"... Türk qövmünә mәnsub әkvam haqqında yazılan milli tarixlәrin әn dәyәrlisi, әldә bulunan bә’zi әmarәlәrә nәzәrәn, "Oğuznamә" olmaq lazım. Bu tarixi qәbrin hәcrәtin bir tarixinә qәdәr Azәrbaycan tәrәflәrindә mövcud olduğu bә’zi vәsayiqlә müsbәt isә dә bu gündә әlimizdә mövcud dәyildir."
Brusalı Mәhәmmәd Tahir hәr nә qәdәr "Oğuznamә"yi yanlış olaraq tarixi qәbir şәklindә qәbul edirsә dә, Azәrbaycan topraqlarında "Oğuznamә" denilәn bir şeyin yaşadığını, müdәkkiklәr arasında ilk dәfә hiss etmiş olduğu üçün, yazısının hәr halda bir xüsusiyyәti vardır.
Yuxarıdan bәri bütün izah etdiyimiz "Oğuznamә" nağıllarının hicri tarixin ilk әsrlәrindәn başlayaraq XVIII әsrә qәdәr azәrbaycanlılar arasında yaşadığını qәti surәtdә isbat etmәkdәdir.
Bu qüvvәtli vәsiqәlәrә istinad edәrәk "Oğuznamә"ni Azәrbaycan xalq әdәbiyyatının mәhsulu saymaq icab etdiyi kibi havi olduğu tarixi qiymәt e’tibarilә dә әdәbiyyatımızın ilk әsәri olaraq qәbul etmәk lazım gәlir.
Redaksiyadan:
Mәqalәnin qeydlәri ixtisar olunub.