Bir kitabın bir nəfəsi     
      
  X. Mirzəzadə          
1   2   3   4   5  
  Ə. İsazadə
Aleksandr Xodzkonun «Koroğlu» eposu (dastanı) haqqında kitabında Azərbaycan xalq musiqisi nümunələri

X. Mirzəzadə
Bir kitabın bir nəfəsi


 
 
make printcopy print copy

Bakıya gəlib çatdıqda mənə məlum oldu ki, buranın musiqi həyatı, mənim nasaz avtomobildə oturarkən təsvir etdiyim kimi yeknəsək deyil. Hötenin yaşadığı dövrlərdən bəri cənuba hər bir səyahət yeni bir kəşflə bağlı olur. Bakı cənubda yerləşir və mən buraya gələrkən özümü qraf Friesto kimi hiss etdim - "Qraf Friestonun gəlişi özü ilə ictimai həyata böyük bir canlanma gətirdi." Mən heç də Hötenin qəhrəmanı tək populyar olmağı iddia etmirəm. Mən yalnız İtaliyaya səyahət etmiş bu persionajın yerində özümü hiss etdim, çünki gələr-gəlməz sanki burulğana düşdüm, hətta məni burada gözləyən dostlarım - Xəyyam Mirzəzadə və Fərəc Qarayevlə bir an belə təklikdə qalmağa imkan tapmadım. Tezliklə rəsmi nümayəndələrin özlərini sadə, qeyri-rəsmi aparmalarını hiss etdim. Mədəniyyət nazirliyindən etnomusiqişünas Taryel Məmmədov və yerli nəşriyyatın müdiri Məmməd İsmayıl məni müşayiət edir, hər cür rəsmilikdən uzaq söhbətlər aparırdılar. Bakıda mənim heç bir problemim yox idi. Mənim sərişdəli, yararlı yoldaşlarım vardı.

Rəvayətlərdən birinə görə, güman ki, əksər rəvayətlər kimi gerçək olan proletar inqilabından sonra Bakı operasının qadın müğənnilərindən birini tamaşaçılar qarşısına çadrasız çıxmağına görə daşlamışlar. Müsəlman Azərbaycanda bu gün dindar müsəlmanlar 80 faiz təşkil edir. İndi çadralar yox olmuş, hər şey dəyişmişdir. Bu gün əfsanəvi operanın tarixi onun adı ilə bağlıdır.

Başqa rəvayətdə danışılır ki, əsrin əvvəllərində dövlətli neft sahibkarı Tağıyev İtaliyaya səfər etmiş, burada bir opera aktrisasına vurulmuşdur və onu Bakıda çıxış etməyə dəvət etmişdir. O isə Tağıyevə deyir ki, yalnız Milan teatrı kimi bir teatrda oxumağa razı ola bilər. Tağıyev cəmi bir ay müddətinə onun üçün Milan teatrının oxşarı olan bir teatr tikdirmişdir. O illər neftin kəşf olunması ilə milli burjuaziyanın çiçəklənməsi dövrü idi. Deyilənlərə görə opera hakim sinfin toplaşdığı yerə çevrilir. İyirmi il sonra isə bu proletariat üçün səciyyəvi olur. Bu gün teatrın simvolik olaraq yenidənqurması baş verir. Bununla eyni zamanda repertuarın da dəyişdirildiyini öyrəndim. Hərçənd olanları unutmaq da lazım deyil.

