Noyabr ayının 8-də "Açıq Cəmiyyət
İnstitutu - Azərbaycan" ın mədəniyyət
və incəsənət Mərkəzində, respublikamızda
ilk professional musiqi jurnalının - "Musiqi dünyası"nın
prezentasiyası keçirilib. Burada ilk dəfə olaraq
jurnalın İnternet variantının da ictimai baxışı
oldu.
Mərasimə çoxsaylı
mətbuat nümayəndələri - "Xalq", "Azadlıq",
"Musavat", "Nedelə" qəzetlərinin, "İrs" və
"Azerbaican International" jurnallarının, AzərTAC-ın,
radio və televiziyanın - AzTV-nin musiqi redaksiyasının,
"Səhər" proqramının əməkdaşları
toplanmışdı. Sonrakı günlərdə,
bir sıra qəzet-lərdə, AzT-1 və AzT-2 telekanallarında,
"Azadlıq" radiokanalında Azərbaycan musiqi mədəniyyətinin
tarixində belə vacib və mənalı hadisə
ətraflı işıqlandı.
Təqdimat mərasimində Azərbaycan
Respublikasının öncül ziyalıları, Mədəniyyət Nazirliyi, Müdafiə
Nazirliyi, Elmlər Akademiyası, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası,
Bəstəkarlar İttifaqı, SOROS, IREX, IATP, BP-AMOKO, Avrasiya fondu,
Müəllif Hüquqları Agentliyi, Qərb Universiteti, İncəsənət Universiteti
kimi təşkilat və şirkətlərin nümayəndələri iştirak edirdilər.
Mərasim ilə bağlı,
bizim jurnalımızın redaktoru Leyla FƏRƏCOVAYA
bilgiləndirən materiallar hazırlamaq tapşırılmışdır.
Gəlin, ilk müsahibimiz kimi "Musiqi dünyası"
jurnalının baş redaktoru və təsisçilərindən
biri, sənətşünaslıq elmləri doktoru
Tariyel MƏMMƏDOVU dinləyək:
L.F.:-Siz Azərbaycanda birinci
peşəkar musiqi jurnalının baş redaktorusunuz. Belə bir jurnalı yaratmaq
ideyası sizə haradan və necə gəldi?
T.M.:-Hər bir ideya kimi, həmin
ideya da çox uzun zaman yetkinləşib, hərtərəfli cilalanmışdı. Demək
olar ki, buna çox çətinliklə nail olduq.
Mən daim özümə sual verirdim: "Ola
bilərmi ki, suveren ölkədə musiqi xadimlərinin öz tribunası olmasın?
Ola bilərmi ki, müstəqil ölkədə musiqi elmi, bütün özünəməxsus tutumu
ilə mövcud olsun, lakin, ümumdünya elmi paradiqmasına daxil olunmasın?
Ola bilərmi ki, demokratik ölkədə musiqi təhsili və tərbiyəsi demokratik
prinsiplərsiz həyata keçirilsin? və s. və i.a. Bütün bu məsələlərin
həll olunması üçün çıxış yolu axtarıb tapmaq lazım idi.
Bu günkü hadisə isə, mənim inamımın
düzgün yolda olmağını təsdiq edir: belə bir peşəkar musiqi jurnalının
nəşr edilməsi çox gərəklidir.
L.F.:-Jurnalın fəaliyyət dairəsi
nədən ibarətdir və o hansı vəzifələr daşıyır və daşımalıdır?
[ more...
] |
|
|
|
ünya
miqyasında məşhur olan nəhəng bəstəkar, publisist, dramaturq, pedaqoq,
tarixçi, ictimai xadim Üzeyir bəy Hacıbəyov haqqında dönə-dönə yazılsa
da, deyilsə də yenə azdır. Hər dəfə Üzeyir bəy dünyasına nəzər salarkən
agahedilməsi, öyrənilməsi vacib olan mətləblər ortaya çıxır.
Ölməz bəstəkar
Ü.Hacıbəyov təkcə Azərbaycanda deyil, eyni zamanda bütün keçmiş
SSRİ məkanında və Dünyada tanınan və sevilən gözəl sənətkardır.
