"OĞUZNAMƏ"  ƏMİN ABİD      
  Professor A.Samoyloviçə             
1  2  3  4  5  6  7 
  Ə. Abid
"Oğuznamə"

M. Kərimov
Azərbaycanın
qədim musiqi alətləri
 
 
 
English English

Kitabdakı izahatdan anladıq ki, Cəbrayil İbni-Baxtişu tərəfindən tərcümə olunmuşdur. Abbası xəlifələrindən və Cə’fəri-Bərməqi ilə Harun-ər-Rəşid, Mühəmməd-Ul-əmin və Mə’munun səraylarında sıra ilə xəlifə doktorluğu yapan Cəbrayil İbni-Baxtişunun ilavəsinə görə, "Oğuznamə" əvvəlcə türkcədən farscaya tərcümə edilmiş və sonraları özü tərəfindən hicri 211-tarixində (miladi 826) farscadan ərəbcəyə tərcümə olunmuşdur. Bu farsca nüsxənin isə məşhur əbu Müslim Xorasaninin xəzinəsindən qalma şeylərdən olduğunu yenə mütərcim söyləyir. əbu Müslimin özü də, kəndisinin Boxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq, aldığını söyləmişdir."

Bu izahatdan sonra əbu Bəkir əbdullah Davadari "Oğuznamə"nin mövzu və mündərəcatı haqqında mə’lumat vermək istərkən: "Burada bu kəvmin ilk dəfə xüruclarını və onlara aid ümurın ibtidasını zikr etmək istərdim ki, bu xüsusda öz kitablarında da mə’lumət vardı. Fəqət bunların bə’ziləri şər’i Şərifcə caiz dəyildi", qeydini ilavə edir. Davadarinin buraya qədər vəsiqə olaraq aldığımız mə’lumatın üzərində bir az duralım.

Cəbrayil-İbni Bəxtişunun verdiyi mə’lumata görə, onun ərəbcəyə tərcümə etdiyi farsca "Oğuznamə" əbu Müslim Xorasaninin xəzinəsinə aid olmuşdur. Halbuki, Abbasi hökümətinin təşkilinə yardım edən əbu Müslim Xorasani bu hökümətin ikinci xəlifəsi, əbu Cə’fər-ul-Mənsur tərəfindən hicri 137-ci (miladi 755) sənədə qətl edilmişdir. Demək olar ki, "Oğuznamə"nin farsca nüsxəsi hicri 137 tarixindən əvvəl mövcud idi. Hələ əbu Müslimi Xorasaninin o kitabın ailəsindən özünə miras qaldığını söyləməsi farsca nüsxənin öz yaşını dolduran sənədlərdən də əvvəl olduğunu göstərir.

O halda farsca "Oğuznamə"nin tərcümə edildiyi zəmanın, ərəb dininin, ərəbistanda yeni-yeni zühur etdiyi zəmana təsadüf etdiyi anlaşılmış olur. Halbuki, o biri tərəfdən Davadarının "Oğuznamə"də türklərin mənşəyi haqqındakı mə’lumata aid izahat vermək istədiyi halda şəriətin caiz görmədiyini qeyd etməsi, "Oğuznamə"nin hənuz ərəb islam feodalizmi içinə girməyən Oğuz türklərinin müsülmanlığa zidd olan həyatı görüş tərzlərinin xarakterini havi olduğunu göstərir. Davadarın bu izahatını farsca "Oğuznamə"nin əbu Müslim Xorasaninin ailəsinə aid olduğu mə’lumatının yanına götirincə və bu ailənin hicri tarixinin ilk illərində yaşadığını düşününcə farscaya tərcümə edilmiş "Oğuznamə"nin islamiyyətin zühurundan əvvəl yazılmış bir kitab halında mövcud bulunduğunu qəbul etmək lazım gəlir.

Farsca "Oğuznamə"nin xorasanlı bir türk olan əbu Müslim Xorasaninin kitabxanəsində tapılması də bizə açıq olaraq göstərir ki, "Oğuznamə"nin farscaya tərcüməsi Xorasan sahələrində vaqe olmuşdur. Eyni zəmanda, tətəbbu’naməmizin başlarında qeyd etdiyimiz kibi, daha hicrətdən çox əvvəl, Oğuz türklərinin İranın şimali-şərqi sərhədlərində yaşadıqları və bunların iranlılarla iqtisadi münasəbatda bulundukları da düşünüləcək olursa "Oğuznamə"nin farscaya tərcümə tarixini, oğuzların İrana yavaş-yavaş yanaşdıqları zamana qədər götürmək icab edər. Bundan da anlaşıldığı vəchilə "Oğuznamə" Oğuz türklərinin hicrətdən əvvəl başlayıb, hicrətdən sonra da qüvvətlə davam edən, indiki Azərbaycan topraqlarına keçmələri sayəsində, bu ölkəyə nəql edilmiş və məhəlli təsərrüfat əsaslarına uyqun olaraq, inkişafa başlayan el ədəbiyyatının ilk əsəri olmuşdur.

"Oğuznamə"nin bu tarixdən sonra, ziraətçilik təsərrüfatı şəklinə əsaslanmağa başlayan Azərbaycan türk kütlələri arasında nə şəkildə dəvam etdiyinə və ta zəmanəmizə qədər köylərimiz arasında nə tərzdə yaşadığına aid bula bildiyim vəsiqələrin təhlili ilə "Oğuznamə"nin mahiyyətini göstərən izahatı gələcək məqaləmizdə buraxarız.

*  *  *

Qafqaz və Azərbaycan xalqı arasında ilk ədəbi əsər olduğu və onun məhəlli iqtisadi şərait içində az-çox şəklini dəyişdirərək, son əsrə qədər yaşadığı barəsində əldə edə bildiyim vəsiqələr bunlardır:


 
1  2  3  4  5  6  7 
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site