Konservatoriyada mənə azərbaycan musiqisinin tarixini danışdılar, hansı ki, 1907-ci ilə qədər yalnız şifahi tərzdə mövcud idi. O zaman maqnat Tağıyev Bakıda teatr tikdirir, səfər etdiyim il 100 illik yubileyi təntənəli şəkildə qeyd olunan Ü.Hacıbəyov isə muğam elementləri ilə avropa tipli musiqini intişar etdirir. Azərbaycan muğamı ərəb muğamına həm oxşayır, həm də oxşamır. O bu günlərdə də bünövrəsini Ü.Hacıbəyov qoymuş Azərbaycan musiqisinin dili olaraq qalmaqdadır. 1921-ci ildə Ü.Hacıbəyov Bakı konservatoriyasının əsasını qoymuşdur. O, simfonik və opera musiqisinin inkişafına təkan vermiş, xalq əfsanələri əsasında simfonik poema və melodramlar yazmışdır. Bunlardan biri də beş pərdəli "Koroğlu" operasıdır. Ü.Hacıbəyovu klassik musiqinin banisi hesab edirlər. Çar Rusiyasının bir çox şəhər və obalarını gəzmiş musiqiçi Bakıda tənqidçi esseist, professional musiqini yaradan və təbliğ edən adam olur. Hər şeydən əvvəl o, bəstəkar və müəllim idi. Azərbaycanda professional musiqiçilərin ikinci - Q.Qarayev nəslini yetişdirdikdən sonra o, 1948-ci ildə vəfat edir. Sonradan onları F.Qarayev, X.Mirzəzadə, A.Məlikov və daha gənc bəstəkarlar əvəz edir. Janrların sayı və istiqaməti genişlənir. "XIX-cu əsrdən başlayaraq Şönberqə qədər və son illərin yeni istiqamətləri."

Azərbaycan musiqisinin müxtəlifliyi ilə məni musiqişünas, konservatoriyanın rektoru Elmira Abbasova tanış edir. Onun təhsil ocağında müasir musiqinin bir çox aspektləri tədris olunur. Lakin hər şey, onun təkidlə qeyd etdiyi kimi, Ü.Hacıbəyovdan başlamışdır. Müasir Azərbaycan bəstəkarları onun yaradıcılığı, öz musiqi mədəniyyətlərinin mənbələri ilə tanışdırlar. Onlar Ü.Hacıbəyovu öyrənir, uzaq musiqi sahillərindən onunla valeh olurlar, ona böyük hörmət və ehtiram bəsləyirlər. Onun gəlişi ilə muğamla professional musiqinin görüşü baş vermişdir. Bakıda musiqi həyatı canlanmışdır. O, 1923-cü il aprelin 8-də Tsvetayevanın yazdığı şerdəki şair tək: "Şair söhbəti uzaqdan başlayır. Şair söhbəti uzaqlara aparır". Yüzillik onu qocaltmadı, onun coşğun ifadəliyini söndürmədi. Hacıbəyov üçün "Uzaq" o deməkdir ki, o, söhbətlərini öz dövrünün uzaqlıqlarından davam etdirəcək. Bu tarixi əlaqə Bakıda bu gün izlənilməkdədir.

