10.
Beş saniyə uzunluğu olan fermata.
Bax: Elmir Mirzəyev (Azərbaycan)
- "ALSO, SIE SIND GEKOMMEN". 1997.
11.
"Tremolo"nun üstündəki işarə, onun
dörd saniyə uzanacağını bildirir.
Bax: Luciano Berio (İtaliya) - "LUFT
KLAVIER". 1985.
12.
Bu işarə altındakı musiqi ibarəsinin
altı saniyəyə çalınmasını tələb edir. Notların metrik bərabərliyi
arzu olunur.
Bax: Luciano Berio (İtaliya) - "LUFT
KLAVI-ER". 1985.
13.
işarəsi 2 not əvəzinə 3 notun
çalınmasını tələb edir. Nümu-nədəki üç notun iki onaltılıq metrik
ölçü içində çalınması musiqi ibarəsinin
triol kimi səslənməsinə səbəb olur:
.
İşarənin müxtəlif variasiyalarına
rast gələ bilərik:
; ; ; və s.
Bax: Oleq Felzer (ABŞ) - "VESTIGE".
1993.
14.
Repriza arasındakı not və ya musiqi
parçasının durmadan başdan sonadək təkrarının müəyyən qədər uzadılması.
Repriza A) variantında ad. libitum (istənilən qədər), B) variantında
isə 14 saniyə ərzində təkrar edilməlidir.
Bax: Fərəc Qarayev (Azərbaycan)
- "Forst şəhəri üçün musiqi". 1992. Serqey Pavlenko (Rusiya) -"GAMES".
1980.
15.
Metrik işarə. Açar və yaxud takt
başında duraraq əsərin (və ya taktın) metrik sayını
göstərir. Klassik yazılışı:
.
Müxtəlif variantlarda rast gəlinir:
; ; ;
və s.
Bax: Oleq Felzer (ABŞ) - "VESTIGE".
1993.
Fərəc Qarayev (Azərbaycan) - "POSTLUDIO".
1991.
16.
"Boşluq"la liqalanmış notlar. İşarə,
yazılmış not və ya akkordun qeyri-müəyyən vaxt ərzində uzanmasını
tələb edir. Sonrakı notların çalınmasına əngəl törədirsə, barmaqla
saxlamayaraq, yalnız pedalda qalır.
Bax: Serqey Pavlenko (Rusiya) -"GAMES".
1980.
17.
Notun partitura boyunca nisbi uzanıqlığı
işarəsi (sərbəst metrik saylı kamera əsərlərində rast gəlinir).
A) variantında not növbəti nota qədər uzanır. B) variantında işarə
iki not arasında liqa kimi eşidilir. C) variantında əsas notun uzandığı
vaxdta forşlaqların pedalla "təmizlənərək", əsas notu "çirkləndirilməməsi
vacibdir.
Bax: Oleq Felzer (ABŞ) -"VESTIGE".
1993.
A.Raskatov (Rusiya) - "Dolce far
niente".
1991.
18.
Sürəti dəyişən not qruplaşmaları:
A) variantında - sürəti sərbəst
artan (not ölçüləri sərbəst kiçilən), B) variantında sürəti sərbəst
azalan (not ölçüləri sərbəst böyüyən) not qruplaşmalarını görürük.
A) variantında not ölçuləri
səkkizlikdən ( ) altmış-dördliyə
( ), B) variantında
isə əksinə hərəkət edir. C) variantında
qruplaşmanın
verilmiş not ölçüsünün ( ) uzandığı
vaxt ərzində ça-
lınması tələb olunur. Bu variantın
müxtəlif variasiyaları ola bilər (verilmiş ölçülərin müxtəlifliyi).
Bax: Masamitsu Takahashi (Yaponiya)
- "Cap-riccio per piano-forte". 1982.
19.
"Forşlaqabənzər" pedal. Bu işarə
pedalın müəyyən uzunluqda (notdan daha qısa) olmasını tələb edir.
Məsələn, nümunədəki pedal not ölçüsünün 1/4-i olaraq, ötəri bir
səs "həcmi" yaradır.
Bax: Luciano Berio (İtaliya) - "ERDEN-KLAVI-ER".
1969.
20.
Təkrar olunan (repetisiya) not və
interval passajları daxilində accel. və rit. işarələri. Nümunədəki
intervalların çubuqları arasındakı məsafənin azalması tempin artmasını,
məsafənin artması isə tempin azalmasının göstərir. A) variantında
qruplaşma daxilində intervallar dəyişməz qalırsa, B) variantında
intervallardakı notlar ardıcıl dəyişərək passajın sonunda başqa
bir interval əmələ gətirir. Gördüyümüz kimi bu, passajın yeyin (cəld)
hissəsində baş verir.
Bax: Masamitsu Takahashi - "Capriccio
per piano-forte". 1983.