MÜSLÜM MAQOMAYEV:        
ƏSRLƏRİN AYRICINDAN BİR NƏZƏR 
    
  Aida HÜSEYNOVA         
1   2   3   4   5  
Z. Səfərova
XX əsrin dahi bəstəkarı və şəxsiyyətı

A. Hüseynova
M. Maqomayev. əsrlərin ayrıcından bir nəzər

Ş. Hüseynov
Açılmamış səhifələr

S. Fərəcov
Əgər onlar da tamamlansaydı, yaşasaydı


 

 

 

 

English English English
make printcopy print copy
        
Bul-bul Muslim Magomayev
Opera "Nargiz"
Video: First

Maqomayev Azәrbaycan bәstәkar yaradıcılığının Avropa janrlarına uyğunlaşdırılmasında vacib rol oynamışdır. O, hәm Hacıbәyovun ideyalarını işlәyәrәk, hәm dә milli musiqi üçün yeni janr üfüqlәrini açaraq, elә bil bu prosesi sür'әtlәndirmәk istәmişdir. Əlamәtdardır ki, artıq ilk "Şah İsmayıl" operası (I redaksiya -1919) müәllif tәrәfindәn Hacıbәyovun "Leyli vә Mәcnun"un janr tipinә ünvanlanmasını bәyan etmәsinә baxmayaraq, muğam operasının qanunlarından xeyli uzaqlaşmışdır. Əksәr hallarda ariya vә başqa klassik opera nömr әlәri әvәzinә muğamları ist ifadә edә n Maqomayev muğam operasının ancaq formasını hәyata keçirmiş, lakin onun muğamatla dәrin, çoxsәviyyәli әlaqәsindә olan mәğzini kәnarda qoymuşdur. "Şah İsmayıl"ın konsepsiyasında, artıq ilk redaksiyalardan başlayaraq, klassik operanın qanunauyğunluqları әhәmiyyәtli yer tutmuşdur. Belә ki, operaya epik "muğam" qәhrәmanları ilә yanaşı lirik-dramatik opera personajı kimi yeridilәn Aslan şah yalnız ariozolarla sәciyyәlәndirilir. Özü dә qeyd edәk ki, Maqomayev o zaman hәlә bizim qulağımız üçün qeyri-adi görünәn bariton tembrini seçir vә bu, yüksәk tessituralı xanәndә sәslәrinә qarşı qoyulur.(1)

Vokal-tembr tәzadı, ariya vә muğamların baş-başa verilmәsi kimi, obrazların daha dәqiq differensasiyasına gәtirib çıxarır: muğam operası üçün sәciyyәvi olmayan bu cәhәt, әksinә , avropatipli operanın ayrılmaz atributudur.

"Şah İsmayıl"ın digәr redaksiyalarında (1924, 1932, 1934) klassik opera әlamәtlәrinin dairәsi muğam dairәsini sıxışdıraraq tәdricәn genişlәnir. Müәllif materialının çәkisi artır, reçitativlәr daxil edilir, leyt-xasiyyәtnamә prinsipi daha dәrin işlәnir. Belәliklә, Maqomayev muğam opera modeli çәrçivәsindә klassik operaya keçidi fәal hazırlamış olur. Nәticәdә, orijinal uyuşdurulmuş janr modeli formalaşır ki, bu, sanki bükülmüş şәkildә milli operanın tәkamül prosesini әks etdirir. Verilmiş model tarixi qiym әtdәn başqa, hәm dә böyük bәdii dәyәrә malikdir. Onun gәlәcәk inkişafını C.Cahangirovun "Xanәndәnin taleyi" vә Ş.Axundovanın "Gәlin qayası" operalarında izlәmәk mümkündür.

 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site