Müharibədən sonra sanki səhrada yaşıl oazisə (adaya) çevrilmiş bu şəhərdə hal-hazırda operanın yenidənqurulması sahəsində böyük işlər aparılır. Çünki repertuarda Donitseti, Puççini, Bellini, Verdinin, Azərbaycan bəstəkarlarının və bəzən Prokofyevin əsərlərinin olması artıq onları qane etmir. Təsadüfi deyil ki, bir qədər əvvəl, hələ 20 il öncə konservatoriyanın nəzdində yaradılan opera studiyasının yeni binasının tikintisi başa çatdırılmışdır. Adətən, konservatoriyalar özəl orkestri, xoru, solistləri olan teatra malik olurlar. Tələbələr burada ya orkestrdə, ya da səhnədə çalışırlar. Bakıdakı yeni opera studiyası 750 yerlik standart zala malikdir. Bu işlənilməsində əsasən ağacdan istifadə olunmuş gözəl teatrdır. O hər cür tamaşa və konsertlərin keçirilməsi üçün uyğunlaşdırılmışdır. Rahat foyesi, 12 metrlik səhnəsi vardır. Repertuar əsasən tədris proqramı ilə bağlıdır. Buna baxmayaraq zal hər bir tamaşaçı üçün açıqdır. Onları əslində opera studiyasının musiqi nailiyyətlərindən çox rejissor işindəki, səhnə quruluşundakı tapıntılar maraqlandırır. Buna görə də əsasən operalardan təşkil olunmuş repertuarın səhnələşdirilmənin yeni formalarını öyrətmək məqsədi ilə tədris olunmasını gördüm. Repertuara "Aleko", "Traviata", "Məxvi nigah" kimi, həmçinin müasir azərbaycan və sovet bəstəkarlarının əsərləri daxildir. Bundan əlavə simfonik və kamera musiqisi konsertlərində müasir bəstəkarların əsərləri əhəmiyyətli yer tutur. Əvvəlki opera teatrı ilə müqayisədə 17-19-cu əsrlərə marağın yenidən artması müşahidə olunur. Tamamilə yeni şərhdə. Buna görədir ki, bir çox cəhətdən Milan teatrının oxşarı olan opera teatrını yenidən qurmaq, yaşıllaşdırılıb cənnət bağına çevrilmiş bu günkü Bakı üçün yenidən layihələşdirmək qərarı qəbul olunmuşdur.Konservatoriyada mənə azərbaycan musiqisinin tarixini danışdılar, hansı ki, 1907-ci ilə qədər yalnız şifahi tərzdə mövcud idi. O zaman maqnat Tağıyev Bakıda teatr tikdirir, səfər etdiyim il 100 illik yubileyi təntənəli şəkildə qeyd olunan Ü.Hacıbəyov isə muğam elementləri ilə avropa tipli musiqini intişar etdirir. Azərbaycan muğamı ərəb muğamına həm oxşayır, həm də oxşamır. O bu günlərdə də bünövrəsini Ü.Hacıbəyov qoymuş Azərbaycan musiqisinin dili olaraq qalmaqdadır. 1921-ci ildə Ü.Hacıbəyov Bakı konservatoriyasının əsasını qoymuşdur. O, simfonik və opera musiqisinin inkişafına təkan vermiş, xalq əfsanələri əsasında simfonik poema və melodramlar yazmışdır. Bunlardan biri də beş pərdəli "Koroğlu" operasıdır. Ü.Hacıbəyovu klassik musiqinin banisi hesab edirlər. Çar Rusiyasının bir çox şəhər və obalarını gəzmiş musiqiçi Bakıda tənqidçi esseist, professional musiqini yaradan və təbliğ edən adam olur. Hər şeydən əvvəl o, bəstəkar və müəllim idi. Azərbaycanda professional musiqiçilərin ikinci - Q.Qarayev nəslini yetişdirdikdən sonra o, 1948-ci ildə vəfat edir. Sonradan onları F.Qarayev, X.Mirzəzadə, A.Məlikov və daha gənc bəstəkarlar əvəz edir. Janrların sayı və istiqaməti genişlənir. "XIX-cu əsrdən başlayaraq Şönberqə qədər və son illərin yeni istiqamətləri."

Azərbaycan musiqisinin müxtəlifliyi ilə məni musiqişünas, konservatoriyanın rektoru Elmira Abbasova tanış edir. Onun təhsil ocağında müasir musiqinin bir çox aspektləri tədris olunur. Lakin hər şey, onun təkidlə qeyd etdiyi kimi, Ü.Hacıbəyovdan başlamışdır. Müasir Azərbaycan bəstəkarları onun yaradıcılığı, öz musiqi mədəniyyətlərinin mənbələri ilə tanışdırlar. Onlar Ü.Hacıbəyovu öyrənir, uzaq musiqi sahillərindən onunla valeh olurlar, ona böyük hörmət və ehtiram bəsləyirlər. Onun gəlişi ilə muğamla professional musiqinin görüşü baş vermişdir. Bakıda musiqi həyatı canlanmışdır. O, 1923-cü il aprelin 8-də Tsvetayevanın yazdığı şerdəki şair tək: "Şair söhbəti uzaqdan başlayır. Şair söhbəti uzaqlara aparır". Yüzillik onu qocaltmadı, onun coşğun ifadəliyini söndürmədi. Hacıbəyov üçün "Uzaq" o deməkdir ki, o, söhbətlərini öz dövrünün uzaqlıqlarından davam etdirəcək. Bu tarixi əlaqə Bakıda bu gün izlənilməkdədir.

