* * *
Həmişə olduğu kimi, bu dəfə də, 1999-cu il noyabrın 22-ində bəşəriyyət
tarixində ən böyük musiqiçi simalardan biri, Böyük Ustad Mstislav
Rostropoviç Azərbaycan Respublikasının prezidenti H.Əliyev tərəfindən
qəbul edildi. Qonağı, daha doğrusu, həmyerlimizi salamlayan H.Əliyev
onun hər bir yeni səfərinin əhəmiyyətini, sözübütövlüyünü ayrıca
vurğuladı. Və burada Ustad aşağıdakı sözləri ilə özünü bir daha
tarixə yazdı:
"Mənim hər il bir həftəliyə Azərbaycana səfərim hamını heyrətləndirir.
Əlbəttə, bunun üçün bir neçə çıxışımın üstündən xətt çəkməli oluram.
Lakin ən başlıcası odur ki, sözümün üstündə KİŞİ KİMİ (o, bu sözləri
Azərbaycan dilində dedi!) durmuşam. Artıq açıq dərslər də keçirmişəm.
Sizlərdə çox istedadlı uşaqlar var. Son dərəcə istedadlıg"
Böyük Ustad haqqında çox danışa bilərik, Onun bizlərə ötürdüyü
enerjini dağ selinə, daşqına da oxşada bilərik, yaddaşımızın dərinliyindən
Onun maraqlı ibarələrini də yenidən üzə çıxarıb səbrlə araşdıra
bilərik və i.a... Lakin nöqtə qoya bilmərik. Yalnız və yalnız nöqtələr...
Biz Sizin yeni gəlişinizi gözləyirik, Ustad!
* * *
M.L.Rostropoviçin açıq
dərslərinin gündəliyi
22.XI.1999
I.Eyyub Əliyev (Violonçel). BMA
magistraturasının II kursu. Prof. Y.A.Abdullayevin sinfi, konsertmeyster
- Kəmalə Nemanova. İfa etdiyi əsər - R.Şuman. Violonçel ilə orkestr
üçün konsert.
II.Cəmilə Musayeva (skripka). 21
N-li uşaq musiqi məktəbinin VIII sinfi. Müəllim-prof. B.A.Mehdiyev,
konsertmeyster - Musayeva Leyla. İfa edilən əsər - A.Korelli. Foliya.
23.XI.1999.
I.Anar İbrahimov (skripka). BMA
II kursu. Prof. B.A.Mehdiyevin sinfi, konsertmeyster - Tamilla Quliyeva.
İfa edilən əsər - D.Şostakoviç. Skripka ilə orkestr üçün 2 N-li
konsert.
II.Aleksey Miltıx (violonçel). Bülbül
adına musiqi məktəbi. V.Kraynovun sinfi, konsertmeyster - Yuliya
Xadıkina. İfa edilən əsər - Y.Haydn. Konsert C-dur.
III. Ləman Verdiyeva (skripka)
Natəvan Məmmədova (skripka)
Kamilla Quliyeva (alt)
Eyyub Əliyev (violonçel)
Prof. N.M.Abbaszadənin sinfi. İfa
edilən əsər - E.Qriq. Simli kvartet.
24.XI.1999.
I.Əli Sak (Türkiyə, violonçel).
Konsertmeyster - Nərminə Əfəndiyeva. İfa edilən əsər - D.Şostakoviç.
Violonçel ilə fortepiano üçün Sonata.
II.Fərhad Haşımov (skripka). Bülbül
adına musiqi məktəbi. S.Hacıyevanın sinfi, konsertmeyster - Afaq
Hacıyeva. İfa edilən əsər - E.Lalo. Skripka ilə orkestr üçün İspan
simfoniyası.
III.Sabina Quliyeva (skripka). Bülbül
adına musiqi məktəbi. S.Hacıyevanın sinfi, konsertmeyter - A.Hacıyeva.
İfa edilən əsər V.A.Motsart. Skripka
ilə orkestr üçün 5 nömrəli konsert, I hissə.
25.XI.1999.
I.Ayna İsababayeva (violonçel).
BMA magistraturası, II kurs. Prof. Y.A.Abdullayevin sinfi, konsertmeyster
- K.Nemanova. İfa edilən əsər - Y.Haydn. Konsert C-dur.
II.Lalə Muxtarova (skripka) və Tamilla
Quliyeva (fortepiano). Baş müəllim K.Abasquliyevin sinfi. İfa edilən
əsər - S.Prokofyev. Skripka ilə fortepiano üçün 1N-li Sonata.
III.Bülbül adına musiqi məktəbinin
kamera orkestri. Bədii rəhbər - Teymur Göyçayev. İfa edilən əsər
- A.Vivaldi. 4 skripka ilə orkestr üçün konsert. Solistlər: Nigar
Əsədova, Vadim Sandler, Sabina Quliyeva, Nigar Mirzəyeva.
* * *
Qaynaqlar:
A.Qinzburq. Mstislav Rostropoviç.
M.,Sov.kompozitor, 1963.
T.Qaydamoviç. Mstislav Rostropoviç.
M.,Sov. kompozitor, 1969.
İspolnitelğskoe iskusstvo zarubejnıx stran vıp. 5. M., Muzıka, 1970.
S.M.Xentova. D.Şostokoviç v Petroqrade - Leninqrade. L.,Leninzdat,
1979.
S.M.Xentova. D.Şostokoviç v Moskve.
M., Moskovskiy raboçiy, 1986.
|