrə qədər
xalqımız arasında yaşadığını isbat edir.
3§. 1722-ci
ildə Dərbəndi alan əski rus imperatoru Böyük Pyotr ilə Dərbəndə
gələn knyaz D.Kantemir dəxi, Dərbənd əhalisinin həyatına aid xatirələr
tutmuşdur. əl yazması halında olan bu xatirələrə istinad edən Müdəkkik
Firən, xalq arasında və hisarlar üzərində Oğuz mənkəbələrinə aid
xatirələr bulunduğunu qeyd edir.
4§. Qorqud
kitabı da xüsusda bizə bir çox vəsiqələr verməkdədir. Burada yalnız
bir neçəsinə istinad edəcəyik; kitabın başlanğıcından bu cümlələrə
təsadüf ediriz (imla eynilə).
"Məhəmməd zəmanına
yaxın Bəyat boyundan Qorqud Ata deyirlər - bir əpr kopdu. Oğüzün
ol kişi tamam bilicisi idi. Nə deyir olurdu..." Bundan da anlaşılır
ki, Qorqud adlı zat Azərbaycan türklərinin bir qolu olan və Azərbaycan
musiqi və ədəbiyyatında mühüm rollar oynayan Bayat qəbiləsinə mənsubdur.
O biri tərəfdən Qorqudun bir "Oğuznamə" müğənnisi olduğunu düşünərkən,
"Oğuznamə"nin Azərbaycanda mühüm mövqeyi olduğu izah edilmiş olur.
5§. Qorqud
kitabındakı mənkəbələrin cərəyan etdiyi coğrafi yerlərdə əski Azərbaycan
sahəsinin dəxi təmamilə daxil olduğu görülməkdədir. Masalların içində
zikr olunan və zəmanəmizcə mə’lum olan yerləri başdan ayaqa qədər
gözdən keçirəlim: Mardin kəl’əsi, Bayburd hisarı, Akhisar, Trabizon,
Qara dəniz, Kadılıq daq, Abxaza, Gürcüstan ağzı, Göycə dəniz, Gəncə,
Dəmir qapı, Qara Dərbənd, yaxud Dərvand... Bu yerləri xaritə üzərində
bir cizgi ilə bir-birnə bağlarsaq bu nəticəyi əldə edəriz:
İndi Şərqi Anadolu
adlanan əski Ermənistan və Qara dənizdən Dərbənd şəhərinə qədər
uzanan bir sahə ... Cənubi Qafqaz da buraya daxildir. Bir də hər
nə qədər ad zikr olunmuyubsa da, vək’ələrin gedi-şindən Şimali İranın
(Cənubi Azərbaycanın) da bu sahənin Cənub ətəyini təşkil etdiyini
təxmin ediriz. Məsələn, Dərbəndə və Gürcüstana "kafər"ləri çapıb
yağma etməyə gedərkən, axar sulardan bəhs edil-diyindən, heç şübhəsiz
Kür və Araz nəhrləri ilə qollarıdır.