Müharibədən sonra sanki səhrada yaşıl oazisə (adaya) çevrilmiş bu şəhərdə hal-hazırda operanın yenidənqurulması sahəsində böyük işlər aparılır. Çünki repertuarda Donitseti, Puççini, Bellini, Verdinin, Azərbaycan bəstəkarlarının və bəzən Prokofyevin əsərlərinin olması artıq onları qane etmir. Təsadüfi deyil ki, bir qədər əvvəl, hələ 20 il öncə konservatoriyanın nəzdində yaradılan opera studiyasının yeni binasının tikintisi başa çatdırılmışdır. Adətən, konservatoriyalar özəl orkestri, xoru, solistləri olan teatra malik olurlar. Tələbələr burada ya orkestrdə, ya da səhnədə çalışırlar. Bakıdakı yeni opera studiyası 750 yerlik standart zala malikdir. Bu işlənilməsində əsasən ağacdan istifadə olunmuş gözəl teatrdır. O hər cür tamaşa və konsertlərin keçirilməsi üçün uyğunlaşdırılmışdır. Rahat foyesi, 12 metrlik səhnəsi vardır. Repertuar əsasən tədris proqramı ilə bağlıdır. Buna baxmayaraq zal hər bir tamaşaçı üçün açıqdır. Onları əslində opera studiyasının musiqi nailiyyətlərindən çox rejissor işindəki, səhnə quruluşundakı tapıntılar maraqlandırır. Buna görə də əsasən operalardan təşkil olunmuş repertuarın səhnələşdirilmənin yeni formalarını öyrətmək məqsədi ilə tədris olunmasını gördüm. Repertuara "Aleko", "Traviata", "Məxvi nigah" kimi, həmçinin müasir azərbaycan və sovet bəstəkarlarının əsərləri daxildir. Bundan əlavə simfonik və kamera musiqisi konsertlərində müasir bəstəkarların əsərləri əhəmiyyətli yer tutur. Əvvəlki opera teatrı ilə müqayisədə 17-19-cu əsrlərə marağın yenidən artması müşahidə olunur. Tamamilə yeni şərhdə. Buna görədir ki, bir çox cəhətdən Milan teatrının oxşarı olan opera teatrını yenidən qurmaq, yaşıllaşdırılıb cənnət bağına çevrilmiş bu günkü Bakı üçün yenidən layihələşdirmək qərarı qəbul olunmuşdur.

Bakının yaşıllaşdırılmasına ayrıca başlıq həsr etmək olar. O, müharibədən sonrakı yenidənqurmaların simvoluna çevrilmişdir. Başqa bir ərazi haqqında Marianna Mur soruşurdu: "Hansı bir yer bu cür nailiyyətlərlə öyünə bilər?" Şübhəsiz ki, Bakı bununla öyünə bilər. Bu, təbiətə atılmış çağırış idi. Şəhərin amfiteatr yerləşdirilmiş yüksəkliyini burada basdırılmış tozağacı tamamlayır. Qumsal ərazidə vüqarla ucalan bu yeganə ağac ölkənin şimalı ilə, eləcə də SSRİ-nin başqa ucqarları ilə əlaqə saxlayan antennanı xatırladır. Nəyə görə bu, əllə basdırılmış ağac ünsiyyət simvoluna çevrilmişdir? Mən bir daha ona baxmağa gələndə o, mənə əlçatmaz arzuların həyata keçməsi simvolu, aşağıda görünən yeniliklər şəhərinin simvolu təsiri bağışladı. Neft maqnatları dövrünün və proletariatın qələbəsindən sonra müharibəyə qədərki dövrün Bakısı, əslində, Xəzərin o tayında görünən "Qara Boğazın" davamı idi. "Qara Boğaz" türkməncə qara boğaz deməkdir (Mətn italyan və rus dillərindən tərcümə olunub).

Qara neft səhralıqda aşkar edilmiş və əldə olunmağa başlanmşdır. Elə burada, qum və neft quyuları arasında burjuaziya Bakını ucaldırdı. Burada burjuaziyanın istismar etdiyi və şərq qumsallıqlarında ilk tətil elan etmiş proletariat meydana gəlir. Tətillərə baxmayaraq, şəhərin qurulması davam etdirilirdi. O toz-torpaqlı, həyatsız idi, Montevideo kimi - "qara boğazlar" şəhəri, insanları "cəhənginə alan" və neft püskürən Qara Boğaz. Bakı belə yarandı - səhrada sənaye şəhəri. Vaxtı ilə, mövcud qonaqpərvərliyin əlaməti olan orta əsr karvansaraların izi onun küçələrində itib batdı.


 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site