|
nun gəlişi çoxdan gözlənildiyindən,
bu gəlişə hazırlığa da çox öncədən başlanılmışdı. Gəlişinin vaxtı
vaxtaşırı arxaya keçirilir, tarixlər bir-biini əvəz edə-edə uzun
yol keçir və, nəhayət, bu uzun gözləmənin sonucunda, axır ki, işıq
görünür. Onu Bakıya gətirmək üçün hamımızın tanıdığı Musiqi Akadeiyasının
rektoru, professor Fərhad Bədəlbəyli İsrailə uçaraq tez bir zamanda,
ən çətin hava şəraitinə baxmayaraq, Yolu Gözlə-nilənlə əl-ələ verib,
Bakıya qayıdır.
Özünün 2004-cü ilədək işlənmiş sıx
yaşamı cədvə-lində O, Vətəninin ziyarətinə bu il 5 günlük zaman
kəsimi ayıra bilmişdir. Burada O yad deyil, hamı özününkülərdir,
və hava limanı binasında ilk görünüşü ilə hər şey sanki daha canlı
vəzn axarına düşür. O, hətta oturuşunda-duruşunda belə daimi hərə-kətdədir
və saçdığı gözəgö-rünməz enerji dalğaları yaxın çevrəsindəki insanları
sanki dəyişib. Onun bol-bol aforizmləri, hikmətli kəlamları yağış
tək səpələ-nir, qığılcım saçan məzələri isə daim "hədəfə düşürlər".
Haqqında söhbət açacağımız Böyük
Şəxsiyyət ilk yaradıcılıq, ilk kəşf yönlü Kişilərin bürcü olan Qoç
bürcü altında dünyaya göz açıb. Sözlərim sanballı olsun deyə, İohann
Sebastian Bax, Yozef Haydn, Sergeylərdən Raxmaninov və Prokofyev,
Bela Bartok və çox uzun görkəmli ifaçılar sırasını sadalaya bilərəm.
Hələ yazıçı, şair və ən azman siyasətçilərin adlarını çəkməsəm,
daha yaxşıdır. Hər yerdə, hər şeydə və hər anda qoçaqlıq və çətinliklərə
sayğısızlıqla yanaşı sadəlövhlük, inamcıllıq, safqəlblik və ən nəhayət,
hər yerdə və hər şeydə kin saxlamamaq - budur haqqında söhbət açacağımız
Qoç bürcü yetirməsinin əl başlıca çalarları! Ən başlıcası isə, kainat
miqyaslı bu canlı olayın yeganə, lakin çox tutumlu bircə adı var,
- Dahi Musiqiçi.
Onun ulu ata-baba və nənələri, -
Hannibal, Yadviqa və digər Rostropoviçlərin vətəni Polşa olub, və
çox güman ki, ilk dəfə ulularının qəbrini özünün 70 illik yubiley
təntənələrində ziyarət edib. Həmin olay 1997-ci ilin martında Polşa
televiziyası tərəfindən peyk televiziyası ilə bütün dünyaya yayımlanmışdı.
Onun özü də Polşada anadan ola bilərdi.
Lakin alın yazısına görə məhz odlar və maqlar, yaxud muğlar - kahinlər,
sehrbazlar diyarında anadan olmalı idi ki, onun ovsunlayıcı kamanından
qopan qığılcımlar hətta daş ürəklərə belə od sala bilsin. O, yaxud
da Onun oxşarı ancaq tanrıların məskəni (bu haqda ən əski Misirdə,
"Ölülər kitabında" bilgilər verilib) Bakıda dünyaya göz aça bilərdi
və O, görkəmlilərdən görkəmli violençel ifaçısı, əvəzsiz dirijor
və gözəl pianoçu olmağa borclu idi. Bəli, ancaq və ancaq borclu
idi. Çünki Onun atası, - dahi rus violençel ifaçısı və istedadlı
bəstəkar Leopold Vitold oğlu (Vitoldoviç) Rostropoviç (1892-1942)
vaxtı ilə Peterburq konservatoriyasını qızıl medalla, özü də o zamanın
ən sayımlı ifaçısı və pedaqoqu A.V.Verjbiloviçin, - ümumdünya "virtuozunun"
sinfi üzrə bitirmişdi.
