ər dəfə evdəki kitab
və notlarla dolu rəfləri nəzərdən keçirəndə gözüm, eynilə bir-birinə
oxşar iki kitaba sataşır. Bunlar Luidci Pestalotsanın məşhur "Ricordi"
nəşriyyatında çap olunmuş "La Musica in URSS:CRONACA Di un VIGGIO"
kitabının 1987 və 1988-ci illərdə iki nəşr görmüş nüsxələridir.
Bu kitablar, musiqi sahəsində Avropada məşhur olan, bir musiqi nəzəriyyəçisinin
uzun müddət keçmiş Sovetlər İttifaqının çox yerlərini gəzmiş və
oranın mədəni irsiylə maraqlanıb öyrənmiş, onu bir müasir avropalı
gözü ilə müayinə etmiş şəxsin yazısıdır. Kitabın mündəricatında
Kalininqrad, Moskva, Leninqrad, Volqoqrad, Riqa, Bakı, Tiflis və
yenə də Moskva fəsillərinə biz rast gəlirik. Əlbəttə, zənnimcə Azərbaycan
oxucusuna "Bakı" bölməsi daha da maraqlı ola bilər, çünki burada,
bizim mədəni irsimizə, biz adət etmədiyimiz münasibətlərə, yəni
yeni adlara, yeni fikirlərə rast gəlirik.
Yadımdan çıxmaz,
1979-cu ilin may ayında, italyan bəstəkarlarının bir böyük dəstəsinin
Sovetlər İttifaqına gələcəyindən xəbər tutdum. Moskvaya, Bəstəkarlar
İttiqanın məsul rəhbərlərinə müraciət etdim, görüşdə iştirakımın
arzusunu onlara söylədim. Beləliklə, məni və Fərəc Qarayevin orada
iştirakının razılığını aldım. Görüş may ayının ilk günlərində "Dilican"
yaradıcılıq evində keçiriləcəkdi. Biz oraya yollandıq, gecə yarısı
təxminən 30-a qədər italyanlar bir neçə Moskva musiqiçilərinin müşahidəsilə
buraya gəldilər. Bizi görən erməni bəstəkarları tez Tiflisə zəng
etdilər, onlardan da bir neçəsini buraya dəvət etdilər. Biz tərəfə
rəhbərlik edən İttifaqın Birinci katibi Tixon Nikolayeviç Xrennikov
idi.ər dəfə evdəki kitab

idi.
Səhəri simpozium
başladı, bir neçə məruzələr hər iki tərəfindən oxundu. Tərəflər
artıq rəsmiyyətli bir yerə qoydular. Əsl bəstəkar görüşləri başlandı,
musiqi problemləri, texnologiya, ifaçılıq, nəşriyyat, əlaqələr,
musiqi təbliğatı, söhbətlərin ətraflı məzmunu oldu.
İtalyanlar hər bir
işi qarabəniz, ortaboylu, gözlüklü qıvraq bir italyanlı ilə məsləhətləşdilər.
Bu İtalyan Kommunist Partiyasının musiqi üzrə məsul işçisi musiqişünas,
musiqi jurnalisti Luidci Pestalotsa idi. Həm çıxışları, həm də qeyri-rəsmi
görüşləri öz nəzərində saxlayan Luidci Postalotsa, görüş vaxtı bizə
dedi ki, onların bura gəlişinin, buranı /Dilicanı/ seçməklərinin
əsl səbəbi mərkəzdən /Moskvadan/ uzaqlarda yaradılan, çalınan, təbliğ
olunan musiqinin vəziyyətidir. Odur ki, bizim buradakı iştirakçımızı
o, çox qiymətləndirir və "nə vaxt bizim musiqimizi onlar dinləyə
bilər" deyə müraciəti bizi sevindirdi. Özümüzlə apardığımız bir
neçə əsərlərimizi onlara göstərəcəyimizi söz verdik, hətta vaxt
təyin etdik. Vaxt təyin olunan gecə mən 2 N-li simfoniyamı, /"Trirtich"/,
Fərəc Qarayev isə 2 fortepiano və zərb alətləri üçün Sonatasını
onlara nümayiş etdirdik. Əsərlər onlara yaxşı təcir bağışladı, burada
iştirak edən gözəl bəstəkar dünyasını çox tez tərk etmiş Paolo Renosto,
Lombardini Mansoni və başqaları əsərlər barəsində öz mülahizələrini
söylədilər. Daha sonra 1981-ci il iyun ayında bu görüş bir daha
təkrar olundu. Mən bir neçə sovet bəstəkarları ilə birlikdə İtaliyaya
yollandıq. Onların arasında Qafqaz, Pribaltika, Moskva bəstəkarları
da var idi. Yenə də Luidci ev sahibi kimi hər şeyə başçılıq edirdi.
