Redaksiya heyəti
Editorial board
Jurnalın siyasəti
Journal's policy
Məqalənin tərtibat qaydaları
Publication requirements
Abstracts Müəlliflər haqqında məlumat
About the authors


MƏQALƏNİN TƏRTİBAT QAYDALARI / PUBLICATION REQUIREMENTS

     
MƏQALƏ GÖNDƏR   SUBMİT AN ARTICLE

• Məqalələr Azərbaycan, ingilis, türk və rus dillərində təqdim edilə bilər.

• Məqalənin həcmi 24.000 işarədən (12 səhifədən) az olmamalıdır.

• Məqalələrin mətnləri Times New Roman - 14 şrifti ilə (Azərbaycan dilində latın əlifbası,rus dilində kiril əlifbası, ingilis dilində ingilis əlifbası ilə) 1,5 intervalla çap olunmalıdır.

• Məqalədə müəllif(lər)in işlədiyi müəssisə(lər) və müəllif(lər)in elektron poçt ünvan(lar) göstərilməlidir.

• Məqalənin başlanğıcında məqalənin UOT indeksi, DOİ indeksi, müəllifin soyadı, adı, atasının adı, işlədiyi müəssisə və onun ünvanı, vəzifəsi, elmi adı, elmi dərəcəsi və ya fəxri adı e-mail ünvanı, daha sonra, məqalənin Adı, məqalənin yazıldığı dildə qısa xülasəsi (100-250 söz) və açar sözlər (6-10 söz) verilməlidir. Məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və sair aydın şəkildə verilməlidir.

• Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla (məsələn, [1] və ya [1, s. 119] kimi işarə olunmalı) ya da əlifba ardıcıllığı ilə nömrələnməlidir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

• Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır.

• İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.

• Məqalənin sonundakı ədəbiyyat siyahısında 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.

• Məqalədə verilən əlavələr (not nümunələri, misallar), cədvəllər, qrafiklar, formulalar, şəkillər ixtisar və şərti işarələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatın 2.7 – 2.12 bəndlərinə uyğu tərtib olunmalıdır.

• Dərc olunduğu dildən əlavə başqa iki dildə məqalənin 100-250 söz həcmində xülasəsi və açar sözlər (6-10) verilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Məqalədə müəllifin və ya müəlliflərin əldə etdiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.

• Göndərilən məqalə əvvəllər dərc olunmamalıdır.

• Məqalənin orijinallığı 75 faiz təşkil etməlidir.

• Müəllif jurnalın saytında qeydiyyatdan keçdikdən sonra məqaləni redaksiyaya müvafiq rəylə birgə elektron formada göstərilən email ünvana mamedovtariyel@gmail.com göndərməlidir.

• Məqalənin daxil olması, məqalənin statusunun dəyişilməsi (resenziyanın nəticələri, dərc edilməsi barədə təsdiq və s.) barədə bildirişlər müəllifin qeydiyyat zamanı göstərdiyi email ünvana göndəriləcəkdir.

NÜMUNƏLƏR:

Kitab və jurnallara istinad aşağıdakı qaydada verilməlidir:

1. Müəllifin soyadı və inisialı. Kitabın adı. Cildin nömrəsi. Şəhər: nəşriyyat, nəşr ili, ümumi səhifələrin sayı;

2. Müəllifin soyadı və inisialı. Məqalənin adı // Jurnalın adı, nəşr ili, buraxılış nömrəsi, başlanğıc-son səhifələr.

Məqalənin quruluşu:

• məqalənin UOT indeksi

• Məqalənin DOİ indeksi

• Müəllifin soyadı, adı, atasının adı,

• İşlədiyi müəssisənin adı, vəzifəsi, elmi adı və elmi dərəcəsi, fəxri adı (və ya doktorant və ya dissertant olduğu təşkilatın adı, təhsilin forması),

• İşlədiyi müəssisənin (və ya doktorant olduğu təşkilatın) ünvanı (poçt nömrəsi göstərilməklə),

• Müəllifin email ünvanı,

• Məqalənin yazıldığı dildə qısa xülasəsi (100-250 söz) və açar sözlər (6-10)

• məqalənin adı (baş hərflərlə)

• Məqalənin mətni

• İstifadə edilmiş ədəbiyyat siyahısı

• Digər iki dildə məqalənin adı, müəllifin adı və soyadı göstərilməklə qısa xülasəsi (100-250 söz), açar sözlər (6-10)

Məqalə aşağıda qeyd olunan hissələrdən ibarət olmalıdır:

• Giriş

• Mövzunun təqdimatı

• Problemin həlli

• Nəticə (elm sahəsinin və məqalənin mövzusuna uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və sair)

• İstifadə edilmiş ədəbiyyat siyahısı.

