"Bu əsl mübarizə idi. Müharibədən
sonra şəhərin yaşıllaşdırılması layihəsi hazırlanmışdır, indi hər
bir sakinin payına 34,5 kvadrat metr yaşıllıq düşür." Taryel Məmmədov
məni şəhərin küçə, park və bağları ilə gəzdirir. Şəhərin əhalisi
milyon 800 mindir, beləliklə, bütün şəhər yaşıllığa qərq olunub,
hər tərəf ağaclıq və çiçəklikdir. Bütün bunlar insan əməyinin bəhrəsidir.
Şəhəri uzaqdan - dənizdən seyr etsək, o, səhralıqda ucalan oazası
xatırladır.
"Mövcud olan ənənələrin öyrənilməsi
ilə şəhərin simasını bütünlüklə dəyişmək, Bakını tamamilə yenidənqurmaq
qərara alınmışdır".
Mənə layihənin necə həyata keçirildiyini
göstərirlər. Mənim üçün isə Brextin "Öyrənən üçün" hekayəti ilə
gizli əlaqələrin mövcudluğu aşkar olur. Bu əsər aşağıdakı epik sətirlərlə
başlanır: "Mən əvvəlcə qumun üstündə tikdim. Sonra qayada tikdim,
qaya uçduqdan sonra mən daha heç yerdə tikmədim." Əslində Bakı nə
çiçək, nə ağac, nə də ot üzərində tikilməyib. "Biz yaşamaq üçün
yararlı olan, nəfəs almaq mümkün ola biləcək bir şəhər haqqında
düşünürdük. Biz yaşıllıq - şəhər və ya evin içində bağ-bağat nəzərdə
tutmamışdıq. Bununla belə, qəbul olunmuş qərarlara əsas - sinfi
dəyişikliklər, hər kəs və hamının həyat tərzinin, obrazının yeniləşməsi
oldu. Yalnız neft və sənaye ilə məşğul olan deyil, hamı üçün nəzərdə
tutulan şəhər lazım idi."
Bu gün Bakı öz musiqi ənənələrini
və köklərini saxlamışdır. Əgər hər bir respublikadan, o cümlədən,
Azərbaycandan bir millət kimi müəyyən rol daşınılması tələb olunmasaydı
buna çətin ki, nail olmaq olardı. Herderin fikrincə, millət özündə
ənənə, varislik kimi anlamları birləşdirir. Buna görədir ki, bu
gün çayxanaya çevrilmiş köhnə karvansaralardan birində zəfəranlı
çay içməklə yanaşı tarın, kamanın müşayiətində yüksək ustalıqla
ifa olunan muğam dinləmək olar. Muğamın gözəl bilicisi olan Mirzəzadə
sonra məni restoran kimi fəaliyyət göstərən Multanı karvan-sarayın
apardı. Burada bütün axşamı mən bu musiqi janrının gözəl ustalarını
dinlədim. 12-ci əsrin abidəsi olan bu zirzəmi otaqda onlar bu janrın
əsl biliciləri olan azsaylı auditoriya üçün oxuyurdular. Bu zaman
yuxarıda isə türkiyəli turistlər üçün italyan şlyagerlərinə parodiyalar
ifa olunurdu. Karvansaranın adı Multanı şəhəri ilə bağlıdır. Orta
əsrlərdə bu şəhərin tacirləri dəvə karvanları ilə Bakıya ticarət
etməyə gələrkən başqa ölkələrdən olan tacirlər kimi bu orta əsr
mehmanxanasında qalırdılar. Mirzəzadə mənə muğam haqqında üslublar,
fars təsirləri haqqında, muğamsız müasir musiqinin yazılmasını mümkün
hesab edə bilməyən azərbaycan bəstəkarları haqqında söhbət açır.
Mirzəzadə məni öz evinə dəvət edir ki, bu sahədə mütəxəssis olan
dostu ilə tanış etsin. Mən də öz növbəsində lazımi məlumatları ondan
öyrənə bilərəm.
Sovet İttifaqında olduğum günlərin
ilk təəssüratlarını yekunlaşdırmaq və bunu məhz Bakıdan - həm musiqili,
həm musiqisiz həyatından - başlamaq istəyərkən Verlenin Tristan
Korbyer haqqında yazdığı o uzaq və gözəl sətirləri xatırladım;
"Onun heç bir qüsursuzluğu, ürəksıxıcı
heç bir şeyi yoxdur." Mən birdən burada, Bakıda Verlenin məndən
nə qədər uzaq olduğunu, bakılı tanışlarımın - məni müşayiət edən,
xalq rəvayətlərindən söhbət açan, azərbaycan dilində öz şerlərini
oxuyan Məmməd İsmayılın, musiqiçilərin mənə nə qədər yaxın olduğunu
anladım. Bu yalnız mənim evdən uzaqda olmağımla bağlı deyil. Dünyada
nöqteyi nəzərlərin, qəbul olunmuş dəyərlərin dəyişməsi baş verir,
avropalılar isə bunu duymurlar. Gözlənilmədən bunu haradasa Bakı
kimi bir yerdə aşkar edirlər. Sadəcə olaraq, mən anladım ki, müxtəlif
şəhərlərdə yaşayan hər bir sovet adamı bir müddətə bütövlüklə mənim
varlığıma, mənə mənsub olan hər bir şeyə hakim kəsilə bilmişdi.
