Bu ilin yayında "Musiqi Dünyası"
jurnalının redaktoru Anna Əmrahova Moskvaya,
yaradıcılıq ezamiyyətinə getmişdi. Bu səfərdən məqsəd - Moskvada
yaşayıb yaradan musiqişünas xadimlərlə əlaqə yaratmaqdan və dövlətlərimizinin
- istər Rusiyanın, istərsə də Azərbaycan ictimai-siyasi quruluşunun
yeniləşməkdə olduğu son illər ərzində yaranmış informasiya vakuumunu
(Azərbaycan Rusiya haqda, Rusiyada isə Azərbaycan haqqında informasiya
vakuumunu) mümkün qədər aradan qaldırmaq üçün musiqişünaslıq elminin
ən maraqlı yeniliklərini bizim jurnalın səhifələrində dərc etməyə
hazır olduğumuzu bildirməkdən ibarət idi.
Ezamiyyət müddətində
"Musiqi Dünyası" jurnalını populyarlaşdırmaq
üçün müəyyən işlər görülmüşdür:
Rusiyanın tanınmış musiqişünas alimləri
və musiqi nəzəriyyəçiləri ilə
Rusiya paytaxtının kitabxanalarında, jurnal redaksiyalarında,
Rusiya Konservatoriyasında çoxsaylı görüşlərin
iştirakçıları yeni nəşrə böyük
maraq göstərdiklərini bildirmişlər.
A. Əmrahova öz həmkarları - moskvalı
tələbələrin ən sevimli müəllimlərindən olan
Y. N. Xolopov, V. N. Xolopova, V. V. Meduşevski, İ. A. Barsova,
S. İ. Savenko, V. S. Tsenova və bir sıra başqa tanınmış musiqişünaslarla
görüşüb söhbət etmiş, müasir musiqişünaslığın ən aktual problemləri
barədə ətraflı fikir mübadiləsi aparmışdır.
Bəzən saatlarla davam edən bu söhbətlərdə
moskvalı musiqişünaslar "Musiqi dünyası" jurnalı üçün müsahibə vermək
barədə xahişimizi çox samimi qarşılamış, bu jurnalın səhifələrində
məqalələr dərc etdirmək haqda təkliflərimizi məmnuniyyətlə qəbul
etmişlər, Azərbaycan musiqisinin bugünkü vəziyyəti, bəstəkarlarımızın
son illərdə yaratdığı yeni əsərlər, bizim musiqişünasların hazırda
hansı problemlər üzərində işləmələri, Azərbaycan Opera teatrında
hansı əsərlərin tamaşaya qoyulması barədə çoxsaylı suallar Azərbaycan
musiqişünaslığının problemlərinə moskvalı həmkarlarımızın biganə
olmadığını, bu problemlərə moskvaların səmimi marağını əks etdirirdi.
Biz də, öz növbəmizdə, müasir musiqinin ən yeni istiqamətləri, musiqi
sahəsində yeni üslub və ifadə vasitələri ilə maraqlandırdıq.
[ more...
]