Məqalənin təqdim edilmə qaydaları

• Saytın “Məqaləni göndər” menyusuna daxil olaraq açılan pəncərədə müəllif haqqında informasiya və məqalənin elektron faylı əlavə olunur;

• Məqalə dərc olunmaq üçün redaksiya tərəfindən müvafiq ixtisas üzrə resenzentə təqdim edilir;

• Resenzent 7 iş günü ərzində öz rəyini redaksiya heyətinə təqdim edir;

• Müsbət rəy alan məqalə müəllifinə qeydiyyat zamanı göstərdiyi e-maila “Məqalə rəyçi tərfindən müsbət qiymətləndirilib və dərc olunmaq üçün tövsiyə edilir” məzmununda bildiriş göndərilir;

• Məqalənin dərc olunması təsdiq edildək sonra ödəniş həyata keçirilir. Jurnalın çap xidmətləri ödənişlidir.

Məqaləyə rəyin verilməsi qaydaları

Redaksiyaya təqdim olunan bütün məqalələr antiplagiat proqramından keçirilir. Məqələnin orijinallığı 75 faiz təşkil etməlidir.

1. Məqalələr elmi dərəcəyə və elmi ada malik olan redaksiya heyətinin üzvləri və ya xarici rəyçilər tərəfindən resenziya edilir. Düzəlişlər məqalə müəllifi ilə razılaşdırıldıqdan sonra aparılır.

2. Məqaləyə verilən rəy 7 iş günü ərzində müəllifə təqdim olunur.

3. Resenziyada aşağıdakı məsələlər öz əksini tapır:

A) məzmunun məqalə adına uyğunluğu;

B) məqalənin nəzəri və əməli baxımdan müasir sənətşünaslıq elminə uyğunluğu;

C) məqalənin dil və üslub baxımından oxucuya aydın, səlis dildə təqdim edilməsi, əlavə materialın (cədvəl, formula, not nümunələrinin, şəkillərin və s.) əyaniliyi;

D) Düzəlişə ehtiyacı olan irad və təkliflərin müəllifə bildirilməsi.

4. Resenziyalar rəyçilərin çalışdığı təşkilatlar tərəfindən müvafiq qaydada təsdiq olunur;

5. Resenziyalar 5 il müddətində jurnalın redaksiyasında qorunub-saxlanılır.

6. Resenziyada düzəlişə ehtiyac olduğu göstərildiyi halda jurnalın məsul şəxsi həmin iradları müəllifə təqdim edir. Müəllif rəydə göstərilən iradlarla razılaşıb onları aradan qaldırır və ya əsaslı arqumentlər göstərərək iradları təkzib edir. Müəllif tərəfindən yenidən işlənilən məqalə təkrar resenzentə təqdim olunur.

7. Resenzent tərəfindən çapa tövsiyə edilməyən məqalə təkrar baxılmaq üçün qəbul edilmir. Mənfi rəy müəllifin email ünvanına göndərilir.

8. Redaksiya həyəti məqalənin dərc olunmasını təsdiq etdikdən sonra müəllif çap xidmətlərinə görə ödəniş edir. Müəllifin emailinə ödənişin daxil olması, habelə jurnal nömrəsinin dərc olunma müddəti barədə bildiriş göndərilir.

 

 

 



 

 

 

 

 

 

• Articles can be submitted in Azerbaijani, English and Russian languages.

• The length of the article should not be less than 24,000 symbols (12 pages).

• The texts of the articles should be printed with Times New Roman - 14 font (Latin alphabet in Azerbaijan, Cyrillic alphabet in Russian, English alphabet in English) with 1.5 intervals.

• The article should state the institution(s) where the author(s) work and the author(s)' e-mail address(es).

• At the beginning of the article, the UDC (universal decimal code) and DOİ index of the article, the author's last name, first name, the institution where he works and his address, position, academic title, academic degree or honorary title, e-mail address, then the Title of the article, a brief summary in the language in which the article is written (100 -250 words) and keywords (6-10 words) should be provided. At the end of the article, according to the nature of the scientific field and the article, the scientific novelty, applied importance, economic benefit, etc. of the work should be clearly stated.

• There should be references to scientific sources related to the topic of the article. The bibliography at the end of the article should be numbered in the order in which the cited literature is found in the text (for example, it should be marked as [1] or [1, p. 119]) or in alphabetical order. If the same literature is cited again in another place in the text, then the cited literature should be indicated by the previous number.

• Information about each reference given in the reference list should be complete and accurate.

