Mahnı yaradıcılığı, ifaçılığı və
onun təbliği məsələləri illərdən bəridir ki, musiqi həyatımızın
ən kəskin və ən aktual problemlərindən biri olaraq qalır. Bu sahədəki
vəziyyəti aydınlaşdırmaq və onu yaxşılığa doğru dəyişmək məqsədilə
tədbirlər planı hazırlamaq üçün Azərbaycan Bəstəkarlar İttifaqı
Yazıçılar Birliyi ilə müştərək müşavirə keçirmişdir. Ötən ilin dekabrında
Yazıçılar Birliyinin Natəvan adına klubuna toplaşmış bəstəkarlar,
yazıçılar, musiqişünas və tənqidçilər öz çıxışlarında mahnı janrının
ən müxtəlif aspektlərinə toxunaraq, hal-hazırda incəsənətin ən çox
sevilən və geniş yayılan bu janrında qabarıq nəzərə çarpan nöqsanlardan
söz açdılar. Müşavirədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar,
Bəstəkarlar İttifaqının birinci katibi Vasif Adıgözəlov, bəstəkarlardan
Ramiz Mustafayev, Ramiz Mirişli, Cavanşir Quliyev, Sərdar Fərəcov,
Nəriman Əzim Gəncəli, musiqişünaslardan İmruz Əfəndiyeva, Ramiz
Zöhrabov, şairlərdən Fikrət Qoca, Qabil, Nüsrət Kəsəmənli, Fikrət
Sadıq, Kələntər Ramiq Muxtar, sənətşünas Azad Əliyev çıxış etdilər.
Müzakirələr zamanı qoyulan məsələlərin vacibliyini nəzərə alaraq
"Musiqi dünyası" jurnalı bəzi çıxışları oxucuların diqqətinə çatdırır.
[ more...
] |
|
|
|

ir neçə il bundan əvvəl baş vermiş
bir hadisə məni sonralar Rəşid Behbudov fenomenini araşdırmağa,
daha dərindən dərk etməyə vadar etdi. Bu vaxta qədər mən hər bir
azərbaycanlı kimi onu qeyri-adi, əvəzolunmaz bir sənətkar kimi sevir
və onunla fəxr edirdim. Bu gün isə daha böyük hisslərlə fəxr edirəm
ki, dünyanı heyrətə gətirən sənətkar mənsub olduğum xalqın oğludur.
Yəqin ki, çoxlarının xatirindədir:
1996-cı ildə görkəmli sənətkar Müslüm Maqomayev Moskvada "Rossiya"
konsert zalında "Rəşid Behbudov ulduzu" adlı çox yüksək səviyyəli,
misli görünməmiş təntənəli bir gecə keçirtdi. Dünyanın bir çox ölkələrindən
bu gecədə iştirak etmək üçün adlı-sanlı sənətkarlar gəlmişdilər.
Rusiya Federasiyasının Dövlət Duması, Xarici İşlər Nazirliyi, Moskva
hökuməti, MDB ölkələri ilə əlaqə nazirliyi kimi mötəbər dövlət orqanlarının
təşkilatçılığı ilə hazırlanan gecəni bütün mərkəzi telekanallar
lentə yazırdılar. "Vesti", "Vremya" kimi proqramlar gecənin keçirilməsi
haqqında məlumat yaymaqdan əlavə RTR, ORT, NTV kanaları gecədən
translyasiya hazırlamışdılar. Mənə də o zaman həmin gecənin bütünlüklə
video yazısını Azərbaycan televiziyası ilə yaymaq xoşbəxtliyi nəsib
olmuşdu. Müslüm Maqomayevin yaxın qohumu, İsveçrədə yaşayan çox
zəngin həmyerlimiz Kamal Zeynalzadə bu gecənin keçirilməsi üçün
100 min ABŞ dolları, "Lukoyl"un prezidenti Vahid Ələkbərov 7 min,
"Krokus interneşnl" şirkətinin rəhbəri Araz Ağalarov
10 min dollar pul ayırmışdılar.
Gecə sözün əsil mənasında əfsanəvi bir gecə idi. Lakin yüksək səviyyədə
hazırlanan gecənin keçirilməsinə bir gün qalmış Dağıstanda çox faciəli
bir hadisə baş verdi. Kaspiysk rayonu ərazisində Rusiya sərhədçilərinin
yaşadığı çoxmərtəbəli bina partlayışı nəticəsində 200-dən artıq
sərhədəçi həlak oldu. Bu məlumat bütün Rusiyanı sarsıtmışdı. Ölkə
prezidenti B.N.Yeltsin bütün Rusiya ərazisində 3 günlük matəm elan
etmək qərarını vermişdi və qərar tədbir keçirilən gün saat 17-də
elan olunmalı idi. Beləliklə, qeyri-adi və yüksək səviyyədə hazırlanan
gecənin keçirilməsini təxirə salmaq haqqında müxtəlif təkliflər
səslənirdi. Müslüm Maqomayev Rusiya Prezident Aparatı ilə əlaqə
saxlayıb tədbirin keçirilməsi haqqında B.N.Yeltsinə məlumat verilməsini
xahiş etdi. Bir müddətdən sonra Prezident Aparatından Müslüm Maqomayevə
zəng edib bildirdilər ki, B.N.Yeltsin Rəşid Behbudova həsr olunan
gecənin təxirə salınmasını rəva bilmir və xahiş edir ki, "onun salamını
sənətkarın ailə üzvlərinə və bütün iştirakçılara yetirəsiniz. Eyni
zamanda B.N.Yeltsin gecədə iştirak edə bilməyəcəyini üzürlü saymağı
xahiş edir və onun əvəzinə RF Dövlət Dumasının sədri Seleznyov iştirak
edəcək. Ümumrusiya matəmini isə prezident iki gündən sonra, yəni
Siz Rəşid Behbudov gecəsini keçirəndən sonra elan edəcək".
[ more...
]
|
|