Biz bir köhnə dost kimi onunla görüşdük, əhvallaşdıq. Görüş San
Feliçe Çirçeoda keçirdi.
1985-ci ilin baharında
Luidci Bakıya gəldi. O, Bakıda mətbuat və radio işçiləri ilə görüşdü,
bəstəkarların musiqisilə maraqlandı, musiqişünasların muğam haqqında
mülahizələrini diqqətlə dinlədi, yenə də mən və Fərəc ona bəzi işlərdə
yardımçı olduq. Bakını göstərdik, Atəşgaha, Neftdaşlarına apardıq.
Gedəndə mənim iola /alt/ üçün Sonatamı (Gehesis) apardı və sonralar
bu İtaliyada bir neçə festivalda səsləndi. 1986-cı ildə o, Moskvaya
bir daha italyan-sovet bəstəkarlarının III görüşünə gəldi və mənə
dərhal zəng edib oraya, Moskvaya dəvət etdi, söylədi ki, "bu" kitabı
çap eləməyə hazırlaşır və orada bir fəsil Bakıya, bakılılara, Azərbaycan
musiqisinə və görüşdüyü adamlara aid olacaq. Oradaca rəsmi olaraq
mənə Çili faciəsinin 10 illiyinə həsr olunmuş əsər sifariş olundu.
İtalyan tərəfi dünyanın 20 bəstəkarına belə sifarişlər vermişdi.
Sovet İttifaqından bu sifarişi mərhum bəstəkar Edisson Denisov və
mən almışdıq. Qısa bir müddətə əsər hazır olmalı idi. Sifariş alanlar
arasında dünyanın tanınmış bəstəkarlarından: Ksenakis Huber, Rjevski,
Qlobekar, Qarçe və s. vardı. Çox fikirləşdim və nəhayət Musiqi Akademiyasının
italyan dili müəllimi Şauro Məmmədov italyan dilində yazdığı "Ağı"
/UPiantoU/ əsərini yazdım. Bu əsəri Avropada tanınmış soprano Dorotti
Dorrou 1987-ci ilin yayında ilk dəfə Riedco-Emiliyada, sonralar
Avropanın başqa şəhərlərində ifa etdi, hələlik sonuncu dəfə Luidcilə
mən 1989-cu ildə Leninqradda /indiki Sankt-Peterburqda/ beynəlxalq
musiqi festivalında görüşdük. O, mənə təzə çapdan çıxmış TMənim
əziz dostuma" Luidci 21/VI-87 sözləri yazılmış kitabı bağışladı.
Mehmanxanada mən kitabı gözdən keçirdim, Azərbaycan adları və familiyalarının
yazılışında səhvlər tapdım, ona yollandım və o, da öz məktubunda
yazdı ki, kitabın yeni nəşri hazırlanır və söz verdi ki, bu nəşrdə
səhvlər düzələcək.
İndi mənim kitabxanamda
bu gözəl və lazımlı kitabın iki çapı var. Səhvlə 1987-ci il çapı
və 1988-ci il düzəldilmiş çapı.