• The bibliographic description of the referenced source should be provided depending on its type (monograph, textbook, scientific article, etc.). When referring to scientific articles, materials or theses of symposiums, conferences and other prestigious scientific events, the name of the article, report or thesis should be indicated. When providing a bibliographic description of the cited source, the requirements of the "Referenced literature" section of the "Referenced literature" section of the current instruction of the Higher Attestation Commission of the Presidency of the Republic of Azerbaijan on "Rules of Dissertations" should be taken as a basis.

• Scientific articles, monographs and other reliable sources of 5-10 years should be preferred in the literature list at the end of the article.

• Appendices (note examples, examples), tables, graphs, formulas, images, abbreviations and conventional signs given in the article should be drawn up in accordance with clauses 2.7 - 2.12 of the effective instruction of the Higher Attestation Commission under the President of the Republic of Azerbaijan on "Rules for Compiling Dissertations".

• A 100-250-word summary of the article and keywords (6-10) should be given in two other languages in addition to the language in which it was published. The summaries of the article in different languages should be identical and consistent with the content of the article. In the article, the scientific result obtained by the author or authors, the scientific novelty of the work, the importance of application, etc. should be concisely reflected in the summary. Abstracts should be strictly edited from a scientific and grammatical point of view. Each abstract should include the title of the article and the full name of the author or authors.

• The submitted article must not have been previously published.

• Originality of the article should be 75 percent.

• After registering on the journal's website, the author must send the article to the editorial office together with the corresponding opinion in electronic form to the specified email address mamedovtariyel@gmail.com

• Notifications about the entry of the article, change of the status of the article (review results, confirmation of publication, etc.) will be sent to the email address specified by the author during registration.

EXAMPLES:

Reference to books and journals must be given as below:

1. Surname and initials of the author. Title of the book. Number of the volume. City: edition, publication year, number of pages.

2. Surname and initials of the author. Title of the article// Name of the journal, publication year, issue number, the first and the last pages.

Structure of the article:

• UDC index of the article

• DOİ index of the article

• Name and surname of the author

• Place of work and post, scientific degree, honorary title (it must be noted name of the institution where one is a candidate for a degree or a doctor for a degree.)

• Address of work (or institution where one is a doctor for a degree)

• E-mail of the author

• A short summary and keywords (6-10) of the article in the same language that was the article written in

• Title of the article in capital letters

• Text of the article

• List of references

The article should consist of the following parts:

• Introduction

• Setting the issue

• Problem solving

• Conclusion (in accordance with the nature of the field of science and the article, the scientific novelty of the work, its application importance, economic efficiency, etc.)

• Reference list

Terms of publication

• By going to the site menu “Make a Submission”, in the window that appears, enter the author’s contact information and attach a file with the text of the article.

• The editors review the article within 7 days.

• The author of an article with positive feedback from the reviewer is sent a letter with the notification: “The article has been reviewed and will be published.”

• After receiving a message about the acceptance of the article, payment for publication is made.

The procedure for reviewing articles in the journal:

All articles submitted for consideration for publication are checked for plagiarism. The originality of the article must be at least 75%. Articles are reviewed by members of the editorial board or external reviewers who have an academic degree and academic title in the relevant specialty, and are corrected. All edits must be agreed with the author of the article.

1. Upon receipt of the article, the secretary of the editorial board determines the article’s compliance with the journal’s profile, design requirements and sends the article for review to one of the members of the editorial board or an external reviewer - a specialist who has the scientific specialization closest to the topic of the article.

2. The period for reviewing the article is 7 days.

3. The following questions are reflected in the review by a member of the editorial board or an external reviewer:

a) compliance of the content of the article with the topic stated in the title;

b) to what extent the article corresponds to modern achievements in the field of theory and practice of art criticism;

c) accessibility of the article’s material to readers, in terms of language, style, location of the material, clarity of tables, diagrams, drawings and formulas;

d) is it advisable to publish the article taking into account the novelty of the article materials;

e) what shortcomings, corrections and additions should be made by the author of the article;

4. All reviews performed by members of the editorial board are certified by the publisher, reviews performed by external reviewers are certified in the manner established in the institution where the reviewer works.

5. All reviews are stored in the publishing house for 5 years.

6. If the review contains recommendations for correcting and finalizing the article, the secretary of the editorial board of the «World of Music» journal sends the reviewer’s comments to the author with a proposal to take them into account when preparing a new version of the article or to refute them with reason (partially or completely). The article modified (revised) by the author is sent for re-review.

7. An article not recommended for publication by the reviewer will not be accepted for reconsideration. The text of the negative conclusion is sent to the author by e-mail.

8. After the editorial board of the journal makes a decision to accept the article for publication, the author is issued an invoice for the publication fee, which covers publishing costs. The author is informed by e-mail about receipt of payment, as well as about the timing of publication.

MƏQALƏ GÖNDƏR   SUBMİT AN ARTICLE