MÜSLÜM MAQOMAYEV:        
ƏSRLƏRİN AYRICINDAN BİR NƏZƏR
      
  Aida HÜSEYNOVA        
1   2   3   4   5  
  Z. Səfərova
XX əsrin dahi bəstəkarı və şəxsiyyətı

A. Hüseynova
M. Maqomayev. əsrlərin ayrıcından bir nəzər

Ş. Hüseynov
Açılmamış səhifələr

S. Fərəcov
Əgər onlar da tamamlansaydı, yaşasaydı


 

 

 

 

English English
make printcopy print copy
        
Bul-bul Muslim Magomayev
Opera "Nargiz"
Video: First
 

Maqomayevin "Nәrgiz" operasının әhәmiyyәti dә danılmazdır: o, milli incәsәnәt salnamәsindә avropasayaq ilk opera kimi әbәdi qalacaqdır. Ə lbәttә, "Nәrgiz " operası istәr konsepsiya, istәrsә dә bәdii tәcәssümün sәviyyәsi baxımından Hacıbәyovun iki il sonra sәhnәyә qoyulmuş dahi "Koroğlu"su ilә bir araya qoyula bilmәz. Lakin buna baxmayaraq Maqomayev operasının mәrhәlәvi rolu göz qabağındadır. O, nәinki milli operanın inkişafında yeni dövrә keçidi işarә vermiş, ümumiyyәtlә, milli musiqinin artan kamilliyini, bәstәkar yaradıcılığınınәn mürәkkәb formalarını mәnimsәmәk iqtidarında olmasını tәsdiq etmişdir. Yeri gәlmişkәn deyәk ki, klassik operanın nәinki forması, habelә "Koroğlu" mövzusunun özü dә Maqomayevi cәlb etmişdir. Mә'lumdur ki, 1928-ci ildә Maqomayev "Koroğlu" operası üzәrindә işlәmәyә başlamışdır; bәstәkarın Azәrbaycan Opera vә Balet teatrı ilә bağladığı müqavilә, hәmçinin, I pәrdәnin fraqmentlәri olan qaralama klaviri vә bir sıra müәllif eskizlәri buna dәlalәt edir (2). Lakin namә'lum sәbәblәr üzündәn әsәr tamamlanmamışdır.

"Nәrgiz" operasının yaradıcı prinsiplәri milli musiqi teatrının ümumi tәkamül yoluna cәlb olunmuşdur. Maqomayev niyyәtlәrinin varislik axarı F. Əmirovun "Sevil" operasına aparıb çıxarır. Bu әsәrlәri mövzu (Azәrbaycan qadınının yeni taleyi), janr xüsusiyyәtlәri (ictimai dәyişmәlәr fonunda lirik-dramatik çarpışmalar), intonasiya mәzmunu (ariozluq, muğamvarilik, deklamasiya, kütlәvi mahnı, mәişәt musiqisinin elementlәri), "özgә" musiqidәn sitat gәtirmә prinsiplәri yaxınlaşdırır. Sonuncu aspektdә әlaqәlәr xüsusilә qabarıqdır: hәm Maqomayev, hәm dә Əmirov opera partiturasına inqilabi mahnıların melodiyalarını (hәr iki әsәrdә "İnternasional" vә "Marselyoza" sәslәnir) vә müәllif yaradıcılığı nümunәlәrini (Maqomayev Hacıbәyovun "Qara gözlәr" mahnısını, Əmirov isә P.Sarasatenin "Qara yelpik" romansını) daxil etmişl әr.

Maqomayevin yaradıcı axtarışlarının digәr qolu da simfonik musiqi olmuşdur. Əgәr Hacıbәyov simfonik düşüncә prinsiplәrini, әsasәn, musiqili-sәhnә janrları çәrçivәsindә işlәyirdisә, Maqomayev öz yaradıcılığında simfonik musiqiyә müstәqil janr kimi baxmışdır. Onun çoxsaylı orkestr yazıları, o cümlәdәn "Azәrbaycan çöllәrindә" rapsodiyası, "Marş-RV-8", "Azad Azәrbaycan qadınının rәqsi", "Dәrviş" vә sair әsәrlәri Azәrbaycan simfoniyasının tәşәkkülündә özünәmәxsus hazırlıq mәrhәlәsi olmuşdur. Maqomayevin orkestr әsәrlәri isә milli simfoniyamızın proqramlı qolunun müjdәçisi sayıla bilәr. Sonralar bu xәtt Q.Qarayev, F.Əmirov, Niyazi, S.Hacıbәyov, C.Hacıyev, V.Adıgözәlov, A.Əlizadә vә başqalarının әsәrlәrindә geniş inkişaf tapdı. Başlıcası odur ki, Maqomayev XX әsr Azәrbaycan bәstә karlıq mәktәbinin әn parlaq bәdii kәşfi olub F. Əmirov vә Niyazi tәrәfindәn hәyata keçirilmiş - muğamın simfoniklәşdirilmәsi ideyasını qabaqcadan duymuşdur. Əvvәlcә Maqomayev bunu öz simfonik әsәrlәrindә yalnız nişan alır: "Azәrbaycan çöllәrindә" vә "Ceyran" rapsodiyaları muğamın ümumi kompozisiya vә lad-tonal mәntiqinә әsaslanırsa, "Pişdәramәdi çahargah", "Dәramәd şüştәr", "Tәsnif şur", "Rәng şüştәr" pyeslәri muğamın ayrı-ayrı şö'b әlәrinin orkestr versiyaları kimi qavranılır. "Şah İsmayıl" operasının son redaksiyasında isә bәstәkar bu sahәdә yeni addım ataraq sәhnәlәrdәn birini ("Əbu Hәmzә vә İbn Tahir") tamamilә rast muğamının materialı üz әrindә qurmuşdur.

 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site