Mənim kimi V.Quluzadə də uzun müddət
Afrikada, elə həmin ölkələrdə yaşamışdır. Biz onunla Afrika haqqında
söhbət edirik; Misir, Samoli, Madaqaskar haqqında. O, dolaşıq Afrika
rəvayətləri ilə yaxşı tanışdır. İndi o, Kompartiyanın üzvü, respublikanın
mədəni həyatına cavabdeh olan ictimai xadimdir. Onun işıqlı kabinetində
həmçinin, köməkçisi, musiqiçi K.İsgəndərov da var. O ki qaldı Afrikaya,
elə bu ərəfədə (biz mayın 25-də görüşdük) Afrika xalqlarının dostluq
və musiqisi günləri keçirilmişdir. Bu günlərdə burada Afrika musiqisi
səslənmiş, görüşlər, seminarlar, tamaşa və sərgilər keçirilmişdir.
Bu cür təşəbbüsləri partiya dəstəkləyir. Bu qəbildən olan son görüşlər
Norveç, Nikaraqua, Avstriya ilə keçirilmişdir. Musiqiyə aid mənə
göstərdikləri rəsmi sənəddə xarici ölkələrlə olan bu mübadilələr,
həmçinin belə geniş masştabda olmayan, o cümlədən digər respublikalarla
əlaqələr xüsusi ilə qeyd olunur. Onlar vacib əhəmiyyət kəsb edir.
İki il ərzində Azərbaycana xaricdən 1000-dən artıq ifaçı solist
qastrola gəlmişdir, hələ orkestr və müxtəlif ansamblları nəzərə
almasaq və iş heç də kəmiyyətdə deyil. Rəqəmlər böyükdür, çünki
Azərbaycanın bütün dünya ilə musiqi əlaqələri vardır, çünki Bakı
musiqi yol ayrıcı olub və olaraq qalmaqdadır, çünki partiyanın siyasəti
musiqinin inkişafına şərait yaradır. Bu siyasəti həyata keçirmək
həmişə asan olmur, onun əleyhdarları vardvr. "Öz milli mühitinə
qapılaraq yerli problemləri" həll etməyə çağıranlarla mübarizə aparmaq
lazım gəlir. Bu yönlü söhbətlər barədə tezliklə bütün ölkədə danışılacaq.
Milli problemlərin öyrənmlməsi Moskvada
böyük qayğılarla üzləşir. Quluzadə mövcud olan çatışmazlıqları sadalayır.
Hər şeydən öncə bu, musiqi kadrların hazırlıq səviyyəsidir. O, bu
günkü tələblərə cavab vermir, Azərbaycanda musiqinin inkişaıfı ilə
ayaqlaşa bilmir. Başqa nöqsanlar da var. Məsələn, orkestr üçün nəfəs
alətlərində çalan musiqiçilərin hazırlanması kifayət qədər deyil,
tərtibatçılar azdır. Bir çox teatrların onlara böyük ehtiyacı vardır.
Zövqsüz repertuar və professional hazırlığı olmayan müxtəlif ansamblların
sayı həddindən çoxdur. Quluzadə mövzunu birdən dəyişir. O mənim
diqqətimi ona yönəldir ki, bütün bu problemlər ölkənin həyatında
yaxın dövrlərdən başlayaraq musiqinin oynadığı rol ilə əlaqədar
ortaya çıxar. Yeni-yeni regionlar mənimsənir. Məsələn, müxtəlif
musiqi ansablları BAM-a, inşaatçılar qarşısında çıxış etməyə göndərilir.
"Bununla belə texnika sahəsində
proqress publika ilə əlaqədar problemləri ortaya çıxarır". Operaya,
konsertlərə indi az adam gedir. Əvvəllər bilet tapmaq mümkün deyildi.
İndi isə zallar boş qalır. Buna yalnız televiziya bais deyil. "Əsas
səbəb ondadır ki, publika indi daha məlumatlı, daha tələbkardır.
Teatrlar isə bunun öhdəsindən gələ bilmirlər. Bütün problemlər yenə
də kadırlarla bağlıdır. Doğrudanda da nəyə görə teatrlar publikanın
tələbkar zövqünə uyğunlaşa bilmir, nəyə görə Quluzadənin danışdığı
nöqsanlar hələ də mövcuddur. Səbəb tənbəllikdə, fəaliyyətsizlikdə,
fantaziyanın olmamasındadır. Resibonun ("İclasçılar") şerində belə
sətirlər var: "Məmurlar lazımdır, ancaq qoy onlar öz-özləri üçün
iclas etsinlər", Quluzadə deyir ki, bu cür təzahürlərə hər yerdə
təsadüf edilmir. Həqiqətən də, bu sətirləri heç də hamıya şamil
etmək olmaz. "Allah xatirinə ayağa qalxmayın, Bu, faciə ilə nəticələnər".
Ancaq, onları yada salmaq olar, biz səmimi söhbət aparırıq.