Burada "virtuoz" sözünün, qısa da
olsa, açımını vermək yerinə düşərdi. O zamanlar və daha öncə, "virtuoz"
dedikdə, öz çağdaşlarından daha və, hətta, qat-qat şıdırğı çalğıları
ilə seçilən, passajları ("keçidləri"), texniki "xırdalıqları və
başqa çətinlikləri daha iti ifa etməyi bacaran çalğıçılar nəzərdə
tutulurdu. Danılmaz həqiqətdir ki, belə "virtuozların" çalğı texnikası
dairəsində tapıntıları çalğını təkmilləşdirir, daha sonra isə bəstəkarların
faydagötürməsi ilə sonuclanırdı.
Qayıdaq söhbətimizə. Beləliklə,
Leonid Rostropoviç ən yetkin ustad olan A.Verjbiloviçdən öyrəndiyini
öyrənərək, aşıqların dili ilə desək, "ustad şilləsi yesə" də, doymur,
və öz dövrünün canlı əfsanəsi Pablo Kazalsa (1876-1973) da şagirdlik
etməkdən çəkinmir. Leopold Rostropoviç həm də əla bəstəkar imiş
və özündən sonra geniş yaradıcılıq irsi qoyub, lakin mən burada
Mstislav Rostropoviçin son gəlişi zamanı verdiyi bilgini - 4 violençel
konsertinin adını çəkə bilərəm. M.Rostropoviç, özünün 5 il irəliyə
gərgin yaşam cədvəlinə baxmayaraq, vaxt tapıb atasının arxivini
bir daha nəzərdən keçirəcyinə söz verdi. ə, ola bilər ki, vaxtı
ilə bir neçə dəqiqə əlimdə saxadığım və titul səhifəsinin üzünü
çıxara bildiyim "Azad Azərbaycan" orkestr süitası partiturasının
əlyazması günlərin bir günü tapılsın. Əgər tapılsa, onun ifa birinciliyi
Bakıya veriləcək. Ata-Rostropoviç 7 il Azərbacanda yaşamış, burada
ilk dəfə milli simli kvartet yaratmışdı. Onun tələbələrindjən sayımlıları
- Asəf Zeynallı, Ələkbər Daşdəmirov və İsaak Turiç musiqi mədəniyyətimiz
tarixində silinməz izlər qoyub getmişlər. Ana-Sofya Nikolayevna
Fedotova - Rostropoviç, N.N.İqumnovun tələbəsi və yüksək səviyyəli
pianoçu da həyat yoldaşı ilə birgə 1932-ci ilədək Azərbaycan Dövlət
konservatoriyasının müəllimi olmuşdur.
* * *
Hazırda, ən yüksək səviyyədə göstəriş
və mədəniyyət nazirliyi ilə Leopold və Mstislav Rostropoviçlər ev-muzeyinin
direktoru Şeyla Heydərovanın birgə çalışmaları sayəsində muzeyin
ekspozisiyası və saxlancı genişlənir, o dövrün ab-havasının bərpası
yönündə işlər görülür. M.Rostropoviçin bacısı Veronika Leopoldovnanın
yaddaşından belə görünür ki, yaşadıqları o zamankı evdə qrammafon
yox imiş, lakin çox gözəl "Becher" royalı dövrəsində axşamlar tez-tez
musiqiçi dostlar yığışıb, cürbəcür heyətlər və birliklərdə çıxış
edərmişlər. Və heç bir, hətta ən yetkin lent, yaxud lazer yazısınn
əvəz edə bilmədiyi canlılardan da canlı Musiqi səslənirmiş. Və bu
ruh yüksəkliyi ab-havası hələ o zamanlar, uşaqkən, bəlkə də lap
ana bətnində, Slavanın hüceyrələrinə hopmuşdu. Burada öz musiqiçi
- müəllim yozumum mənim düşüncələrimə yeni yön verir. Belə düşünürəm
ki, Slavanın dünyaya göz açdığı "27.III.1927" tarixə ana bətnində
keçirdiyi 9 ayı da artırmaq yerinə düşər. Necə ki, ən əski Çin ənənələrində
dünyaya gələn hər bir körpəyə bir yaş artıq sayılırdı. Dahi macar
bəstəkarı və alimi Zoltan Kodayın məktəbəqədər musiqi tərbiyəsi
sisteminə görə, violonçel çalan hamilə qadının çalğısı zamanı violonçelin
ana bətninə yaxın alt üzü (yaxud qapağı) səs və obertonlar dalğaları
yaradır. Və ifa olunan əsərlərin təsiri altında döl daha həmahəng,
musiqili və daha geniş duyumlu, ən nəhayət, xəstəliklərə dözümlü
böyüməyə başlayır.