Heç təsadüfi deyildir ki, hələ SSRİ-nin qılıncının sağı da, solu
da kəsən bir vaxtda bu imperiyanın rəhbərliyinin, şəxsən Stalinin
özünün Üzeyir bəyə böyük rəğbəti və ehtiramı var idi. 1938-ci ilin
aprel ayında Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyü
zamanı İosif Vissarionoviç Stalin işinin çox olmasına rəğmən iki
dəfə "Koroğlu" operasına tamaşa etmiş, bu əsəri "ən gözəl Sovet
operası" adlandırmışdır. Dekadanın yekunundan sonra təşkil edilmiş
ziyafətdə isə "Arşın mal alan" musiqili komediyasından parçalar
oxumuşdur. Bu da Üzeyir bəyə, onun musiqisinə olan maraqdan və hörmətdən
irəli gəlirdi.
Məhz böyük
sənətkara olan bu ehtiramın nəticəsi idi ki, 1938-ci ilin oktyabr
ayında Moskvada keçirilən dirijorların birinci Ümumittifaq müsabiqəsinn
münsiflər heyətinin tərkibində Üzeyir bəy Hacıbəyov da var idi.
1939-cu ildə
yenə Moskvada keçirilən SSRİ xalqlarının milli alətləri ifaçılarının
müsabiqəsinə sədrlik isə Ü.Hacıbəyova tapşırılmışdır. Hələ Azərbaycan
incəsənəti dekadası zamanı dahi sənətkarın öz əsələrində Avropa
musiqi alətləri ilə Şərq musiqi alətlərinin sintezini yaratması
və simfonik orkestrə xalq çalğı alətlərinin salınması hamının diqqət
mərkəzində olmuş və böyük maraq doğurmuşdur. Elə oradaca, banket
zamanı Stalin təklif etmişdir ki, milli musiqi alətlərində çalan
ifaçıların müsabiqəsi keçirilsin, Üzeyir bəy də həmin yarışa rəhbərlik
etsin.
Böyük məmnunluqla
bu təklifi qəbul edən Üzeyir bəy Hacıbəyov Moskvadan qayıtdıqdan
sonra SSRİ-nin hər yerində bu müsabiqəyə geniş hazırlıq görülməsini
təşkil etmişdir. Əvvəlcə kənd, sonra rayon, daha sonra şəhər və
respublikalar səviyyəsində baxışlar keçirilmişdi. Yerlərdəki yarışlarda
qalib çıxanlar Moskva şəhərində keçirilən SSRİ xalqlarının müsabiqəsində
iştirak etməli idilər. İki min iştirakçıdan cəmi iki yüz nəfəri
Moskvaya vəsiqə almışdır.
Müsabiqə
1939-cu il oktyabr ayının 1-dən 15-ə qədər SSRİ-nin paytaxtında
keçirildi. İki həftə davam edən müsabiqənin münsiflər heyətinin
sədri Üzeyir bəy Hacıbəyov idi. Münsiflər heyətinin tərkibinə isə
SSRİ-nin görkəmli mütəxəssisləri, profesorları - Belyayev, Lüfer,
Vasilenko, Kamalov, Aqafotin, Qelis, Şubin, Surin, Belov, Şumskaya,
Qlier, Paxaladze və başqaları daxil idilər.
9 oktyabr
1939-cu il tarixli "Sovetskoe İskustvo" qəzetinin 73-cü sayında
"Milli musiqi alətlərində ifaçıların Ümumittifaq baxışı" sərlövhəli
maraqlı yazı və müsabiqənin sədri Üzeyir bəy Hacıbyov başda olmaqla
münsiflər heyətinin foto şəkli verilmişdir. Həmin məqalədə yazılmışdır:
"Milli musiqi alətlərində ifaçıların birinci Ümumittifaq baxışına
maraq günü-gündən artır. Ölkənin çoxsaylı milli respublikalarınn
ən ucqar vilayət və bölgələrindən olan xalq musiqiçiləri müsabiqədə
iştirak edirlər.
[ more...
]
|
|