LUİDJİ
PESTALOTSA
BAKI
Riqada, Volqoqrada
yola düşməyim ərəfəsində öyrəndim ki, "Boris"in Musorqskinin orijinal
redaksiyasında tərtibatı yaxın zamanlarda Riqada deyil, Tallində
gözlənilir. Premyera artıq Leninqradda keçmişdi başqa şəhərlərdə
də gözlənilirdi. Bu o demək deyildir ki, Rimskiy-Korsakovun "Boris"i
- bu parlaq simvolist opera - unudulacaq. Sadəcə olaraq, həqiqi
"Boris"in vaxtı gəlib çatmışdır. İndi o, Leninqradda, Tallində və
digər şəhərlərdə səhnələşdirilir, plastinkaya yazılır. Dirijor-Vladimir
Fedoseyevdir. Ancaq bütün bunlar yalnız bu gün, uzun ləngimədən
sonra üzə çıxmışdır. Belə təzahürlər ölkənin musiqi həyatında az
olmamışdır. Bu günkü tərtibat - musiqiyə sadəcə olaraq yeni nəzər
deyil, yeni ideoloji yanaşmadır. İlk variantın səhnəyə qoyulması
üçün hansı çətinlikləri dəf etmək lazım gəldiyi mənə məlumdur. Bu
xəbəri mənim Moskvada dostumun evində olduğum son axşam da təsdiq
etdilər. Burada həmçinin teatr tənqidçisi olan bir xanım da var
idi. Qonaqlardan biri - alicənab insan və musiqiçi olan Moskvalı
bir həkim ilə mübahisə etməli oldum. Mən ondan soruşdum: "Nəyə görə
siz Çaykovskini Musorqskidən üstün tutursunuz?" O, isə mənə cavab
verdi: "Çaykovski rus musiqisinin banisidir, alman musiqi ənənələrini
izləyən proqressiv insandır. Musoqorskiy isə slavyan meylli konservator,
reaksionerdir". O savadlı adam idi, lakin onun bilikləri təhrif
olunmuş qədər də öz-özlüyündə yanlış idi. Musorqskinin əsərinin
orijinal deyil, təhrif olunmuş variantının səhnələşdirilməsinə səbəb
yalnız Rusiyanın musiqi tarixi ilə bağlı deyil. Mühüm dəyişikliklərin
şahidi olduğumu mən artıq qeyd etmişdim. Litvada, yola düşdüyüm
Azərbaycanda, Gürcüstanda milli musiqidə baş qaldıran yeniliklərlə
bu "Boris"in arasında sıx əlaqələr mövcuddur. "Budur təhsilin şirin
bəhrəsi! Bütün çarlığı sanki buludlardan seyr edə bilərsən..." -
oğlunu məhəbbətlə oxşayan Boris bu sözləri indi Sovet İttifaqında
oynanılan tamaşaları haqqında oxuyur. Bu variantın qalib gəlməsi
ərəfəsində çox dəyişikliklər baş verdi. 1948-ci ildə, hətta daha
çox sonra belə Denisov "Pesni i plyaski smerti" və "Bez solntsa"
məcmuələrini orkestr üçün işləməzdi. Bu gün isə Moskvanın konsert
zallarında publika bu əsərləri alqışlarla qarşılayır. Ancaq dəyişilmək
istəməyən bir çox inadkarlar hələ də vardır. Musiqi ictimai həyatdakı
əhval-ruhiyyəni və burada baş verən hər bir şeyi əks etdirir.
Gecə saat 3-də,
Bakıda aeroportdan şəhərə gedərkən avtomobilin nasazlığı səbəbindən
yolda qalanda ilk eşitdiyim xəbər opera teatrında əsaslı yeniliklərin
aparılması oldu. Hərçənd əvvəlki afişalar saxlanılmışdı; italyan
melodramları, yerli müəlliflərin əsərləri. Bu rəsmi məlumatın əslində
nə demək olduğunu mən sonradan anladım. Bakıya uçarkən isə mən "Boris"
və onunla bağlı olan bir çox şey haqqında düşünürdüm. Moskvalı dostumun
evində tanış olduğum bir teatr tənqidçisi yəqin ki, mənim fikrimlə
razılaşardı; Rimskiy-Korsakovun şərhində "Boris" - tarixi simmetrik
olan, bu cəlallı "Boris" hətta əsrarəngiz səslənməsiylə belə simmetrikdir
- heç bir çevriliş edə bilməzdi, nəinki bolşevik inqilabı. Musorqskinin
"Boris"inin musiqisi isə tarixi tənqidedici anlamı ilə bunu edə
bilərdi.