Mənə isə yalnız təəccüblənmək və öyrənmək qalırdı. Sosializm və
kalonializm arasında kifayət qədər qəribə bir mübadilə. Təəccüblənməyə
davam edərək ilk nəticələrə dönmək istərdim. SSRİ məkanında səyahətim
zamanı mən məmurların səlahiyyətsizliyjinə, səhlənkarlığına dəfələrlə
rast gəlmişdim. Bu barədə başqa səyahətçilər də yazmışlar. Amma
mən tamamilə fərqli bir yol - təəccüblənmək yolunu seçmişdim. Brext
kimi mən də bu yolu daha məqsədəuyğun hesab edirəm. Montevideoyaya
oxşanılmasını istəməyən bu yaşıl şəhərdə ürəksıxıcı olmayan bir
şey kəşf etmək, mənim üçün onsuz da meyar olan musiqidə də bunu
kəşf etmək deməkdir. Mən bütün dünyada ümumi, qəbul olunmuş qaydalara
əsaslanan sahələrdə qüsursuz görünəbiləcək şeylər aşkar etdim. erlen
isə mənimçün bunu mümkünsüz edir. Lakin bu cür bəraət nəinki lazımsız,
hətta alçaldıcıdır. Onu demək kifayətdir ki, Arxangelsk, Moskva,
Başqırğıstanda olduğu kimi Bakıda da hər yerdə forteriano, siniflər
və konsert zalları, tələbə və dinləyicilər, müxtəlif ölçüdə teatrlar
mövcuddur. Lakin burada yeni texnika ilə təchiz olunmuş dinləyiş
laboratoriyaları yoxdur. Məncə, hər şey təbəqələrdədir - gözəl,
ecazkar üst qat daha dərinliklərə gedir, Korbyerdə olduğu kimi başqa
layların təzyiqi nəticəsində, hansılar ki, öz növbəsində üst qatda
qüsursuz ola biləcək heç bir şey qoymurlar.
Məni aseptikaya meylin olmaması
heyran edir; heç nə unudulmur, heç bir şey tullanılmır, onlarda
olan hər bir şey artıq istifadədə olmuşdur. Qərbdə resirkulyasiya
sözü dəbdə olduğu halda, SSRİ-də qənaətclik daha populyardır. Bu
da mexaniki olaraq proqres anlayışını qeyri-mümkün edir. Buna görə
də Bakıda muğam itirilmir. Çünki o, azərbaycan və sovet musiqisinə
qabağa getdikcə qüsursuz olmamaq, nə qədər ki, mövcuddur ürəksıxıcı
olmamaq üçün vacib lazımdır. Bununla da mən ilk təəssüratların qısa
yekununu tamamlayıram.
Mirzəzadə ilə mən Sovetlər İttifaqının
başqa bir yerində tanış olmuşdum. O zaman mən onun "İkinci simfoniya"sını
dinlədim və bu əsər mənə çox böyük təsir bağışladı. İlk dəqiqələrdən
səslənmənin dolğunluğu ilə diqqəti cəlb edən bu əsər bizim ekzotika,
hətta neoavanqard musiqi haqqında mövcud fikirlərimizi alt-üst etdi.
Bu cəzbedici strabizmə bənzəyirdi. Mənim adətən dinlədiyim musiqi
- Ayvzdan Şönberqə və onun ardıcıllarına qədər (müxtəlif olsadlar
da, eyni dərəcədə qərb bəstəkarı) - mənimki olmayan, mənə yad olan
musiqinin üfiqlərini aşkar etdi. Lakin mübahisə doğuran bəzək üsulları
qərbin ekzotik varisliyi kimi qəbul olunsa da, əslində bu, musiqinin
daşıdığı məqsədin - fərqli musiqi aləmlərinin uzlaşmasında çatışmayan
bir düyünün axtarışı məqsədinin əldə etdiyi elementlərdir. Digər
tərəfdən "Simfoniya"sının hər bir bitkin bölümünün düzənlənməsində
bəstəkarın nümayiş etdirdiyi zövq mən yaşadığım diyarlarda formalaşmamışdır.
Onun bütövlüklə şərqə məxsus olduğunu, həmçinin Azərbaycan üçün
səciyyəvi olduğunu söyləmək də mümkün deyil. Sovet hakimiyyətinin
qurulmasından çox əvvəl iki hissəyə parçalanmış azərbaycan xalqının
(6 milyonu Sovet Azərbaycanında, 15 milyonu isə İran ərazisində
yaşayan) mədəni mənbələrini anlamaqda mənə tək Mirzəzadənin "Simfoniya"sı
kömək etmədi.