MÜSLÜM MAQOMAYEV:        
ƏSRLƏRİN AYRICINDAN BİR NƏZƏR
   
  Aida HÜSEYNOVA         
1   2   3   4   5  
  Z. Səfərova
XX əsrin dahi bəstəkarı və şəxsiyyətı

A. Hüseynova
M. Maqomayev. əsrlərin ayrıcından bir nəzər

Ş. Hüseynov
Açılmamış səhifələr

S. Fərəcov
Əgər onlar da tamamlansaydı, yaşasaydı


 

 

 

 

English English
make printcopy print copy
        
Bul-bul Muslim Magomayev
Opera "Nargiz"
Video: First

1936-cı ildә Maqomayev "Dәli Muxtar" baletini yazmağa başlayır, lakin vaxtsız ölüm bu işi bitirm әyә aman vermir. Bizә gә lib çatmış ssenari әsәrin musiqi vә ümumi konsepsiyasının müәyyәn dәrәcәdә işlәnmәsindәn xәbәr verir. Bәstә karın niyyәti hәyata keçmәsә dә, onun Azәrbaycan musiqisindә yeni janr sahәsinә müraciәti diqqәtәlayiqdir. Maqomayevin bu cәhdi dörd il sonra sәhnәyә qoyulmuş ilk Az әrbaycan baleti -Ə.Bәdәlbәylinin "Qız qalası"nın yaranması әrәfәsindә bir növ "qәlәm sınağı" olmuşdur.

Müslüm Maqomayev respublikamızda musiqi folkloristikası sah әsindә dә mühüm işlәr görmüşdür. Bütün hәyatı boyu bәstәkar xalq musiqi nümunәlәrinin toplanması vә işlәnmәsinә böyük maraq göstәrmişdir. Maqomayev Üzeyir bәylә birgә tәrtib etdiyi mә'lum mәcmuәdәn (1927) başqa 300-ә yaxın xalq melodiyasını nota salmış vә onlara şәrh vermişdi. Bu nümunәlәr içәrisindә mahnılar, rәqslәr, tәsniflәr, rәnglәr, habelә rast muğamının Qurban Primovun çalğısından edilmiş nadir not yazısı var ki, onu Azәrbaycan musiqisindә muğam tematizmini notlamağın ilk tәcrübәsi hesab etmәk olar. Bununla da Maqomayev etnomusiqişünaslıqda әn mürәkkәb problemlәrdәn birini qaldırmış vә hәmin sahәdә bir sıra Azәrbaycan bәstә karları - Niyazi, T.Quliyev, Z.Bağırov, N.Mәmmә dovun axtarışlarının sәlәfi olmuşdur.

Eyni zamanda Azәrbaycan musiqisindә Maqomayev başqa xalqların folkloruna böyük maraq göstәrmiş ilk bәstәkarlardandır. Onun özünün notladığı xalq melodiyaları içәrisindә çeçen (әslәn Çeçenistandan olan Maqomayev bu yerin musiqisini yaxşı bilir vә sevirdi), gürcü, iran mövzuları diqqәti cәlb edir. Arxiv mәnbәlәrindә hәmçinin әrәb, türk, rus, ukraynalı, qırğız folklorunun nümun әlәri dә var ki, bunları da bәstәkar, zәnnimizcә, müxtәlif xalq melodiyaları mәcmuәlәrindәn götürmüşdür. Deyil әnlәr Maqomayevin bәdii dünyagörüşünü sәciyyәlәndirәn daha ümumi tendensiyanı - bәstәkarın başqa mill әtlәrin mövzularını qavramaq qabiliyyәtini әks etdirir. Bu, hәmçinin, "Xoruzbәy" komediyasında da baş verir. "Türk" süjetindәn başqa, burada müxt әlif milli mәnbәlәrә dayaqlanan iki süitanı yada salmaq mәqsәdә uyğundur: birinә lәzgi, yunan, yәhudi, kumık mahnıları, digәr süitaya isә çarlston, indus, Çin, "Kintauri" vә "Qaraçı macar"r әqslәri daxildir. Bәstә karın digәr xalqların musiqisinә yüksәk marağını bir әlyazma da nümayiş etdirir: bu, Hindistan vә Çinin әn'әnәvi musiqisinin xüsusiyyәtlәri barәdә müәllifin qeydlәridir.

 


 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site