X əsr musiqi tarixinə bəstəkarlıq
və ifaçılıq sahələrində baş vermiş böyük dəyişikliklərlə həkk olundu.
Yeni musiqi cərəyanları, məktəbləri, üslubları və tərzləri meydana
gəldi. Tənqidçi məqalələrində tez-tez "avanqard", "modernizm", "seriallıq",
"dodekafoniya" və s. kimi terminlər nəzərə çarpmağa başladı. Konservativ
dinləyici və tənqidçi auditoriyasının etirazlarına baxmayaraq (Parisdə
İ.Stravinskinin "Müqəddəs Bahar ayinləri" baletinin premyerasını
xatırlayaq), müasir musiqi inkişaf edir və öz pərəstişkarlarını
tapırdı. Beləliklə, 30-40-cı illərdə "Yeni Vyana məktəbi" formalaşdı
(A.Şönberq, A.Berq, A.Vebern), 60-cı illərdə isə artıq müasir musiqinin
"klassiklərinə" çevrilmiş C.Keyc və C.Kramb dünyaya tanındı. Yeni
musiqinin inkişafı ilə ifaçı və nəzəriyyəçiləri heyrətə salan yeni
bəstəkar yazı üslubları meydana çıxdı. Məsələn, Kramb "Makrokosmos"unun
deşifrə tələb edən "spiralşəkilli" partiturasını xatırlayaq; yeri
gəlmişkən, sonralar bu yazı üslubundan bizim həmyerlimiz Fərəc Qarayev
də istifadə edəcək.
"Yeni" musiqi yalnız öz yazı formaları
ilə deyil, eyni zamanda musiqi alətlərinin qeyri-ənənəvi istifadəsi
ilə də təəccüb doğururdu: simli alətlər zərb kimi, piano zərb və
simli kimi (tezliklə "hazırlanmış piano" (!) termini peyda oldu),
zərb alətləri simli kimi, nəfəslilər küy səsləri üçün istifadə olunmağa
başladı və s.
Keycin dünyada məhşur "4 dəqiqə
33 saniyə" piano əsərindən sonra aydın oldu ki, ifaçının da səhnədə
hətta çalmayaraq belə interyerin bir hissəsinə çevrilməsi mümkündür.
Təbii ki, bu əsər 60-cı illərdə Mauritsio Kaqelin "musiqi alətləri
teatrı" janrının yaranmasına təkan verən hadisələrdən biri oldu:
burada musiqiçilər yalnız ifaçı kimi deyil, oyunçu kimi də fəaliyyət
göstərirlər. Sonralar bu əsər bir çox redaktlərə məruz qaldı. Fortepiano
üçün yazılmış bu pyesi dəyişik ansambllara "çevirərək" "ifa edirlər"
(məsələn: Avstriyanın "XX əsr" ansamblı bu əsəri simli trio və piano
üçün nümayiş etdirdi).
Bəstəkarlıq texnikasının belə istiqamətdə
gözlənilməz inkişafı tezliklə piano ifaçılığında da özünü aşkarladı.
Belə ki, klassik və müasir fortepiano ifaçılığı köklü surətdə biri-birindən
fərqlənməyə başladı. Müasir ifa tərzi heç də yalnız "hazırlanmış"
pianoda çalmaqla bitmir, ifaçıdan alətin çapağında (yaxud gövdəsində),
dempferlərində, simlərində də çalmaq, cürbəcür "simli" və zərb effektləri
yaratmaq, müəllifin ideyasına görə ayağa durmaq, gəzmək, oxumaq,
fit çalmaq, danışmaq, pıçıldamaq, müəyyən rollara girmək, müxtəlif
əşyaların köməyi ilə pianoda görünməmiş səslər almaq və s. tələb
olunur.
Bəstəkar yazı texnikasında da yeni
piano ifaçılıq effektlərini işarə edən bir çox simvollar meydana
çıxdı. Yeni effektlər yarandığca, bəstəkarlar onların notlarda fiksasiyası
üçün ya yeni simvollar düşünür, ya da başqa alətlərdəki oxşar effektlərin
simvolunu mənimsəyirdilər. Məsələn: simli alətlərin özəl effekti
olan "flajolet"i piano əsərində qeyd etmək üçün məhz simlilər texnikasındakı
işarədən istifadə olunur.
