Bir qədər sonra (poststrukturalizm
dövründə) mədəniyyətin sitatlılığını, mədəniyyətin əks-sədasını
gücləndirməyə meyli hamı milli sənətin yetkinliyinə, onun dünya
mədəniyyəti ilə inteqrasiyasına sübut kimi qəbul etmişdir. Deyə
bilərik ki, bizim üçün bu proses Qara Qarayevdən başlanmışdır. Milli
mədəniyyət üçün məhz Qara Qarayev tərəfindən elə bir kod formalaşdırılmışdır
ki, onun sayəsində Azərbaycan bəstəkarları dünya musiqi prosesinə
qoşulmaq imkanı tapmışlar. Onun dodekafon texnikasında yazdığı əsərlər
- III Simfoniya, Skripka ilə orkestr üçün konsert səthi-təsadüfi
təqlidlər və tarixi qarşlıqlı əlaqələr keyfiyyətindən - "mədəniyyətlərin
sintezi" sistemi ilə elan olunmuş keyfiyyətdən əzəl başdan məhrumdurlar.
Tarixi ənənə ilə müasirlik, beynəlmiləlliklə millilik, "əsas kod"
ilə idiolekt arasındakı barışmaz ziddiyət Qara Qarayev yaradıcılığının
məhz son "dodekafon" dövründə "aradan götürülmüşdür". Bu fərqlər
əsla ləğv edilmir, lakin onlara cəlb olunmuş qüvvələr elə bir təkraredilməz
musiqi dili əmələ gətirir ki, bu dil bəstəkarın şagirdlərinin müxtəlif
üslub sistemlərində öz əksini tapır və "Qarayev bəstəkarlıq məktəbi"
anlayışının mahiyyətini təşkil edir.
QEYDLƏR
1.Q.Şneerson. Şönberqin məktubları
haqqında. "Muzıka i sovremennostğ" kitabı. M., Muzıka, 1966, 4-cü
buraxılış.
2.S.Kurbatskaə. Seriynaə muzıka:
voprosı istorii, teorii, gstetiki. M., TÜ "Sfera", 1996.
3.G.W.Dunne. The Serial universe.
London, 1930.
4.V.Rudnev. Seriynoe mışlenie //Dauqova,
1992, N3. Bu alim seriyalılıq fenomenini məntiqi pozitivizmin və
struktur linqvistikanın analoqu kimi geniş səpkidə araşdırır.
5.E.S.Kubryakova: "İnsanın bütün
həyatı boyu baş verən leksik zənginləşmə prosesinin mühüm nəticələri
var. Biz bütün sözləri və onların kəsb etdiyi anlayışları mənimsəməklə
əslində nəinki öz dünyagörüşümüzü genişləndiririk, həm də yeni bilik
sahələrinə qədəm qoyuruq. Dünyanın gözlərimiz qarşısında açılan
mənzərəsi genişlənir, lakin təkcə ona görə yox ki, hər bir yeni
söz bu mənzəryə daha hansısa bir cizgini əlavə edir. Ayrı-ayrı əlamətlər
fonunda və həmin fərdi leksik vahidlərdən, əsasən də sözlərdən bu
və ya digər ümumi xüsusiyyətlə birləşmiş müəyyən vahidlər dərəcəsi
tədricən təşəkkül tapır. Sonuncu dərk edildikcə obyektin nə isə
bir xassəsi ondan ayrıca bir hal olaraq qavranıldığı kimi, yəni
mücərrəd əlamət olduğu kimi, dərəcənin də nə isə bir xassəsi bu
dərəcənin "obrazını" formalaşdırır və artıq ondan ayrıca olaraq
daha yüksək qaydada abstraksiya yaradır. Beləliklə də tədricən yeni
mürəkkəb konseptlər əmələ gəlir ki, onlar da öz növbəsində yeni
qaydada qruplaşaraq və ya yeni əlaqələrə girərək, daha abstrakt
və daha mürəkkəb mahiyyətlər meydana gətirir. Nəticədə məkanda məchul
nöqtələri əvvəlcə yalnız göstərən ayrı-ayrı vahidlər əsasında koordinatların
və məkanın özünün sistemi təşəkkül tapır. Daha yüksək dərəcəli abstraksiyalar
meydana gəlir və görünür, məhz onların məcmu dünyanın müxtəlif dilləri
üçün universal, yəni tərkibcə oxşar məcmuya yaxın olur. (S.148).
E.S.Kubrəkova. Rolğ slovoobrozovaniə
v əzıkovoy kartine mira. M.,1988, -216-ı səhifə.
6.F.Qerşkoviç. Tonalğnıe osnovı
Şenberqovoy dodekafonii // F.Qerşkoviç. O muzıke. M.,1991.
7.U.Gko. Otsutstvuöhaə struktura.
Vvedenie v semioloqiö. TOO TK "Petropolis", 1998. - 131.
8.P.Bulez. İdeə, realizaüiə, remeslo
// Nomo musicus: Alğmanax muzıkalğnoy psixoloqii. M. 1994 - 206-cı
səh. (s.99-100).
9.Pierre Bouler, Releves darrrenti,
Paris, rag.297.
10.Teodor V.Adorno. Muzıka i naüiə.
// İzbrannoe: Soüioloqiə muzıki. M.-SPb: Universitetskaə kniqa,
1998.