Axşam dostlarım məni dənizkənarı
restorana balıq dadmağa apardılar. F.Qarayev yenə də musiqiçilərin
siyasətdən uzaq olmaları fikri ilə razılaşmadığını bildirdi. Söhbət
hadisələrin müntəzəm olaraq izlənilməsindən getmir. Biz cəmiyyət
haqqında danışırıq. Eynən belə bir fikir söyləndi; "Musiqiçinin
cəmiyyətlə əlaqədə olması vacibdir. Bu qırılmaz, üzvi əlaqə, elə
bu mənada siyasidir. Mən öz barəmdə danışıram. Bu mənim cəmiyyətim,
mənim polisimdir." Dostlardan söz düşdü. Qərbdə mövcud olan çox
şey SSRİ-də çatışmayır. Müəəyyən mənada sovet cəmiyyəti-defisit
cəmiyyətdir. "Mən israr etmirəm ki, burada hər bir şey sizdə olanlardan
daha mükəmməl, kamildir. Mən musiqi konformizmindən, sakitlik cəmiyyətinin
musiqisindən uzaq olan musiqi yazıram. Mən işləyirəm ki, Bakıda
dünyanın ən narahat musiqisi ifa olunsun. Mən və Bakının digər musiqiçiləri.
Biz bunun öhdəsindən gəlirik. Lakin bununla iş bitmir və vacib olan
bu deyil. Bütün maneələri dəf edib sonda isə başqa finişə gəlib
çahtmaq olar. Amma bu mənim cəmiyyətimdir. Hansı maneələr olursa-olsun,
hansı qüsurlar olsa belə, mənim gördüyüm hər iş həmvətənlərim ilə
bağlıdır. Hər hansı bir xırdaçılıq hadisələrin gedişinə təsir göstərə
bilər, cəmiyyətin həyatında hər şey bir-biri ilə əlaqədardır. Mənim
həyatım, ilham mənbəyim bundadır. Buna görə də mən başqa cəmiyyətdə,
məsələn, səninkində, yaşaya bilmərəm". Öz dünyasında o "iki ifaçı
üçün sonata kimi əsərlər yarıdır. Bu əsər hələ 1976-cı ildə mənim
diqqətimi cəlb etmişdir. O illərdə "Vebernin daimi inkişafda" və
minimalistik mövqelərin uzlaşması sosial sxemdən (sosial dedikdə
mən rəsmi qəbul olunmuş nəzərdə tuturam) tam uzaqlaşma demək idi.
Lakin "Sonata"nın musiqisi - dəyişməz və fasiləsiz - hər hansı bir
modeldən uzaqdır. Çünki müəllif musiqi kanonlarına laqeyddir, bu
da təqlidləri gözə çarpmayan edir. Onun musiqisi haqqında danışarkən
Russonun "musiqinin həqiqi prinsipləri və onların insan ürəyinə
təsiri" barədə dedikləri yada düşür: "Musiqi sədaları - adi səslər
deyil, bizim duyğularımızın ifadə vasitəsidir. "Məhz bu cür - duyğularımızın
nişanələri. Buna görədir ki, mən "Sonatanı" belə israr edirəm -
onun davamlı uşaq ağlayışını, məhəbbətin və xalq kədərinin ifadəsini,
uşaq qəlbini qoruyub saxlaya bilmiş bu özünəməxsus dünyanı, harada
ki, ağlamaq səsi heç də pissimist olmayan musiqidə səslənə bilər.
Musiqiçini nə optimizm, nə də pissimizm maraqlandırmır. Sadəcə olaraq,
o öz musiqisinə simvolik olaraq uşaq ağlama səsi daxil edir.
Musiqinin ağlama səsindən qorxmadığı
bu dünyada F.Qarayev yaşayıb yaratmağa üstünlük verir.
F.Qarayev Q.Qarayevin oğludur. Onların
birgə yazdıqları "Qoyya" simfoniyası özündə 2 nəslin üslublarını
birləşdirir. Mən onu Çexoslovak simfonik orkestrinin konsertində
eşitmişdim. Burada praqalı İştvan Kubikin bir pyesi ilə tanış oldum.
Bu əsər diqqətimi cəlb etdi, çünki durğunluq illərindən sonra Çexoslovakiyanın
musiqi həyatında nələr baş verdiyi mənim üçün maraqlı idi. Həmçinin
A.Məlikovun "Altıncı simfoniya"sını dinlədim. Bəstəkar onu "Kontrastlar"
adlandırmışdı, çünki əsərdə müxtəlif musiqi üslublarının qarşılaşdırılması
və uzlaşması verilib, o cümlədən simfoniyanın çoxşaxəli səslənməsinə
süzülən milli motivlər. Mirzəzadənin "sonrano və orkestr üçün 4
şəffaf etüd"ünü dinlədim. Onlara mən ərəb dilindən "Tariba" sözünü
uyğunlaşdırardım. Bu söz "oxumaq", daha dəqiq desək, "könüllərə
toxunmaq" mənası daşıyır. Zənnimcə, bu söz Bakını daha dəqiq xarakterizə
edir. Mən çexoslovak simfonik orkestrinin konsertini məhz musiqi
mübadilələr ilə əlaqədar xatırladım. Biz dənizkənarı restoranın
qarşısında dayanıb italyan ifaçılarının Bakıda gözlənilən konsertləri
barədə, həmçinin sovet bəstəkarları qurultayından öncə, fevral ayına
planlaşdırılan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət beş
konsert haqqında danışırdıq. Biz gecə yarıyadək gələcək planlarımızı
müzakirə etdik. Dəniz kənarında bu cür söhbətlər aparmaq necə də
xoşdur və birdən bu sətirlərin nə qədər ədalətsiz olduğunu anlayırsan:
"Dəniz - sadəcə olaraq dərin məzardır".