Daha sonra bəzi yeni çətinliklər
ortaya çıxdı. Ayrı-ayrı bəstəkarlar eyni effekti müxtəlif işarələrlə,
müxtəlif effektləri isə eyni işarə ilə qeyd edirdilər; bir effektin
variasiyaları arasında qarışıqlıq düşürdü və i. a.. Bütün bunlar
musiqiçilərin mühafizəkar baxışları və yeni not işarələrini deşifrə
edən metodiki ədəbiyyatın olmaması üzündən (bəzi bəstəkarların öz
əsərlərində simvollara annotasiya verdiyini nəzərə almasaq) yeni
musiqinin tədrisi və ifası sahələrində böyük çətinliklər yaradırdı.
XX əsrin ikinci yarısında Azərbaycan
bəstəkarlıq məktəbi də müasir not işarələrindən geniş istifadə etməyə
başladı. Fərəc Qarayev, Oleq Felzer, Cavanşir Quliyev, Firəngiz
Əlizadə, Rəhilə Həsənova, Əli Əlizadə, Zaur Fərhədov, Elmir Mirzəyev
kimi bəstəkarların əsərlərində tez-tez müasir ifaçılıq effektləri
ilə qarşılaşırıq. Bu effektlər və onların not simvolları ilə tanışlıq
yuxarıda adı çəkilən müəlliflərin əsərlərini yalnız mütəxəssislər
tərəfindən deyil, həm də ali musiqi tədris müəssisələri fortepiano
fakultələrinin müəllim və tələbələri tərəfindən qavranılmasını,
eləcə də tədrisi və ifasını asanlaşdıra bilər.
Məqalədə müasir notasiya simvollarının
bəzi növlərinin deşifrə və interpretasiyası verilmişdir. Eyni zamanda
simvolların (yaxud variyasiyalarının) rast gəlindiyi əsərlərin adları,
mənşələri (başqa alətlərdən götürülmüşsə), əvəz oluna bildiyi təqdirdə
klassik notasiya işarəti və not nümunələri verilmişdir.
AÇAR İŞARƏLƏRİ
1.
Bu işarə not mətninin bir oktava
yuxarı çalınmasını göstərir.
Klassik yazılış tərzi:
Bax: Fərəc Qarayev (Azərbaycan)-"Cənab
Bi-Layn - ekssentrik". 1997.
2.
İşarə not mətninin iki oktava yuxarı
çalınmasını göstərir.
Klassik yazılış tərzi:
Bax: Fərəc Qarayev (Azərbaycan)
- "POSTLUDİO". 1991.
3.
Yuxarıdakı nümunəyə (N2) paralel
bir işarə. Mətnin iki oktava yuxarı çalınmasını göstərir.
(!?) (Bir çox bəstəkarların əsərlərində
həmin işarə "15" rəqəmi ilə qeyd edilir.)
Klassik yazılış tərzi:
Bax: Ole Lützow Holm (İsveç) - "CHIAROS-KURO".
1982.
4.
İşarə mətnin bir oktava aşağı çalınmasını
tələb edir. Klassik yazılış tərzi:
Bax: Fərəc Qarayev (Azərbaycan)
-"Cənab Bi-Layn - ekssentrik". 1997.
5.
İşarə mətnin iki oktava aşağı çalınmasını
tələb edir. Klassik yazılış tərzi: . Paralel işarə. Klassik yazılışı
eynidir.
Bax: Ole Lützow Holm - "CHIAROS-KURO".
1982.
6.
Bu işarə "do" (c2) notunu göstərir.
"Do"nun 3-cü və 4-cü xəttlər arasında yerləşməsi "sol
açarı"na ( ) işarə olub, musiqi
mətninin həmin açar-
da oxunmasını tələb edir. Bax: Haruo
Asakava
(Yaponiya) "Piano-Sonaro". 1978.
7.
"Do notunun (C) işarə edən kvadratın
2-ci və 3-cü xəttlər arasında yerləşməsi "bas açarı"-
nı ehtiva edir. Klassik yazılışı:
.
Bax: Haruo Asakava (Yaponiya) "Piano-Sonaro".
1978.
METRİK VƏ RİTMİK
SİMVOLLAR
8.
İşarə yuxarıdakı bütün notların
aşağıdakına nisbətən forşlaq kimi çalınaraq uzanmasını göstərir.
Klassik yazılış tərzi:
Bax: Fərəc Qarayev (Azərbaycan)
-"Cənab Bi-Layn - ekssentrik". 1997.
9.
Lüftpauza. Notlar və musiqi ibarələri
arasında kiçik bir ara (nəfəs). Pauza kimi eşidilir, lakin metrik
ölçüdə nəzərə alınmır.
Bax: Fərəc Qarayev (Azərbaycan)
-"Cənab Bi-Layn - ekssentrik". 1997.