Nə isə, yaşantılara qapıldım.
* * *
"Master-klass" sözü geniş yayılsa
da, azərbaycanlı oxucu üçün bir qədər qeyri-adi səslənəcək. Lakin
dilimizə çevirsək, "Ustad dərsləri", yaxud "Açıq ustad dəsləri"
və yaxud "Ustad "görkü" kimi səslənəcək.
M.L.Rostropoviçin "Ustad dərsləri"nin
çox uzaq tarixi kökləri var (1964-cü il) və, hazırda, belə açıq
dərslərin ənənəyə çevrildiyi haqda danışmaq olar. Və əgər bir sıra
siyasi və digər romantiklərin öncəgörmələrin-də Bakının gələcək
III minillikdə dünya musiqi mədəniyyəti mərkəzlə-rindən birinə çevriləcəyi
gözlənilirsə, "Ustad dərsləri" mərkəzlərindən biri görüntüsü artıq
yaranmaqdadır. Təkcə bizim tələbələr deyil, ayrı-ayrı ölkələrin
vətəndaşları - musiqiçiləri də Böyük Ustadın Bakı Musiqi Akademiyasındakı
açıq dərslərinə "düşməyə" çalışırlar. "Master-klass", yaxud "Ustad
dərsləri"nin qaynaqlarına qayıdaraq "Sovetskaya kultura" qəzetinin
28 may 1964-cü il tarixli sayından bir parçanı oxucuların nəzərinə
çatdırmaq istəyirəm.
Mstislav Rostropoviç: "Azərbaycanlı
dostlarım məni çox xoşagələn, ürəyəyatan təkliflə qarşıladılar:
Üz.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının violençel
ixtisaslı tələbələri üçün açıq dərs vermək təklifi ilə...
...Mən özüm üçün sevinc doğuran
olay aşkarladım. Sən demə, Azərbaycan konservatoriyasının violençel
sinfinin olduqca yüksək professional və bədii səviyyəsi var.
Bu işdə mənim böyük dostum, istedadlı
pedaqoq və musiqiçi, violonçel kafedrasının müdiri Sabir Əliyevin
böyük xidmətləri danılmazdır. Böyük razılıqla təkcə onu vurğulayıram
ki, violonçelçalan tələ-bələrlə işlərkən mənim azərbaycanlı dostum
violonçel sənətinin ən qabaqcıl yenilikləri, qazancları və tapıntılarından
faydalanır." Verilən bu parça-sitatdan göründüyü kimi, M.Rostropoviçin
açıq dərslərinin, 1964-cü ildən başlayaraq, artıq 35 yaşı var.
Əlbəttə, vaxtı ilə belə yüksək dəyərləndirilən
milli violonçel məktəbimizin ağır günlər keçirdiyi göz qabağındadır.
Tələbələrin sayı çox az, şagirdlərin sayı isə, demək olar, yox dərəcəsindədir.
Hazırda Azərbaycanda violonçel sənətini yaşadanlardan dostum və
sənətdaşım, professor Yuri Abdullayevin gərgin əməyi və bütün çətinliklərə
sinə gərən uğurları göz qabağındadır. iolonçel sənətimizin ilk ustadı,
professor S.Əliyevin sinfini məndən öncə bitirmiş Y.Abdullayev hazırda
bütün gücünü, hər bir yeni imkan daxilində, violonçel sənətimizin
yayılmasına sərf edir.
|
|